DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2017 Pazar

İbtidai sinif kurikulumu


Azərbaycan dili
1.4. Fəaliyyət xətləri
Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
· Problemin həlli
· Mühakiməyürütmə və əsaslandırma
· Ünsiyyət
· Tədqiqetmə
· Tətbiqetmə 
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· dinlədiyi sadə fikrə münasibət bildirir;
· müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və mimikalardan istifadə edir;

· mətndəki yaxınmənalı sözləri izah edir və cümlədə işlədir;
· kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri müəyyənləşdirir;
· nəzm və nəsri fərqləndirir;
· hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, müşahidə xarakterli mətn qurur əməli yazılar yazır;
· səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə cümlələri tanıyır və fərqləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə müşayiət edir.
2.Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxınmənalı sözlərin köməyi ilə izah edir.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir.
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi fərqləndirir.
4.1.2. Sözləri hecalara ayırır.
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
II sinif
II sinfin sonunda şagird:
· dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır;
· müşahidə etdikləri, eşitdikləri, oxuduqları haqqında danışığında, dialoji nitqində situasiyaya uyğun nitq etiketlərindən, jest və mimikalardan istifadə edir;
· mətndəki yaxınmənalı və əksmənalı sözləri fərqləndirir, frazeoloji ifadələrin mənasını izah edir;
· kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas fikrə münasibət bildirir, mətni hissələrə ayırır, bədii mətni janrlara görə fərqləndirir;
· hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır;
· sait və samit səsləri fərqləndirir, sözlərin sətirdən-sətrə keçirilməsi, böyük hərflə yazılması qaydalarını tətbiq edir, ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır, onların yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən
 istifadə edir, cümləni digər nitq vahidlərindən fərqləndirir, məqsəd və intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu işarələri ilə tamamlayır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib- anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq jest və mimikalardan istifadə edir.
2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir.
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
3.Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.
4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar) məqamına uyğun tətbiq edir.
4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu işarələri ilə tamamlayır.
III sinif
III sinfin sonunda şagird:
· dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir;
· müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə edir;
 · sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;
· müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;
· hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar yazır;
· sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin böyük hərflə yazılmasına dair qaydaları tətbiq edir,
· yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir;
· qrammatik mənalarına görə sözləri qruplaşdırır;
· cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;
· məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir.
1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun jest və mimikalardan istifadə edir.
2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və sürətlə yazır.
3.1.2. Sadə redaktə işləri aparmaqla mətni köçürür.
3.1.3. Verilmiş mətnin planını tutur və məzmununu yazır.
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, anket, dəvətnamə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir.
4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər) məqamına uyğun tətbiq edir.
4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir.
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir.
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda işlədir.
IV sinif
IV sinfin sonunda şagird:
· dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir;
· müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə təqdimatlar edir, dialoji mətnlər qurur;
· mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir;
· müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir, mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;
· orfoqrafiya qaydalarına riayət edir, sadə əməli və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;
· sadə fonetik təhlil aparır, sözlərin böyük hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır;
· cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirməklə yekun rəy bildirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1.Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt və hadisələr haqqında kiçik təqdimatlar edir.
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.
1.2.4. Nitqini canlı və obrazlı etmək məqsədi ilə məzmuna müvafiq jest və mimikalardan istifadə edir.
2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.
3. Yazı
Şagird:
3.1. Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən yerində istifadə edir.
3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.
3.1.3. Verilmiş mətni genişləndirərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə fonetik təhlil aparır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar) məqamına uyğun tətbiq edir.
4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir.
4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir.
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir.
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.

Riyaziyyat
1.2. Məzmun xətləri
Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissəsidir.
Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.
Mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında riyaziyyat təliminin aşağıdakı məzmun xətləri təyin edilmişdir:
· Ədədlər və əməllər
· Cəbr və funksiyalar
· Həndəsə
· Ölçmə
· Statistika və ehtimal

1.4. Fəaliyyət xətləri
Standartlar tərtib edilərkən onların hər birində riyazi proseslərin elementləri kimi fəaliyyət yönümlü aşağıdakı 5 xəttin daxil edilməsi çox vacibdir:
· Problemlərin həlli
· Mühakiməyürütmə və isbatetmə
· Ünsiyyətqurma
· Əlaqələndirmə
· Təqdimetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
· toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir;
· toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş etdirir;
· ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;
· əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir;
· sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır;
· eyni adlı kəmiyyətləri müqayisə edir;
· standart və standart olmayan ölçü vahidlərindən istifadə edir;
· əşyalar və hadisələr haqqında məlumatlar toplayır;
· toplanmış məlumatlara əsasən proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Ədədlər və əməllər
Şagird:
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır.
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.
1.1.5. Əşyalar çoxluğundan tələb olunan sayda əşyanı ayırır.
1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri ">", "<", "=" işarələri ilə yazır.
1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi ifadələrlə təsvir edir.
1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır.
1.1.9. Sıra saylarından istifadə edir.
1.2. Toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.
1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.
1.2.3. «Əlavə etmək», «artırmaq», «cəm», «oldu» ifadələrini toplama ilə, «üstündən götürmək», «azaltmaq», «fərq», «qaldı» ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.
1.2.4. «Ədəd (dənə) çox», «ədəd (dənə) az» ifadələrini toplama və çıxma ilə düzgün əlaqələndirir.
1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.
1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
1.3. Toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə aparır və müqayisənin nəticəsini "çoxdur", "azdır", "bərabərdir" sözlərinin köməyi ilə ifadə edir.
1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş etdirir.
1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.
1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr yürüdür.
2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir. 
2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.
2.3.1. Əlamətlərinə görə (forma, ölçü və rəng) dəyişmələri müəyyən edir.
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.
3. Həndəsə
Şagird:
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.
3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.
3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.
3.2. Sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.
3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları tanıyır.
3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsünə) görə təsnif edir.
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sadə həndəsi fiqurlardan istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin vaxtını müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir.
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir.
5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.
II sinif
II sinfin sonunda şagird:
· ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir;
· hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
· 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir;
· ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini hesablayır;
· ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· asılı kəmiyyətlərin dəyişməsi haqqında mühakimələr yürüdür;
· istiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· sadə həndəsi fiqurları tanıyır və təsvir edir;
· eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
· alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü vahidlərlə ifadə edir;
· müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir;
· toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.

Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədədlər və əməllər
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.
1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələri ilə ifadə edir.
1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayır.
1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir.
1.2. Hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.
1.2.2. "Dəfə çox", "dəfə az" ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir.
1.2.3. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.5. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.
1.2.7.Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
1.2.8.Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir.
1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin çıxılması kimi modelləşdirir.
1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.
1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1.100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir.
1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.
1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərindən hesablamalarda istifadə edir.
1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır.
1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir.
1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1.Mötərizəsiz, mötərizəli və ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.
2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.2. İfadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsini ">", "<", "=" işarələrlə ifadə edir.
2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Asılı kəmiyyətlər arasındakı əlaqəni müəyyən edir.
2.3.1.Qiymət, miqdar, dəyər arasındakı asılılığa dair məsələ həll edir.
2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsinin digərinə təsirini şərh edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.1.Həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları nümayiş etdirir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konus formalı əşyaları qruplaşdırır.
3.2. Sadə həndəsi fiqurları tanıyır.
3.2.1.Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.2.2.Müxtəlif əlamətlərə görə həndəsi fiqurları təsnif edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.
4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
4.1.2. Tutum anlayışını şərh edir.
4.1.3. Qabların tutumunun müqayisəsini aparır.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.
4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.
4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir.
5.1.1. Suallar əsasında topladığı məlumatlara şərhlər verir.
5.2. Toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
5.2.1. Ədədlər, əşyalar və hadisələr ardıcıllığında qanunauyğunluğu müəyyən edir.
5.2.2. Hadisələrin baş verməsi ilə bağlı "ola bilməz", “ola bilər”, “mütləq”, “yəqin ki” ifadələrindən istifadə etməklə fikir yürüdür.
