DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2017 Pazar

İngilis dili kurikulumu I_V_XI


1.2. Məzmun xətləri
Xarici dil təlimində qarşıya qoyulmuş məqsəd və vəzifələri reallaşdırmaq ücün məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
 Dinləyib-anlama
 Danışma
 Oxu
 Yazı
1.4. Fəaliyyət xətləri
 Problemin həlli
 Tədqiqetmə və tətbiqetmə
 Təsviretmə və təqdimetmə
 Əlaqələndirmə və ünsiyyət

 Dəyərləndirmə və yaradıcı tətbiqetmə
1.5. Məzmun standartları
V sinif
V sinfin sonunda şagird:
 təqdim olunan nitq modellərini, o cümlədən nitq etiketlərini başa düşdüyünü nümayiş etdirir;
 düzgün tələffüz vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
 kiçikhəcmli sadə mətnlərin məzmununu başa düşdüyünü nümayiş etdirir;
 sadə nitq modellərindən və nitq etiketlərindən istifadə edərək ünsiyyət qurmaq bacarıqları nümayiş etdirir;
 ilkin oxu bacarıqlarını nümayiş etdirir;
 sadə yazı bacarıqlarını nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikrin məzmununu anladığını nümayiş etdirir.
1.1.1. Sinifdaxili müraciətlərə əməl edir. 
1.1.2. Adını eşitdiyi əşyaları şəkillərdə seçir və göstərir.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Dinlədiyi səs, səs birləşmələrini və sadə sözləri təkrar edir.
2.2. Sadə nitq etiketləri əsasında ünsiyyət qurur.
2.2.1. Şəkildə əks olunan əşyaları və ətrafdakıları (ailə, məktəb) adlandırır.
2.2.2 Adlandırdığı əşyaların əlamətlərini (həcm, rəngi, forma) sadalayır.
2.2.3. Şəkildə əks olunan əşyaları və ətrafdakıları öyrəndiyi sözlər əsasında təsvir edir.
2.2.4. Öyrəndiyi söz, söz birləşmələri və nitq edtiketlərindən istifadə edərək ünsiyyət qurur.
3. Oxu
Şagird:
3.1. Oxu bacarıqları nümayiş etdirir.
3.1.1. Hərf, hərf birləşmələri və sözləri düzgün oxuyur.
3.1.2. Kiçikhəcmli mətnləri düzgün intonasiya ilə oxuyur.
3.1.3. Kiçikhəcmli mətnlərin məzmununu başa düşdüyünü nümayiş etdirir.
4. Yazı
Şagird:
4.1. Sadə yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Hərf, hərf birləşmələri və sözləri düzgün yazır.
4.1.2. Öyrəndiyi söz birləşmələri və cümlələri düzgün yazır.
4.1.3. Sadə məktublar yazı
VI sinif
VI sinfin sonunda şagird:
 kiçikhəcmli sadə mətnlərin məzmununu başa düşdüyünü nümayiş etdirir;
 düzgün tələffüz vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
 nitq nümunələrindən və nitq etiketlərindən istifadə edərək ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdirir;
 oxu bacarıqlarını nümayiş etdirir;
 sadə yazı bacarıqlarını nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Kiçikhəcmli sadə mətnlərin məzmununu başa düşdüyünü nümayiş etdirir.
1.1.1. Müraciətlərə əməl edir və sadə sualları cavablandırır.
1.1.2. Adını eşitdiyi əşya və hadisələri şəkillərdə seçir və göstərir.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Dinlədiyi söz, söz birləşmələrini və sadə sözləri təkrar edir.
2.2. Öyrəndiyi nitq nümunələrindən istifadə edərək ünsiyyət qurmaq bacarıqları nümayiş etdirir.
2.2.1. Şəkildə əks olunan əşyaları və hadisələri (geyim, hava) adlandırır.
2.2.2. Adlandırdığı əşyaların əlamətlərini (forma və kəmiyyət) sadalayır.
2.2.3. Öyrəndiyi sözlərdən və sadə nitq etiketlərindən istifadə edərək ünsiyyət qurur.
2.2.4. Nitqində yeni söz və ifadələrdən düzgün istifadə edərək ünsiyyət qurur.
3. Oxu
Şagird:
3.1. Kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir.
3.1.1. Kiçikhəcmli mətnlərdə yeni söz və ifadələri düzgün oxuyur.
3.1.2. Mətndəki yeni söz və ifadələri lüğətdən istifadə edərək oxuyur.
3.1.3. Oxuduğu mətnin məzmununa uyğun suallara cavab verir.
4. Yazı
Şagird:
4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Dinlədiyi sözləri, söz birləşmələrini və sadə cümlələri düzgün yazır.
4.1.2. Müşahidə etdiyi əşya və hadisələrin əlamətlərini yazır.
4.1.3. Təsvir xarakterli məktub yazır.
VII sinif 
VII sinfin sonunda şagird:
 kiçikhəcmli dialoqlarda iştirak edir;
 kiçikhəcmli mətnlərin məzmununu danışır;
 oxuduğu mətndə fakt və hadisələri müəyyən edir;
 sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur;
 sözləri orfoqrafiya qaydalarına uyğun yazır;
 sadə elanlar yazır. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikrin məzmununu anladığını nümayiş etdirir.
1.1.1. Tapşırıq xarakterli müraciətlərə cavab verir.
1.1.2. Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Dinlədiyi söz və söz birləşmələrini düzgün tələffüz edir.
2.2. Sadə nitq etiketləri əsasında ünsiyyət qurur.
2.2.1. Müxtəlif məzmunlu şəkillərdə əks olunan əşyaları adlandırır.
2.2.2. Adlandırdığı əşyaların əlamətlərini (keyfiyyəti, görünüşü) sadalayır.
2.2.3. Kiçikhəcmli dialaoqlarda iştirak edir.
2.2.4. Öyrəndiyi yeni söz və ifadələrdən mövzuya uyğun istifadə edir.
3. Oxu
Şagird:
3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.
3.1.1. Kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur.
3.1.2. Mətndəki cümlələri məqsəd və intonasiyaya görə düzgün oxuyur.
3.1.3. Oxuduğu mətndə fakt və hadisələri müəyyən edir.
4. Yazı 
Şagird:
4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Şəkil üzrə kiçikhəcmli yazılı mətn qurur.
4.1.2. Sözləri orfoqrafiya qaydalarına uyğun yazır.
4.1.3. Sadə elanlar yazır.
VIII sinif
VIII sinfin sonunda şagird:
 dinlədiyi və oxuduğu mətnlərdə əsas fikri və məntiqi ardıcıllığı müəyyən edir;
 nitq etiketlərindən, nitq modellərindən istifadə edir;
 öyrəndiyi nitq modellərindən məqsədyönlü istifadə edir.
 oxuduğu mətndə söz və ifadələri qruplaşdırır və mətndə əsas fikri müəyyən edir;
 cümlələri məna və qrammatik cəhətdən əlaqələndirir;
 orfoqrafiya işarələrindən düzgün istifadə edir;
 sadə afişalar yazır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikrin məzmununu anladığını nümayiş etdirir.
1.1.1. Müraciətlərə uyğun tapşırıqları icra edir.
1.1.2. Dinlədiyi mətndəki əsas fikri müəyyən edir.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Cümlələri və nitq etiketlərini düzgün tələffüz edir.
2.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif məzmunlu şəkillərdə əks olunan əşya və hadisələri adlandırır.
2.2.2. Şəkildə əks olunan əşya və hadisələri öyrəndiyi sözlər əsasında təsvir edir. 
2.2.3. Dialoqlarda nitq etiketlərindən istifadə edir.
2.2.4. Öyrəndiyi nitq mdellərindən məqsədyönlü istifadə edir.
3. Oxu
Şagird:
3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.
3.1.1. Oxuduğu mətnin məzmununa aid suallar tərtib edir.
3.1.2. Oxuduğu mətndə söz və ifadələri seçir və qruplaşdırır.
3.1.3. Mətndəki əsas fikri müəyyənləşdirir.
4. Yazı
Şagird:
4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Verilmiş cümlələr əsasında kiçikhəcmli yazılı mətn qurur.
4.1.2. Orfoqrafiya işarələrindən düzgün istifadə edir.
4.1.3. Sadə afişalar yazır.
IX sinif
IX sinfin sonunda şagird:
 dinlədiyi və oxuduğu mətnin məzmununu hissələrə ayırır və plan tərtib edir;
 müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini ardıcıl ifadə edir;
 söz və ifadələri morfoloji xüsusiyyətlərinə görə fərqləndirir, cümlələri düzgün intonasiya ilə oxuyur;
 mətnin məzmununu məntiqi ardıcıllıqla danışır;
 oxuduğu mətndə müxtəlif əşya və hadisələri təsvir edir;
 dəvətnamə və açıqca yazır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikrin məzmununu anladığını nümayiş etdirir.
