Formativ qiymətləndirmə
“ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın üçüncü maddəsində göstərilir ki, formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Məhz formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Qeyd edək ki, yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq mərkəzi məhz formativ qiymətləndirmənin üzərinə düşür. Bu məzmun formativ qiymətləndirmənin adında da aydın əks olunub. Formativ sözü (formative) “formalaşdıran”, “formalaşdırıcı” deməkdir. Formativ qiymətləndirmə təlim nəticələrinin mənimsənilməsi ilə bağlı mütəmadi məlumat toplamaq məqsədilə aparılır. Fənni tədris edən müəllim formativ qiymətləndirməni məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırladığı meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq həyata keçirir, nəticədə şagirdin ehtiyaclarını öyrənir, uğur qazana bilməməsinin səbəblərinı araşdırır və onun inkişafının təmin olunması üçün zəruri tədbirlər görür.
Formativ qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr aşağıdakılardır:
Üsullar
|
Vasitələr
|
Müşahidə
|
Müəllimin müşahidə vərəqləri
|
Şifahi sual-cavab
|
Bacarıqlar üzrə qeydiyyat vərəqi (müəllimin istifadəsi üçün)
|
Yazı
|
İmla, inşa, ifadə, məsələ, misal həlli, yoxlama yazı işləri
|
Oxu
|
Mətnlər
|
Tədqiqat
|
Ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı layihə
|
Test
|
Test tapşırıqları
|
Sorğu və ya müsahibə
|
Ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı sorğu vərəqləri
|
Özünüqiymətləndirmə
|
Özünüqiymətləndirmə vərəqləri
|
Rollu oyunlar
|
Meyar cədvəli
|
Müşahidə
Müşahidə üsulu və burada istifadə olunan vasitələr diaqnostik qiymətləndirmədə olduğu kimi tərtib oluna bilər. Məsələn, şəkil üzrə mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim aşağıdakı meyarlar əsasında apara bilər:
Meyarlar
| ||||
Şagirdlərin soyadı və adı
|
Sözlərin mənasını düzgün anlayır
|
Mətn qurur
|
Sadə bədii ifadələrdən
istifadə edir |
Jest və mimikalardan istifadə edir
|
Şifahi sual-cavab
Şifahi sual-cavab üsulundan istifadə edən müəllim qiymətləndirmə vasitəsi kimi bacarıqlar üzrə qeydiyyat vərəqindən istifadə edir və bu qeydiyyat vərəqi hər bir fənnin xüsusiyyətlərinə uyğun tərtib edilir.
Yazı
Yazı üsulundan istifadə edərək müəllim hər hansı mövzuda imla, inşa yazmağı, məsələ və ya misal həllini tapşırır və şagirdlərin bacarıqlarını meyarlar tərtib etməklə yoxlayır. Şagirdin yazısını yoxlayan müəllim onun nəticələri haqqında valideynləri də məlumatlandırır.
Oxu
Müəllim qiymətləndirmə məqsədinə uyğun olaraq müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu zamanı yoxlamaq istədiyi bacarıqların şagirdlər tərəfindən necə nümayiş etdirilməsinə diqqət yetirir.
Şagird oxuyanda müəllim müdaxilə etmədən dinləyir, onun etdiyi səhvləri qeyd edir. Sözlərin və ifadələrin düzgün tələffüz edilməməsinin səbəbini aydınlaşdırır, müşahidə etdiklərini qeydiyyat vərəqində yazır və şagirdin portfoliosuna daxil edir. Müəllim sonrakı fəaliyyətini hər bir şagirdin portfoliosunda etdiyi qeydləri əsas götürməklə qurur.
Qeydiyyat vərəqindəki qeydləri müəllim valideynə bildirmək üçün şagirdin məktəbli kitabçasına da yazmalıdır.
Tədqiqat
Tədqiqat üsulunun mahiyyəti ondan ibarətdir ki, şagirdlərə fərdi və ya qrup halında tədqiqat xarakterli sual verilir və onlar bu sual ətrafında apardıqları araşdırmanı layihə şəklində təqdim edirlər. Məsələn, həyat bilgisi fənnindən aşağıdakı tipli suallardan müxtəlif mövzular üzrə araşdırma aparmaq üçün istifadə etmək olar:
· Zəlzələ zamanı öz təhlükəsizliyini necə təmin edə bilərsən?