III sinif
III sinfin sonunda şagird:
.
· ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir;
· hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
· hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığı nümayiş etdirir;
· riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir;
· ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir;
· sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir;
· istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir;
· sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir;
· eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir;
· ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür;
· məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir;
· proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini müəyyən edir.
1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrlə ifadə edir.
1.1.4. 1000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6. 1000 dairəsində düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayır.
1.1.7.Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üçrəqəmli ədədlər düzəldir.
1.1.8. Tamın hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.
1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa düşdüyünü nümayiş etdirir.
1.2.2.Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.
1.2.3.Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Cəmin ədədə bölünməsi qaydasını şərh edir.
1.2.5. Cəmin ədədə bölünməsi qaydasından hesablamalarda istifadə edir.
1.2.6. Qalıqlı bölməni yerinə yetirir.
1.2.7. Qalıqlı bölmənin mahiyyətini şərh edir.
1.2.8. Hesab əməlləri arasında qarşılıqlı əlaqəni izah edir.
1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən çalışmaların həllində istifadə edir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. 1000 dairəsində şifahi toplama və çıxmanı yerinə yetirir.
1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı yerinə yetirir.
1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir.
1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.
1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurma və bölmə əməllərini yerinə yetirir.
1.3.6. Sadə və ən çoxu üçəməlli məsələləri həll edir.
1.3.7. Ədədin hissəsini tapır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mötərizəsiz və mötərizəli ədədi ifadələrin hesablanmasında əməllər sırasından düzgün istifadə edir.
2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur.
2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.
2.1.5. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.
2.2. Ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsinin nəticəsini ">", "<","=" işarələrinin köməyi ilə yazır.
2.2.2. "Məchul", "tənlik", "tənliyin həlli" anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
2.2.3. Sadə tənlikləri həll edir.
2.3. Sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir.
2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdüyünü nümayiş etdirir.
2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdüyünü nümayiş etdirir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş etdirir.
3.2.2. Sadə müstəvi fiqurları xətkeşin köməyi ilə çəkir.
3.2.3. Sadə fəza fiqurlarının bəzi xassələrini bildiyini nümayiş etdirir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın müqayisəsinin nəticəsini şərh edir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.
4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablayır.
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları toplayır.
5.1.2. Toplanmış məlumatları cədvəl və diaqramların köməyi ilə təqdim edir.
5.1.3. Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş verməsi ilə bağlı ehtimal irəli sürür. 
IV sinif
IV sinfin sonunda şagird:
· ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir, sadə kəsrləri tanıyır və şərhlər verir;
· hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir və onlardan istifadə edir;
· ədədlər üzərində hesab əməllərini yerinə yetirərkən və məsəslə həlli zamanı təxminetmə bacarıqları nümayiş etdirir;
· riyazi ifadələrdən istifadə edir və şərhlər verir;
· ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir;
· sadə funksional asılılıqları riyazi ifadə edir və şərhlər verir;
· istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir və şərhlər verir;
· sadə həndəsi fiqurların bəzi xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir; 
· eyni adlı kəmiyyətlərin müqayisəsini aparır və müqayisənin nəticəsini şərh edir;
· ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür və nəticəni qiymətləndirir;
· məlumatların təhlili üçün müvafiq metod seçir və tətbiq edir;
· toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə ehtimal anlayışını başa düşür və tətbiq edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.
1.1.1. 1000000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.
1.1.3. 1000000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazır.
1.1.4. 1000000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.
1.1.5. 1000000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6. Sadə kəsrləri modelləşdirir.
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir.
1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındakı əlaqələrdən istifadə edir.
1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.
1.2.4. Qalıqlı bölməni yerinə yetirir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.
1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.
1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.
1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.
1.3.5. 1000000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır. 
1.3.6. Hesab əməllərinin nəticələrini təxmini müəyyən edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasından istifadə edir.
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.
2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.
2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini ">", "<", "=" işarələrin köməyi ilə yazır.