1.1.1. Mərhələli müraciətləri ardıcıl icra edir. 
1.1.2. Dinlədiyi mətnin məzmunu hissələrə ayırır.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Kiçikhəcmli nitq nümunələrini düzgün tələffüz edir
2.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.2.1. Zaman və məkanla bağlı anlayışları adlandırır.
2.2.2. Nitq etiketlərindən mövzuya uyğun istifadə edir.
2.2.3. Müxtəlif mövzulu dialoqlarda iştirak edir.
2.2.4. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir.
3. Oxu
Şagird:
3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.
3.1.1. Söz və ifadələri morfoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
3.1.2. Mətni uyğun ton, temp, ritm və fasilə ilə oxuyur.
3.1.3. Oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla danışır.
4. Yazı
Şagird:
4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Verilmiş mövzu üzrə fikirlərini yazılı ifadə edir.
4.1.2. Müxtəlif əşya və hadisələri yazılı təsvir edir.
4.1.3. Dəvətnamə və açıqca yazır.
X sinif
X sinfin sonunda şagird:
 çoxmərhələli müraciətləri ardıcıl icra edir;
 dinlədiyi mətnin əsas ideyasını müəyyən edir;
 dinlədiyi və oxuduğu mətnin məzmununu danışır;
 nitq vahidlərindən istifadə etməklə fikirlərini müxtəlif formalarda ifadə edir;
 oxuduğu mətndə əsas fakt və hadisələri seçir, qruplaşdırır;
 oxuduğu mətnin məzmununu ümumiləşdirərək şərh edir;
 müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur və yazır.
 tərcümeyi-hal, ərizə yazır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi mətnin məzmununa münasibət bildirir.
1.1.1. Çoxmərhələli müraciətləri ardıcıl icra edir.
1.1.2. Dinlədiyi mətnin planını tutur.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Müxtəlif nitq nümunələrini düzgün tələffüz edir.
2.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif məzmunlu şəkillərdə əks olunan əşya, hadisə və situasiyaları adlandırır.
2.2.2.Əşya, hadisə və situasiyaların əlamətlərini təsvir edir.
2.2.3. Mövzu ilə bağlı fikirlərini müxtəlif formada ifadə edir.
2.2.4. Fikirlərini müqayisələr aparmaqla izah edir.
3. Oxu
Şagird:
3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.
3.1.1. Mətndəki əsas fakt və hadisələri seçir, qruplaşdırır.
3.1.2. Mətni məzmununa uyğun intonasiya ilə oxuyur.
3.1.3. Oxuduğu mətnin məzmununu ümumiləşdirərək şərh edir.
4. Yazı
Şagird:
4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Dinlədiyi mətnin məzmununu ardıcıl yazır.
4.1.2. Məlumat xarakterli mətnlər yazır.
4.1.3. Tərcümeyi hal və ərizə yazır.
XI sinif
XI sinfin sonunda şagird:
 dinlədiyi və oxuduğu mətnin məzmununa münasibət bildirir;
 müxtəlif mövzulu müzakirələrdə iştirak edir;
 mətnin məzmununa, müxtəlif mövqeli fikirlərə münasibət bildirir;
 söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir;
 mətnləri məzmununa uyğun intonasiya ilə oxuyur;
 fakt və hadisələrə yazılı münasibət bildirir;
 təqdimat və kiçik çıxışlar hazırlayır;
 müxtəlif formaları doldurur.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1.Dinlədiyi mətnin məzmununa münasibət bildirir.
1.1.1. Müraciətdə ifadə olunan fikrə münasibət bildirir.
1.1.2. Dinlədiyi mətnin məzmununu şərh edir.
2. Danışma
Şagird:
2.1. Düzgün tələffüz qaydalarına riayət edir.
2.1.1. Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.
2.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif süjetli şəkillər üzrə ünsiyyət qurur.
2.2.2. Müxtəlif situasiyalara öz münasibətini bildirir.
2.2.3. Müxtəlif mövzularda müzakirələr (təbiət, cəmiyyət, ailə, məktəb) aparır.
2.2.4. Müxtəlif mövzulu müzakirələrdə iştirak edir.
3. Oxu
Şagird:
3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.
3.1.1. Söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir. 
3.1.2. Mətndəki müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur.
3.1.3. Oxuduğu mətnin məzmununa münasibətini bildirir.
4. Yazı
Şagird:
4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.
4.1.1. Fikirlərini müxtəlif formalarda (inşa, esse, hekayə) ifadə edir.
4.1.2. Fakt və hadisələrə yazılı münasibət bildirir.
4.1.3. Müxtəlif anket formaları yazır  
- V_XI
-I_XI

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası