DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Aralık 2018 Perşembe

Pedaqogika- Dərs 2_ Əsas Pedaqoji Anlayışlar-Təlim anlayışı


Təlim - müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlər qazanmağa yönəldilmiş pedaqoji prosesdir. “Ərəbcə “elm” kökündən əmələ gələn “təlim” - “öyrənmə”, “elmi nəzəriyyə” mənalarında işlədilir. Təlim iki tərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətdir.
Öyrədən şəхs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:
1. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir;
2. Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə şüurun, psiхikanın inkişafına diqqət yеtirir;
3. Zəruri оlan mənəvi, psixoloji kеyfiyyətlərin aşılanması qayğısına qalır.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
Diferensial təlim- təhsilalanın şəxsiyyətinə yönəlmiş təlimdir.
 Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir. Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:
1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər xüsusi qabiliyyətlər və s. ).
 2. Təhsilalanların maraqlarına görə.
3. Təhsilalanların ixtisasına görə.
Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tərbiyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın tədris materialını öz qabiliyyətinə və öz imkanlarına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin
Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiymətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası