TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək funksiyası.
1)Məktəbin təsərrüfat işlərinə rəhbərlik edir.
2) Təsərrüfat inventarlarının qorunub
saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir.
3)Kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır.
4)Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir.
5) Tədris yardımçı və kiçik xidmətedici işçilərin fəaliyyətinə nəzarət edir.(bu bənd müvafiq qanunda verilməyib )
Bilməlidir:
-“Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini;
- xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını;
-binanın istismar olunmasının təşkilinin elmi əsaslarını;
- əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.
Mənbə:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017- ci il tarixli N18-1 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid -tarif -sorğu ixtisas kitabçası
salam muellimşBu suallarin cavablarini hardan oyrenmek olar?Yəni siz hardasa yazmisiniz ya ancaq suallari qeyd etmisiniz?
YanıtlaSilTesd sualların nece elde edek?
YanıtlaSil