2.2.2. Sadə tənlikləri həll edir.
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.
2.3.2. Sadə funksional asılılıqları həyati məsələlərlə əlaqələndirir.
2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasındakı funksional asılılıqları şərh edir.
2.3.4. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlərini şərh edir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun açılış şəkillərini müəyyənləşdirir.
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar haqqında şərhlər verir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.
4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındakı əlaqədən hesablamalarda istifadə edir.
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqliyi ilə təyin edir.
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir.
4.2.6. Sürət anlayışını başa düşdüyünü nümayiş etdirir.
5. Statistika və ehtimal 
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Ehtimalın doğruluğuna inanmaq üçün təcrübələr aparır.

5.2.2. Hadisənin baş vermə ehtimalı haqqında mühakimələr yürüdür.
Təsviri incəsənət
1.2. Məzmun xətləri
Kurikulumda təsbit olunmuş məqsəd və vəzifələri aşağıdakı məzmun xətləri vasitəsilə həyata keçirmək nəzərdə tutulur :
· Cəmiyyət və təsviri incəsənət
· Təsviri və dekorativ yaradıcılıq
· Estetik reaksiya
1.4. Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların vasitəsilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə Təsviri incəsənət fənni üzrə məzmun standartları müəyyənləşdirilərkən, aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

Ø təsviretmə
Ø tətbiqetmə
Ø məlumat mənbələrindən istifadə;
Ø əlaqələndirmə
Ø müqayisə və təhliletmə
Ø sistemləşdirmə və təsnifetmə
Ø proqnozlaşdırma
Ø problemin həlli
Ø təqdimetmə
Ø dəyərləndirmə

1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin əsas növlərini sadalayır;
· Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov) ən məşhur əsərlərini sadalayır;
· sadə təsvir alətlərindən (karandaş, fırca, flamaster, kömür) və bədii ifadə vasitələrindən (xətt, cizgi, ton) istifadə edir;
· sadə həndəsi fiqurlar çəkir, kiçik kompozisiyalar qurur; 

· verilmiş sadə formalı əşyaların xüsusiyyətlərini şərh edir, rəng çalarlarına ayırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənətin əsas növlərini (qrafika, rəngkarlıq, heykəltəraşlıq) sadalayır.
1.1.2. Dekorativ – tətbiqi sənətin əsas növlərini (xalçaçılıq, misgərlik, milli geyim) sadalayır.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov) və onların ən məşhur əsərlərini sadalayır.
2.Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə zəruri sadə təsvir alətlərindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Sadə təsvir alətlərindən (karandaş, qələm, fırça, flamaster, kömür) təyinatına görə istifadə edir.
2.1.2. Sadə bədii ifadə vasitələrindən (xətt, cizgi, ton) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Əsas rəngləri tanıyır, onları sadalayır.
2.1.4. Sadə və rəngli karandaşlarla səthi təsvir yaradır.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif növ xətlərdən sadə həndəsi fiqurlar cəkir, plastik materialdan sadə fiqurlar düzəldir, hazır fiqurlardan kiçik kompozisiyalar qurur.
3. Estetik reaksiya
Şagird: 
3.1. Verilmiş sadə təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə formalı təsvir və əşyaları şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəng çalarlarını ayırır və adlandırır.
II sinif
II sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin əsas növ və janrlarını fərqləndirir;
· Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) ən məşhur əsərlərini sadalayır;
· sadə bədii təsvir (rəngli kağız, karton) və ifadə (forma, rəng, işıq-kölgə) vasitələrindən istifadə etməklə rəngli təsvirlər yaradır;
· sadə həndəsi fiqurlardan ritmik dekorativ kompozisiya qurur;
· verilmiş sadə əşyaları məzmun və formasına, rəsm əsərlərini rəng çalarlarına görə izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənət növ və əsas janrlarını (animalist, mənzərə, natürmort) sadalayır.
1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini (tikmə, zərgərlik, dulusçuluq) nümunələrə görə fərqləndirir.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) və onların ən məşhur əsərlərini tanıyır.
2. Təsviri və dekorativ yaradıcılıq 
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (sadə və rəngli karandaşlar, flamasterlər) vasitəsilə sadə təsvirlər yaradır.
2.1.2. Sadə bədii ifadə vasitələrindən (rəng, işıq-kölgə, həcm) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Sadə əşyaları nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əsas rənglərdən alınmış çalarları adlandırır.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2..2.1. Sadə materiallardan (rəngli kağız, karton, parça, təbiət materialları) həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ kompozisiya tərtib edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə təsvirləri, əşyaları məzmun və forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərdə rəng çalarlarını izah edir.
III sinif
III sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin növ və janrlarını nümunələrə görə fərqləndirir;
· Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məşhur əsərlərini fərqləndirir;
· rənglərdən və bədii ifadə vasitələrindən istifadə edərək sadə təsviri və dekorativ kompozisiyalar qurur;
· sadə dekorativ kompozisiyaları məişət predmetlərinə tətbiq edir;
· verilmiş sadə və mürəkkəb əşyaları, məzmun və formasına, rəsm əsərlərində rəngləri emosional məna çalarlarına görə şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri incəsənətin növ və janrlarını (portret, məişət) nümunələr əsasında fərqləndirir
1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini (ağac üzərində oyma, keramika, metal üzərində döymə) nümunələrə görə fərqləndirir.
1.1.3.Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məşhur əsərlərini fərqləndirir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (rəngli karandaşlar, flomaster və sulu boyalar) vasitəsilə sadə təsvirlər yaradır.
2.1.2. Təsviri və dekorativ kompozisiyalarda bədii ifadə vasitələrindən (kolorit, ton, siluet) istifadə bacarıqları nümayiş etdirir.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Rənglərdən istifadə edərək sadə kompozisiyalar qurur.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Sadə dekor (bəzək) kompozisiyaları məişət predmetlərinə tətbiq edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir. 
3.1.1. Verilmiş sadə və mürəkkəb əşyaları məzmun və forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri məna çalarlarına görə şərh edir.
IV sinif
IV sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin növ və janrlarına aid kiçik təqdimatlar edir;
· Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərini fərqləndirir;
· əşya və hadisələri praktik yolla təsvir edir;
· əşyaların xarici səthində bəzək kompozisiyaları yaradır;
· real əşya və hadisələri mücərrəd formada təsvir edir;
· verilmiş əşyanın məzmun və forması arasındakı əlaqəni şərh edir, rəsm əsərindəki rəngləri emosional məna çalarlarına görə müqayisə edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekorativ sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri və dekorativ sənət növlərini əsas xüsusiyyətlərinə görə şərh edir.
1.1.2. Təsviri və dekorativ sənətin növ və janrları barədə kiçik təqdimatlar edir.
1.1.3. Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərini fərqləndirir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir. 
2.1.1. Fırçadan istifadə etməklə sulu boyalar (akvarel və quaş) vastəsilə sadə təsvirlər, dekorativ kompozisiyalar yaradır.
2.1.2. Bədii ifadə vasitələrindən istifadə etməklə sadə təsvirlər və dekorativ kompozisiyalar yaradır.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan və yaddaşdan nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əşya və hadisələri praktik yolla təsvir edir.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif əşyaların xarici səthində bəzək kompozisiyaları yaradır.
2.2.2. Real əşya və hadisələri mücərrəd formada təsvir edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş əsərlərdə və əşyalarda məzmun və forma arasındakı əlaqəni şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri emosional məna çalarlarına görə müqayisə edir.
Həyat bilgisi
Məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir:
· Fərd, ailə, cəmiyyət və dövlət
· Cəmiyyətin sosial-iqtisadi həyatı
· İnsan hüquqları və vətəndaşlıq
1.4. Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların köməyi ilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə standartlar müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
· Mühakiməyürütmə və əsaslandırma
· Əlaqələndirmə
· Tədqiqetmə
· Problemin həlli
· Təqdimetmə


Fəaliyyət xətləri məzmunun mənimsənilməsinin, ondan istifadə olunmasının, fənnin öz daxilindəki mövzularla və digər fənlərin mövzuları ilə əlaqə yaratmağın ən yaxşı yollarıdır. Fəaliyyət xətləri fənni bir-birilərindən təcrid olunmuş bilik və bacarıqlar toplusu kimi yox, bütöv bir tam kimi başa düşməyə kömək göstərir.
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
• müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir;
• sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;
• canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
• ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir;
• insanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir;
• sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir;
• dövlət rəmzlərini tanıdığını nümayiş etdirir;
• hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir;
• ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
• insan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir;
• mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir;
• mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
• sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;
• həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə dair bilik və bacarıqlar nümayiş etdirir; 
• fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir edir.
1.1.2. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Yaşadığı ərazinin sadə coğrafi təsvirini verir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır.
1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri sadalayır.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühitin (evin, sinifin, həyətin, havanın, suyun) təmiz saxlanmasının vacibliyini sadə şəkildə şərh edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. “Fərd”, “ailə” və “kollektiv” anlayışları barədə təsəvvürlərini bildirir.
2.1.2. Birgə fəaliyyətin faydasını nümunələr əsasında izah edir.
2.1.3. Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sadalayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Gün rejimi haqqında təsəvvürlərini sadə şəkildə ifadə edir.
2.2.2. “Büdcə” anlayışını sadə şəkildə izah edir.
2.2.3. Azərbaycan Respublikasının pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Azərbaycan Respublikasının Dövlət rəmzlərini sadə şəkildə izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarını sadalayır.
2.4.2. Şagird hüquqlarını sadalayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (salamlaşmaq, özünütəqdim, müraciət, müraciətə cavab, xudahafizləşmək) əməl edir.
3.1.2. Etiketdənkənar davranışları fərqləndirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (düzlük, doğruçuluq, çalışqanlıq, səmimilik) sadə şəkildə şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, əşyalar) fərqləndirir.
3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq, düzgün qidalanma, yuxu və istirahət) sadalayır. 
4.1.2. Hava durumuna uyğun geyim seçiminin əhəmiyyətini sadə formada əsaslandırır.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Həyat və sağlamlıq üçün təhlükə törədə bilən məişət alət və avadanlıqlarını (elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlər) sadalayır.
4.2.2. Ətrafdakı şübhəli əşyalara toxunmağın və tanımadığı insanlarla ünsiyyətin təhlükəsini izah edir.
4.2.3. Sadə yol hərəkət qaydalarını (səki və yolun kənarı ilə hərəkət etmək, svetoforun işarələrinə əməl etmək) sadalayır.
4.2.4. Nəqliyyat vasitələrini (lift, eskalator, avtomobil, avtobus, qatar, gəmi, təyyarə) tanıyır.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Təbii fövqəladə hadisələri (daşqın, subasma, qasırğa, ildırım, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu) və texnogen qəzaları (partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zəhərli maddələrlə çirklənməsi) təsvirlərdə tanıyır.
4.3.2. Mülki-müdafiə siqnallarını və qəzalardan mühafizə vasitələrini (əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su, qum) tanıyır.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə su, qum, respiratordan istifadə bacarıqları nümayiş etdirir.
II sinif
II sinfin sonunda şagird:
· varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır və müvafiq avadanlıqlardan sərbəst istifadə edir;
· coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini izah edir;
· canlılar aləminə aid olan varlıqları spesifik xüsusiyyətlərinə görə fərqləndirir;
· ətraf mühiti çirkləndirən mənbələri şərh edir;
· “fərd”, “ailə” və” kollektiv” anlayışlarını, özünün ailədə və kollektivdəki vəzifələrini şərh edir;
· şəxsi büdcəsini tərtib edir və müvafiq hesablamalar aparır;
· dövlətin əlamətlərini tanıdığını nümayiş etdirir;
· məktəbdaxili nizam-intizam qaydalarını izah edir;
· özünün və yoldaşlarının hüquqlarını bilir;
· insanlararası ünsiyyət etiketlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir;
· şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətlərə münasibət bildirir;
· mənəviyyatın formalaşmasında dinin rolunu izah edir;
· müxtəlif dinlərin ümumi cəhətlərini şərh edir;
· insanlara qayğı göstərməyin mənəvi borc olması barədə fikirlərini şərh edir;
· mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
· sağlam həyat tərzi və yoluxucu xəstəliklər barədə fikirlərini şərh edir;
· məişətdə və ətraf mühitdə insan sağlamlığı üçün zəruri olan təhlükəsizlik qaydalarını izah edir;
· təbii və texnogen qəzalardan mühafizə vasitələrini bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır.
