“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər
hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin islənmə dairəsi genisdir. _s_, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrd ə səxsin partiyalılıgı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təskilatı katibi də imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı:
«Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha
demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar
təskilatının sədri imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni söbə müdiri tərtib edir. Xasiyyətnamədə asagıdakılar öz əksini tapmalıdır: səxsin təvəllüdü; vəzifəsi; milliyyəti; ailə vəziyyəti; idarə və müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.
Xasiyyətnamə rəsmi sənəd oldugu üçün o, rəsmi üslubda yazılmalı,
Xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə olunmalıdır.
Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oglu
Səhərdən axsama qədər dəzgah arxasında yoruldum demədən isləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).
Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır?
Xasiyyətnamənin yazılmasına verilən tələblər asagıdakılardır:
1. Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2. Xasiyyətnamədə bu və ya digər səxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi
Keyfiyyətləri obyektiv səkildə ardıcıl sadalanır.
3. Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
4. Dövlətə əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
5. Xasiyyətnamələr vahid formada yazılır.
6. Xasiyytnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7. Xasiyyətnaməni ən azı iki məsul səxs imzalayır və müəssisənin möhürü
vurulur.
Xasiyyətnamə nümunələri:
Xasiyyətnamə - Fəridə Fazil qızı Məhərrəmova
Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Fəridə Fazil qızı Məhərrəmova 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktorudur. Həmin dövrdən indiyədək kollecə ləyaqətlə rəhbərlik edir.
Bu illərdə Fəridə xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş,vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir.
Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil ocağı təhsil islahatlarının önündə gedir.
Pedaqoji təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.
Fəridə Məhərrəmova orta ixtisas təhsili sisteminin iş təcrübəsindən, onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda çoxlu sayda elmi məqalənin, on bir kitabın və orta ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir.
Bacarıqlı təhsil işçisi olmaqla, Fəridə Məhərrəmova işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.
Fəridə Məhərrəmova Respublika təhsil işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın təhsil sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında üzərinə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə yetirir.Yeni təhsil qanununun hazırlanmasında da Fəridə xanımın zəhməti və fəaliyyəti olmuşdur.
Fəridə Məhərrəmovanın iş təcrübəsini, yenilikçilik və təşkilatçılıq məharətini nəzərə alaraq Təhsil Nazirliyi onu orta ixtisas təhsili sistemində aparılan islahatlar çərçivəsində təhsilin dünya standartlarına uyğun qurulması məqsədilə yaradılan yeni normativ sənədlər hazırlanması üzrə işçi qrupuna sədr təyin etmişdir. Fəridə xanım on iki kitabın, yüzdən artıq, publistik, elmi, pedaqoji məqalənin müəllimidir. O, 2004-cü ildən BDU-nun filologiya fakülrəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir.
2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.
Fəridə Məhərrəmova ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.
Azərbaycan Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Fəridə xanım Respublika Təhsil Nazirliyinin, Ailə,qadın, uşaq Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmiş, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mənə məktəb rəhbərim tərəfindən verilmiş xasiyyətnamə nümunəsi:
X A S İ Y Y Ə T N A M Ə
Verilir, 30.12.1986-cı il tarixdə Ağdaş
rayonunda anadan olmuş, azərbaycanlı,
ali təhsilli, 2005-ci ildən Ağdaş şəhər
Pərviz Babayev adına 7 saylı tam orta
məktəbində tarix müəllimi işləyən
Bayramova Leyla Bəhman qızına
Leyla Bayramova işlədiyi müddət ərzində səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyətinə görə məktəbin müəllim və şagirdləri arasında böyük hörmət qazanmışdır. O, dərslərində müxtəlif səmərəli metodlardan, təlimin texniki vasitələrindən geniş istifadə edir. Müntəzəm olaraq fənn gecələri, disputlar təşkil edib keçirməklə şagirdlərdə bu fənnə böyük maraq yaradır.
Leyla Bayramova 2014-2015 tədris ilində Respublikada keçirilən “Ən Yaxşı Müəllim” müsabiqəsində iştirak etmiş və yüksək fəallıq göstərərək, Azərbaycan Respublikası prezidentinin 17 dekabr 2014-cü il sərəncamına əsasən “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülmüşdür. İşlədiyi müddət ərzində səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür almış heç bir töhmət və xəbərdarlıq almamışdır. Öz üzərində işləmək, təcrübəsini artırmaq məqsədilə, Təhsil Naziliyi tərəfindən təşkil edilmiş layihələrə qoşulmuşdur. Həmin, layihələri təşkil edən Təhsil Nazirliyinin nümayəndələri tərəfindən kurslarda, seminarlarda müəllimlərə dərs demək məqsədilə çağırılmışdır. Seminarlara çağırıldıqdan sonra o, fəaliyyətini daha da artırmış bu istiqamətdə məktəbimiz üçün xeyli işlər görmüşdür. 2012 və 2013–cü illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron Müsabiqə”nin fərqlənəni, 2015-ci ildə isə, Təhsildə ən yaxşı metodik tövsiyə/sənəd nominasiyasının “Elektron Təhsil” Respublika müsabiqsəinin qalibi olmuşdur
Ağdaş şəhər Pərviz Babayev adına 7 saylı tam orta məktəbin
Direktoru: Nəriman Həsənov
27.10.2015-ci il
0 yorum:
Yorum Gönder