· Partada düzgün əyləşmək nə üçün vacibdir?
· Heyvanları qorumaq üçün sən nə edirsən?
Bu suallar əsasında hazırlanan layihə şagirdin aşağıdakı bacarıqlarını yoxlamaq üçün imkan verir:
Məsələyə münasibət bildirmək
|
Şərh etmək
|
Topladığı məlumatları əlaqələndirmək
| |
Zəif
| |||
Orta
| |||
Yaxşı
|
Nəticəyə uyğun olaraq müəllim şagird haqqında qeydini qısa şəkildə belə yaza bilər:
“Danışır, amma danışdığı məsələyə öz münasibətini bildirə bilmir”,”Məlumatları toplayır, ancaq əlaqələndirə bilmir” və.s
Sorğu və ya müsahibə
Sorğu və ya müsahibə şagirdə müstəqil ev tapşırığı kimi verilir. Bu zaman müsahibənin kiminlə aparılacağını və hansı suallara cavab axtarılacağını sinifdə müəllim şagirdlərlə birgə müəyyən edir. Şagird həmin suallar ətrafında topladığı məlumatı təhlil edərək sinif qarşısında təqdimat edir. Birinci sinif şagirdi üçün bu tipli tapşırıqlar şifahi formada ola bilər. Müəyyən bir sual ətrafında valideyni, digər fənn müəllimi və ya yuxarı sinif şagirdi ilə aparılacaq müsahibənin bütün detalları müəllim və şagirdlər tərəfindən şagirdin yaş səviyyəsinə və məzmun standartlarına uyğun olaraq diqqətlə araşdırılır, vaxt təyin edilir və məlumatların sistemləşdirilməsi üçün istiqamətlər müəyyənləşdirilir. Burada əsas şərt veriləcək sualın düzgün tərtib edilməsi və dəqiq ünvanlanmasıdır.
Məsələn, ana dili fənnindən 20 yanvar hadisələri ilə bağlı mövzunu tədris edən müəllim şagirdlərə fərdi və ya qrup halında belə bir sual ətrafında müsahibə götürməyi tövsiyə edir:
-“Siz 20 yanvar hadisələrini necə xatırlayırsınız?”
Bu sual həmin hadisələri xatırlayacaq yaş səviyyəsində olan adamlara- valideynə, baba və ya nənələrə, digər müəllimlərə və hətta qonşulara ünvanlana bilər. Bir neçə nəfərdən məlumat toplayan şagird həmin hadisə haqqında fikirləri ümumiləşdirib nəticəyə gəlməli və sinfə təqdim etməlidir.
Bu yolla şagirdin məlumat toplamaq, nəticə çıxarmaq, ümumiləşdirmək və eşitdiklərini şərh etmək bacarıqları yoxlanılır:
Şagirdin adı və ya qrupun nömrəsi:
Meyarlar
| |||
Zəif
|
Orta
|
Yaxşı
| |
məlumat toplamaq
| |||
eşitdiklərini şərh etmək
| |||
ümumiləşdirmək
| |||
nəticə çıxarmaq
|
Bu qiymətləndirmənin nəticəsini hər bir şagirdin vəziyyətinə uyğun olaraq qısa şəkildə belə ifadə edərək məktəbli kitabçasına yazmaq olar:
“Müvafiq məlumatı toplamağın yolunu bilmir”, “Toplanmış məlumat əsasında nəticəyə gəlib, amma fikrini yaxşı ifadə edə bilmir”, “Əldə etdiyi məlumatları ümumiləşdirib təqdim edir” və s.
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın öyrənilməsi zamanı müəllim şagirdlərlə özünüqiymətləndirmə keçirə bilər. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özünə qiymət verir və bunu “+”, “-” ilə işarə edir.
Şagirdin özünü qiymətləndirmə vərəqi
Şagirdin adı : ____________
Sinif:
Meyarlar
|
Özünüqiymətləndirmə
| |
+
|
-
| |
Hərfləri tanıyır
| ||
Sait və samit səsləri fərqləndirir
| ||
Səsləri hecalarda birləşdirərək oxuyur
| ||
Hecalardan sözlər düzəldir.
|
Müəllim özünüqiymətləndirmə vərəqlərini də şagird portfoliosuna daxil edir və şagirdin valideyninin həmin vərəqlə tanış olması məqsədəuyğundur.
