məna çaları oldugu göstərilir. Qərar sözünün ən genis yayılmıs mənası müəyyən bir
məsələni müzakirə etdikdən sonra hamının və ya əksəriyyətin gəldiyi nəticədir.
Dilimizdə “qərar” sözü ilə baglı çoxlu ifadə yaranmısdır. Qərar vermək, qərar çıxarmaq, qərara gəlmək, qərarını dəyismək və s. “Qərar” sözü fikir, mülahizə mənasında da islənir (onu qərarından döndərmək çətindir).
Qərarlasmaq – sözləsmək, dilbir olmaq, söz vermək mənasında islənir. Qərar
hüquqi termin kimi də islədilir. Dövlət orqanının və yaxud vəzifəli səxsin öz səlahiyyəti dairəsində hüquqi nəticələr əmələ gətirən aktdır. Qərarı Respublika rəhbərləri, Respublika hökuməti, icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin kollektiv orqanı qəbul edir. Müzakirə edilən hər hansı bir məsələ ilə baglı bir neçə qərar qəbul edilə bilər. Qərarı müəssisənin rəhbəri və ya iclasa sədrlik edən səxs və katib imzalayır.
Nümunə
Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik və Azərbaycan dilçiliyi
kafedraları Azərbaycan Aviasiya Akademiyasının müəllimi, kafedranın dissertantı
Sevda əliyevanın filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan dilində aviasiya terminləri» mövzusunda yazdıgı dissertasiya isini müzakirə edərək qərara alır:
1. Dissertasiya isini tamamlanmıs hesab etmək olar.
2. Çap edilmis məqalələr dissertasiyanın ümumi məzmununu əks etdirir.
3. Dissertasiyanın müdafiəsi üçün müəyyən tədbirlərin görülməsi
Universitetin rektorlugundan xahis edilsin.
0 yorum:
Yorum Gönder