Övladınızın tərbiyəsi ilə məşğul olmağa nə zamandan başlamalısınız? Tərbiyyə işi zamanı atanın yoxsa ananın rolu daha böyükdür? Sizin övladınıza verdiyiniz tərbiyyəyə ətaf mühitin hansı təsirləri vardır?
Nə zamandan başlamalı.... Qeyd etməliyik ki, tərbiyə prosesinə elə köpəniz ana bətnində olarkən başlamalısınız. Hələ dünyaya gəlməmiş körpənizə ötürdüyünüz sevgi, onu əzizləməniz, yaxşı davranışlarınızla nümunə olmanız, ailədaxili xoş münasibətlərin qurulması elə tərbiyə işinin başlanğıcıdır. Körpə dünyaya göz açdığı gündən ailədaxili münasibətlər, onunla davranış formaları ona təsir edən mühüm məqamlardır.
Atanın yoxsa ananın tərbiyəsi daha uğurludur? Eyni istiqamət üzrə görülən iş daha uğurludur. Nəzərə alın ki, valideynlərdən biri bir qaydanı tətbiq edir, digəri isə onu pozur və ya başqa biri ilə əvəz edirsə, bu, uşaqda çaşğınlığın yaranmasına və tərbiyə zamanı qüsurlara səbər olar. Yəni, valideynlərin hər birinin tərbiyə işində özünəməxsus rolu vardır.
Tərbiyə zamanı ... Nəzərə alın ki, tərbiyə işi zamanı görülən hər tədbir məqsədyönlü olmalı, onların dünyagörüşünün artmasına, mənəvi hiss və düşüncələrinin inkişafına, düzgün davranış qaydalarına yiyələnmələrinə istiqamətlənməlidir.
Diqqət etməli olduğunuz məqamlar:
- Övladınıza “mənə yalan danışma” kimi ifadələri işlətməkdən çəkinin. Bu kimi ifadələrin əvəzinə, “ mən sənə inanıram”, “səni olduğun kimi sevirəm”, “ mənə doğrunu söylə” kimi ifadələr tərbiyə zamanı daha uğurludur.
- Tərbiyə işi davamlı xarakter daşımalıdır. Fasilələr yolverilməzdir.
- Uşaqlar çox zaman qorxduqları zaman yalan danışırlar. Övladınızın tərbiyəsində qorxutma vasitələrindən istifadə etməyin.
- Övladınızla dost olmağa çalışın. Bu halda o da sizə qarşı dürüst olar, narahatlıqlarını, yalnışlıqlarını, çətinliklərini, istəklərini sizinlə paylaşar.
- Övladınızı yoldaşları, bacı və qardaşları ilə müqayisə etməyin.
- Övladınızı hər hansı mənfi davranış və rəftarına görə başqa insanların yanında danlamayın, onları təhqir etməyin. Yalnış davransa belə onu ikilikdə müzakirə edin. Davranışının səbəbini onun dilindən eşidin, daha sonra isə təhqirlərdən uzaq başa salın. Sizin övladınıza qarşı başqa insanların yanında kobud rəftarınızın heç bir müsbət təsiri olmaz, əksinə onun aqressivləşməsinə və bir sıra psixoloji problemlərinin yaranmasına səbəb olar.
- Tərbiyə işi zamanı uşağın şəxsiyyətinə hörmətlə yanaşın.
- Tərbiyə işi zamanı övladınızın fərdi xüsusiyyətlərini bilməniz və bunu diqqətdə saxlamanız işin düzgün təşkilində sizə daha çox yardımçı olacaq.
mənbə valideyn.az
0 yorum:
Yorum Gönder