DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

5 Ağustos 2017 Cumartesi

İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN nəzərinə


İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN nəzərinə

QEYD edim ki, ibtidai sinif müəllimləri ilə daha çox təmasda oluram. İbtidai sinif müəllimlərinin qarşılaşdıqları bir çox çətinlikləri onların adından səsləndirmək istəyirəm. SƏBRLƏ OXUYUN.
1. Standartları tətbiq etmək istəyirik amma valideyinlərimiz ilə anlaşılmazlıq yaranır. Onlar bizdən övladlarına hərf yazdırmağımızı misal, məsələ həlli etdirməyi tələb edir. Bəs biz standartları tətbiq etsək onların istəyini edə bilmirik axı? Çünki standart hələ məktəbəqədərdə tam yazı yazdırılmasına yox peçat hərfləri ilə yazmaya imkan verir (Söhbət məktəbəqədər hazırlıqdan gedir)
1.1 Əgər valideyinin tələblərini yerinə yetirməsək onlar bizi qəsəbə və ya kənd,eləcə də rayon daxilində nüfuzdan salacaqlar. Deyəcəklər ki, bu müəllim necə müəllimdir ki, hələ uşaqları yaza bilmir ( məktəbəqədər)
1.2 Əgər valideyinin tələbini ödəyə bilməsək onlar uşaqlarını bizim sinfimizdən çıxarıb , digər yan sinifdə "standartları kənara atıb özündən əlavə dərslər keçən müəllimin" sinifinə qoyacaqlar
1.3 Əgər valideyinin tələbini yerinə yetirməsək onlar bizi savadsız müəllim kimi qələmə verəcək və bu növbəti illərdə daha bizə şagird təhvil verilməyəcək. 
2. Əgər biz standartlarla işləsək o zaman daha yuxarı sinif materiallarını, eləcə də standartdan kənar mövzular olıur ki kurslarda şagirdlərə öyrədilir. ... şagirdlərimiz gedib kurs sınaqlarında nəticə toplaya bilməyəcək. Beləliklə adımız yenə də yaxşı müəllim siyahısından çıxarılacaq. 
2.1 Kurslarda şagirdləri hansı kitablardan imtahan edirlərsə biz daha çox həmin materiallara üstünlük veririk nəinki standartlar.....
3. Əgər biz standartlarla dərs keçsək o zaman onların bilgiləri primitiv olacaq ay müəllimə...biz onlara bilirsiniz nələr öyrədirirk? Axı onlar standartda yoxdur....
4. Məsələn biz şagirdlərə 1-ci sinifdən fonetik təhlil keçirik amma standartda yoxdu.... Birdə 5-ci sinfin standartlarındadı fonetik təhlil 
5. Ay müəllimə mən onlara 2 mərhələli və 3 mərhələli məsələlər öyrədirəm. Nə olsun standart və kitabda yoxdur... əsas odur öyrənir və gedir kursda yüksək bal toplayır.... Bu da mənim adımadır.
6.Ay müəllimə, daha deyirsiniz ki heç nə keçməyək də... nazirliyin dərsliyinə qalsa uşaq heç nə öyrənməz.... orda çox sadədi bütün materiallar.
7. Həyat bilgisi (2 ci sinif) Ay müəllimə siz deyirsiniz ki mən indi standarta görə dərs keçsəm gərək uşaqlara balığın növlərinin eləcə adını çəkim və orqanları fərqli balıqlarla tanış edim. Mənim uşaqlarım mənə gülər ki, bilirik də onları.... Mən uşaqlarıma daha fərqli balıqlardan (balina, delfin onalrın qidalanması ) danışacam
8. Ay müəllimə gündəliyinə qiymət yazmalıyam mütləq uşağın necə meyar yazım? Meyar yazanda uşaq meqafona gedəndə onun 5 almasına baxırlar axı meyarına yox((. Meqafonda deyirlər ki, gündəliyinizdə 5 olsun
9. Dİgər fənləri (texnologiya, musiqi, təsviri incəsənət) keçmirəm. Boş boş fənlərdi nəyə gərək ki, əsas riyaziyyat və azərbaycan dilini bilsin ki, yuxarı sinifı keçəndə , yuxarı sinfi müəllimləri deməsin ki, ibtidai sinif müəllimi uşaqlara riyaziyyat və azərbaycan dilini öyrədə bilməyib
10. Uşağı ev tapşırığı ilə yükləməsək valideyin deyir ki, müəllim savadsızdır uşağa ev tapşırığı verməyib. Ev tapşırğını çox verən və valideyinin özü belə həll edə bilmədiyi tapşırığı evə verən müəllim, valideyinin gözündə savadlı müəllimdir. Ay müəllimə, mən dərsi sinifdə tam mənimsədib evə yaradıcı tapşırıq verəndə valideyin üstümə gəlir ki, filan müəllim bir səhifə tapşırıq vermişdi sizin verdiyiniz tapşırıq azdı. Uşaq bütün günü oynayır
Və sairlər  
Bu kimi çox ciddi problemlərimiz var ki, bunların hər birinin başında standartların tətbiq edilməməsi dayanır. 
Təlimlərim boyu hamısına cavab versəm də burda qısaca olaraq qedy edəcəm ki sizi yormayım
1. Tələbi valideyin yox, dövlət qoyur. 
2. Müəllimin maaşını valideyin yox dövlət ödəyir
3. Ən vacibi sonda imtahanları (kursları nəzərdə tutmuram) Təhsil Nazirliyi götürür kurslar və MEQAFON YOX. 
4. Sizi işə valideyin götürmür TN götürür
TN-nin qoymuş olduğu tələb standart və dərsliklərdir. Dərsliyi resurs kimi istfadə etsəniz də hər bir resursunuz standarta dayanmalıdır. Məktəbəqədər uşağa indidən "fonetik təhlil" öyrədib onu məhv etməyin. 
Məktəbəqədərin əylənmə imkanlarını əlindən almayın. Uşaqlarımızın digər fənlərdə potensiallarını , əyləncələrini əllərindən almayın. Digər fənlərin təklif edirəm ki texnologiya, təsviri incəsənət, musiqi kimi fənlərin standartına baxın. Görün cəmiyyətdə etik davranışlara, mədəniyyətə, yüksək əxlaqa malik şəxsiyyətin yetişməsi üçün necə gözəl standartlar var. Siz onları yerinə yetirsəniz bu cəmiyyət başının içi dolu və etkasız, mədəniyyətsiz, "şəxsiyyətlərdən" təmizlənəcək. Məsələ təkcə alim olmaqda deyil , sözün əsl mənasında ADAM olmaqdadır
Birdə qısaca onu da qeyd edim ki, uşaqların əlavə materialları yüklənməsi çoxsavadlılıq deyil. Unutmayın ki, neçə yaşınız varsa, o yaşa qədər toplamış olduğunuz informasiyanı hissə hissə toplamısınız. Siz bir neçə il ərzində bütün beyninizdəkiləri siz bilirsiniz deyə uşağa çatdırmaq və beyninə toplatmaq məcburiyyətində deyilsiniz
Kurslarla ayaqlaşmağa çalışamayın. Gün gələcək kurslar TN-nin tələblərinə əməl edəcək amma siz o şagirdləri toparlaya bilməyəcəksiniz. GECİKƏCƏKSİNİZ. Çünki siz binanın bünövrəsini qoyursunuz. Bünövrə düzgün ölçüdə standarta görə qoyulmasa, o binanın hündürlüyünü təyin etmək problem olacaq

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası