DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

31 Temmuz 2017 Pazartesi

Arayış necə yazılır?

“Arayış” sözü türk  mənsəlidir. Arama, axtarma  mənasındadır. Müasir dövrdə
hüquqi  sənəd olub səxsiyyət, is və  hadisə  haqqında  tərtib edilərək aid oldugu obyekt barədə  nəyi  isə  təsdiq edir.

Arayışın mahiyyəti – Hər hansı bir adamın bir yerdə  yasaması, isləməsi, oxuması,
Müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış  tərtib edilir (Bu səbəbdən də xalq arasında Arayışa “yoxlama” da deyilir).
Arayışın məzmunu – Arayışın kimə  və  nə üçün verildiyi göstərilir. Habelə  arayışın
hansı  məqsədlə  tərtib edildiyi qeyd edilir. Arayış  müəssisə  rəhbəri  tərəfindən imzalanır
(Bəzi hallarda müəssisənin kadrlar söbəsinin müdiri, mühasibat, fakültə dekanları və s.
Arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul səxsin imzası möhürlə təsdiq olunmalıdır.
Arayışın forması – Çox vaxt arayışlar xüsusi blankda yazılır. “Arayış” sözü vərəqin ortasında yazılır. Vərəqin sol tərəfində idarənin stampı olur. Stampın asagı sətrində nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir.
Arayışın dili – Arayışın dili xüsusi üslubda tənzimlənir. Burada söz sırası pozulur. Xəbər əvvəldə gəlir. Arayış sırf elmi ədəbi dildə yazılmalı, heç bir bədiiliyə, emosionallıga yol verilməməlidir.
Arayış hər hansı bir səxsin kimliyini təsdiq etmək məqsədilə digər təskilat tərəfindən verilir. Bir arayışda bir və ya bir neçə səxs haqqında da məlumat vermək mümkündür, lakin mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə arayışı təskilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedisi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünəməxsus forması var. Belə ki, arayışın sol tərəfdən üst küncündə idarənin stampı, ortada “Arayış” sözü, asagıda məzmunu, daha sonra arayışın təqdim olundugu yer göstərilir. Axırda  arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü vurulur.

Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir. Əlbəttə, arayışın bu formasında bir və ya bir neçə şəxs haqqında məlumat verilir. Lakin mürəkkəb mexaniziminə malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünə məxsus forması vardır. Belə ki, arayışın sol tərəfdən üst küncündə idarənin ştampı, ortada arayış sözü, aşağıda məzmun, ən nəhayət, axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü vurulur. 

ARAYIŞ — nümunə 1
İdarənin  ştampı    
Həqiqətən Kamran Rahib oğlu Rəsulzadə 15 noyabr 1985-ci ildə anadan olmuş və hal-hazırda Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 15  evin nömrəli           14 nömrəli mənzilində yaşayır. Arayış 95 nömrəli bağçaya təqdimolunmaq üçün verilir.   

Mənzil istismar səhəsinin rəisi:
İmza:           (N. Kerimov)  


ARAYIŞ — nümunə 2 
Yoxlama zamanı 19 saylı məktəbin tədris binasında əşyaların çatışmadığı aşkar edilmişdir.
 Səkkiz skamya sındırılmışdir.
 Dörd sinif otağında yazı taxtası yarıtmazdır.
 İki sinif otağının təmirə ehtiyacı var.
 Kabinələrdə müvafiq ləvazimat yoxdur.
 Şagirdlər dərsliklə təmin olunmamışdır. V «a» sinfində 15 şagirdin Azərbaycan dili dərsliyi yoxlur.

Arayış RTŞ-yə təqdim olunmaq üçün verilir. 
Yoxlama komissiyasının sədri:           İmza                 Y. Səmədov
Məktəbin direktoru:                          İmza                 V. Bağırov


0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası