Müəllimlik neçə illik üniversitet bitirməklə əlaqəli bir şey deyil
Müəllimlik möhürlü diplom almaqla əlaqəli bir şey deyil
Müəllimlik diplomun qırmızı və ya göy rəngdə olması ilə əlaqəli bir şey deyil
Müəllimlik diplomun üstündə yazılan ixtisasla əlaqəli bir şey deyil
Müəllimlik diplomun iç vərəqində olan qiymətlərlə bağlı bir şey deyil
Müəllimlik diaqnostik imtahanda yüksək bal toplamaqla əlaqəli bir şey heç deyil
Müəllimlik semestr imtahanlarda yüksək bal toplayıb, miq imtahanlarında yüksək bal toplayıb, yüksək yüksək gəzmək də deyil
Gözəl nümunə olmaq
Bir uşağın dünyasına toxunmaq
Bir məktəbi öz sözləri və qatqısı ilə rəngarəng etmək
Bir məktəbi şagirdlərin gözündə çəhrayıya boyamaq
Bir uşağı səhər sevinclə məktəbə yola düşmək üçün yatağından qaldırmaq
Bir uşağı məktəbə gələrkən sevgi ilə çiçək toplatmaq
Xəstə olanda dərsə getmədiyi üçün üzülməsinə səbəb olmaq
Dərsdə bikef olanda mütləq diqqətdə olduğunu hiss etdirmək
Canı acıyanda anlata biləcəyi, güvənli birinin olduğunu hiss etdirmək
Hətta tək bir uşağın həyatında gözəl bir davranışa vəsilə olmaq
Əgər bunları etmisinizsə siz MÜƏLLİMSİNİZ
Ətrafınıza dönüb baxın. Müəllimliyi bəlkə də reklamı bacarmayan, boş dərslərində bəlkə də müəllimlər otağında sakit oturub danışanları sadəcə dinləyən və susan, "o niyə müəllim olur? " dediyiniz şəxslərdə görəcəksiniz , necə gözəldir ki, belə müəllimlər var dediyiniz şəxslərdə görəcəksiniz. .kaş ki, özünü təkmilləşdirsə necə gözəl müəllim olardı deyəcəyiniz şəxslərdə görəcəksiniz. ..kaş ki miq də yüksək nəticə göstərsə də daimi çalışa bilsə deyəcəyiniz şəxslərdə görəcəksiniz
Hörmətlə,
Leyla Bayramova
.................
#leylabayramova
0 yorum:
Yorum Gönder