Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) komponent
Qnostik komponentə daxildir:
təlim, təhsil-tərbiyənin məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagirdləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək, öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.
Layihələşdirici komponent.
Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir.
Konstruktiv komponent.
Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə tutur
Təşkilatçılıq komponenti.
Məşğələləri hazırlamaq və keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Məşğələləri hazırlamaq və keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Kommunikativ komponent.
Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektini özündə birləşdirir.
Son iki komponent (kommunikativ və təşkilatçılıq komponentləri) bir-biri ilə sıx əlaqədədirlər.
0 yorum:
Yorum Gönder