DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Məktəbdaxili qiymətləndirmənin növləri, üsul və vasitələri



VIII Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri, üsul və vasitələri
Qiymətləndirmə üsulu dedikdə  bu prosesin həyata keçirilmə üsulları nəzərdə tutulur.
Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir.
Əgər qiymətləndirmə üsulu müəyyənləşdirilibsə, istifadə olunan alət – imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur.
Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən  gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır,  yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏDƏ İSTİFADƏ OLUNAN ƏSAS ÜSUL VƏ VASİTƏLƏR
ÜSULLAR                     
VASİTƏLƏR
Tapşırıqvermə
Çalışmalar
Müsahibə
Müəllimin qeydiyyat vərəqi
Müşahidə
Müşahidə vərəqi
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi
                                                                Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların  mənimsənilməsinə  yönəlmiş  fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə  şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq  və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq  həyata keçirilir. Formativ qiymətləndirmə sayəsində  şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli  qiymət  almaq üçün deyil,  yaxşı nəticə göstərmək üçün  çalışır.
Formativ qiymətləndirmənin  nəticələri “Müəllimin formativ qiymətləndirmə dəftəri” və məktəbli kitabçasında  şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun  sözlərlə öz əksini tapır
Şagirdin təlim nəticələrinə nail olması  və nəticədə  summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır.  Fənn müəllimi formativ qiymətləndirmə aparmaq üçün qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir.
Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılır.

FORMATİV QIYMƏTLƏNDIRMƏNI HƏYATA KEÇIRƏN MÜƏLLİM BİLMƏLIDIR:
Fənn üzrə  hər bir dərs  müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.
Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.
Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.
Müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır.
Formativ qiymətləndirmənin nəticələri müəllimin qeyd dəftərçəsində və şagirdin məktəbli kitabçasında  sözlə qeyd olunur.

Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:
1. Fənn üzrə mövzu keçilərkən  hansı standartı həyata keçirəcəyini müəyyənləşdirmək.
2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.
3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyəsi üzrə (məsələn, I səviyyə, II səviyyə, III səviyyə, IV səviyyə)  rubriklər hazırlamaq.


Formativ qiymətləndirmə həm şagirdə,  həm də valideynə yönəlmiş ola bilər. Bundan asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:
Şagird üçün onun dəftərlərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər (qeydlər) yazılır və nəticələri təkmilləşdirmək üçün konkret göstərişlər və tapşırıqlar verilir.
Şagirdlə əks əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından istifadə edərək yaradıla bilər.
Valideynin nəzərinə isə məktəbli kitabçası vasitəsilə çatdırılır ki, onun uşağı məzmun standartları  və ya cari təlim nəticələri üzrə nə dərəcədə irəliləyib və ya hansı nəticələr əldə edib.
Müəllim formativ qiymətləndirmənin nəticələrini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə qeyd edir.
Formativ qiymətləndirmə zamanı istifadə olunan üsul və vasitələr
ÜSULLAR
VASİTƏLƏR
Müşahidə
Müşahidə vərəqləri, Özünüqiymətləndirmə vərəqi
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyət vərəqi
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi, Oxu üzrə  qeydiyyat vərəqi
Yazı
Yazı vərdişlərinin inkişafı üzrə  qeydiyyət vərəqi
Tədqiqat layihəsi
Meyar cədvəli
Rubrik (sxem)
Meyarlar üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Test
Test  tapşırıqları
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Oyunlar
Müşahidə vərəqləri
Nümunə:
Azərbaycan dili. V sinif
Məzmun standartı:
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
Qiymətləndirmə meyarları:
1. Əsaslandırma
2. Müəyyənləşdirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Fikirlərini fakt və nümunələrlə sərbəst əsaslandırmır.
Fikirlərini fakt və nümunələrlə çətinliklə əsaslandırır.
Fikirlərini yalnız faktlarla sərbəst əsaslandırır.
Fikirlərini fakt və nümunələrlə əsaslandırır.
Həqiqi və ya məcazi mənada işlənən sözləri səhv salır.
Yalnız bəzi sözlərin həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
Həqiqi və ya məcazi mənada işlənən sözləri yalnız mətn daxilində müəyyənləşdirir.
Həqiqi və ya məcazi mənada işlənən sözləri müəyyənləşdirir.
Qiymətləndirmənin «keyfiyyət» üsulları
Yalnız “kəmiyyətcə qiymətləndirmə” üsullarından istifadə etmək kifayət deyil. Onunla yanaşı aşağıdakı “keyfiyyətcə qiymətləndirmə” üsullarından istifadə etmək məqsədəuyğundur:
yazı və yoxlama işlərində konstruktiv qeydlər;    «portfolio» sistemi;        verbal (sözlə);    qarşılıqlı qiymətləndirmə; özünüqiymətləndirmə;   reytinqin çıxarılması;   rənglərlə qiymətləndirmə;    şəkillərlə qiymətləndirmə;   emosional münasibət yolu ilə qiymətləndirmə;      meyar cədvəli.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası