Azərbaycan Dövlət Himni oxunur.
Arzunuz hər zaman açsın gül-çiçək
Dünyaya nur saçsın əməlləriniz.
Kiçik qəlbimizdə odlər yurdu tək
Sizə odlu salam gətirmişik biz.
Vətən oğulları, vətən qızları
Könüllər mövrağı, yer ulduzları
Elimin , günümün tərminazları
4 cülərin bayramına xoş gəlmişsiniz
Xoş gəldin söyləyirik, biz bu bayrama
Salam göndəririk bu gün hamıya
Güllərə , çiçəklərə vətəni sevən əsgərlərə
Nəhayət bütün Azərbaycana!
Ürəklərə min dilək
Arzumuz açsın çiçək
Hamı deyir ürəkdən
Bayramınız mübarək!
A1-Salam əziz dördüncülər, hörmətli müəllimlər və valideynlər. Bü gün biz bir az həyəcanlıyıq. Çünki bizdə bu gün qeyri- adi bir gündür--- biz ibtidai siniflə vidalaşırıq.
A2- Bu dörd illik ibtidai məktəb həyatında oxumağı , yazmağı, hesablamağı, tapşırıqları yerinə yetirməyi öyrənmişik. Müəllimlərin sayəsində yeni biliklərə yiyələndik, yeni –yeni məlumatlar öyrəndik.
A1- Biz bura ona görə toplaşmışıq ki, təntənəli şəkildə mehribancasina ibtidai siniflə vidalaşıb , yuxarı pillələrə addımlayaq.
A2- İbtidai sinifdə bizə dərs deyən müəllimlərə bütün sinif adından öz minnətdarlığımızı bildiririk. Dostlarımız bunu sizə şeir vasitəsilə çatdırmaq istəyirlər.
Müəllim! Qayğınla böyüyür insan!
Sən əqlə kamala qanad verirsən!
Ana dilimizin gur bulağından
Körpə balalara su içirirsən
Alim kəşf eləyir, yazır əsərlər
Sənin də bunlarda alın tərin var
Sən də yaradansan , kitablar deyib,
Alimin özüdür canlı əsərin
Əlli il dodağın “Əlifba “ dedi
Sönmədi qəlbinin eşqi , həvəsi
Birinci şagirdin babadır indi,
0 yorum:
Yorum Gönder