Rollu oyunlar
Rollu oyunlar jest və mimikalardan istifadə, şagirdin ifadəli danışığı, nitqində bədii ifadələrdən istifadə etməsi və digər bacarıqlarının üzə çıxarılması üçün əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə hər hansı bir situasiya təqdim olunur. Şagird həmin problemə dair düşüncələrini əks etdirən həll yolunu təqdim edir.
Rollu oyunları müşahidə etmək üçün meyarlar hazırlanarkən bir yox, bir neçə standartın məzmunundan istifadə edilir. Aşağıdakı standartlar qrupu buna misal ola bilər.
Şagird:
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq danışıq prosesində müvafiq jest və mimikalardan istifadə edir.
Meyarlar aşağıdakı kimi yazıla bilər:
Meyarlar
| |||||||
Şagirdlərin soyadı və adı
|
Müşahidə etdiyi hadisələri danışır
|
Oxuduqlarını şərh edir
|
Eşitdiyi məlumatı təsvir edir
|
Dialoq qurur
|
Dialoqlarda nitq etiketləri işlədir
|
Sadə bədii ifadələrdən istifadə edir
|
Jest və mimikalardan istifadə edir
|
Əgər müəllim göstərilən üsul və vasitələr əsasında bütün müşahidələri vaxtlı-vaxtında, düzgün aparmasına baxmayaraq, ondan öz işini qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə zəif olduğuna görə diqqətdən kənarda saxlayarsa, formativ qiymətləndirmənin əhəmiyyəti azalar və məzmununa xələl gələr .
“ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın layihəsində göstərildiyi kimi, formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmasa da, şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır, eyni zamanda ümumiləşdirilmiş cümlələr şəklində şagird gündəliyi vasitəsilə valideynə çatdırılır. Qiymətləndirmənin nəticələrinin qeydiyyatı müəllimlərə, şagirdlərə və valideynlərə aşağıdakı suallara cavab verməyə kömək edir:
· Şagird nələri öyrənmişdir?
· Daha nələri öyrənməlidir?
· İnkişaf üçün o hansı addımları atmalıdır?
İzləmələrin qeydiyyatı həmçinin müəllimin məktəb və valideyn qarşısında hesabatlılıq məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi qeyd dəftərinə “rəsmi sənəd deyildir”, deyə diqqətsiz yanaşmamalı və onun valideynlər üçün əsas məlumat mənbələrindən biri olduğunu unutmamalıdır.
Uzun illər övladının məktəbli kitabçasında qiymət görməyə adət etmiş valideynin indi başqa bir vəziyyətlə rastlaşdıqda müəyyən narahatlıq keçirməsi təbiidir. Lakin fənn müəllimi formativ qiymətləndirmənin mahiyyətini və məqsədini valideynə düzgün izah edərsə, şagirdin gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn üçün cavabı olmayan tapmacaya çevrilməz. Məhz formativ qiymətləndirmə sayəsində valideynlər öz övladlarının inkişafını, nailiyyətlərini daha diqqətlə izləməyə müvəffəq olur, məktəblə, müəllimlə daim təmas saxlayırlar. Valideyn bilməlidir ki, ənənəvi qiymətləndirmənin prinsiplərinə uyğun olaraq şagird gündəlik 2,3, 4,5 rəqəmləri ilə qiymətləndirildikdə övladının çatışmayan və ya zəif cəhətləri barədə məlumata malik olmur, övladına kömək etmək istəsə də, hədəfi dəqiq seçə bilmir.Formativ qiymətləndirmənin nəticəsi olan təsviri qiymətləndirmə isə bu cür anlaşılmazlıqları aradan qaldırır. Belə ki, övladının gündəliyində „ hərfləri tanıyır, lakin sözləri yazmaqda çətinlik çəkir“ ifadəsini oxuyarkən valideyn problemin mahiyyətini anlayır və onun aradan qaldırılması üçün müəllimin köməkçisinə çevrilir.
0 yorum:
Yorum Gönder