1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq avadanlıqlardan sərbəst istifadə edir.
1.1.3. Suyun təbiətdə dövranını sadə şəkildə təsvir edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini izah edir.
1.2.2. Üfüqün cəhətlərini təyin edir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.  
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) təsvir edir.
1.3.2. Tanıdığı canlıları spesifik xüsusiyyətlərinə görə fərqləndirir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir.
1.4.2. Təqdim olunmuş materiallarda ətraf mühitə münasibəti qiymətlən-dirir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1.” Fərd”, “ailə” və” kollektiv” anlayışlarını fərqləndirir.
2.1.2. Özünün və yoldaşlarının kollektiv daxilindəki fəaliyyətinə münasibət bildirir.
2.1.3. Ailədə və kollektivdə vəzifələrin əhəmiyyətini izah edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Gün rejiminin nümunəsində vaxtdan səmərəli istifadə etdiyini nümayiş etdirir.
2.2.2. Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib edir.
2.2.3. Milli pulla müvafiq hesablamalar aparır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlətin əlamətlərini (ərazi, ordu, milli pul, rəhbər, paytaxt) tanıyır.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarının mahiyyətini sadə formada izah edir.
2.4.2. Özünün və yoldaşlarının hüquqlarının pozulması hallarına münasibət bildirir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 
3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (yoldaşını təqdim etmək, hal-əhval tutmaq, təbrik etmək, kömək təklif etmək) əməl edir.
3.1.2. Etiketdənkənar davranışlara tənqidi münasibət bildirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (mərhəmət, ailəyə və vətənə məhəbbət, düşmənə nifrət, səhvini etiraf etmək) şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (kin, nifrət, laqeydlik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Nümunələr əsasında müxtəlif dinlərin mövcudluğunu izah edir.
3.3.2. Dinlərin ümumi cəhətlərini izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Mənəvi borc (dəstək olmaq, mərhəmət, şəfqət və yardım göstərmək) haqqında biliklərini izah edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir.
4.1.2. Yoluxucu xəstəliklərdən (qrip, angina) qorunma yollarını sadə formada şərh edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarının, habelə alışdırıcı, deşici və kəsici alətlərin hansı hallarda təhlükə mənbəyinə çevrildiyini sadə formada təsvir edir.
4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və obyektləri (gəzinti qadağan olunan yerlər, elektrik və qaz qurğuları) sadalayır.
4.2.3. Zəruri yol hərəkət qaydalarını (piyada keçid nişanları olan və olmayan yerlərdə) izah edir. 
4.2.4. Nəqliyyat vasitələrində (lift, eskalator, avtomobil, avtobus, qatar) təhlükəsizlik qaydalarını (minmək, düşmək, pəncərədən boylanmamaq, qolunu çıxarmamaq, sallanmamaq) izah edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları əlamətlərinə görə (təbii, texnogen) fərqləndirir.
4.3.2. Qəzalardan mühafizə vasitələrini təyinatına görə izah edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (zəlzələ, subasma, yanğın, partlayış təhlükəsi zamanı həyəcan siqnalı) özünümühafizə bacarıqları nümayiş etdirir.
III sinif
III sinfin sonunda şagird:
• varlıq və hadisələr arasındakı əlaqələri şərh edir, maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir;
• coğrafi obyektləri əlamətlərinə görə fərqləndirir;
• sadə əşyaların və evinin planını çəkir;
• canlılar arasındakı əlaqəni, ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir;
• ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu izah edir;
• təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir;
• “cəmiyyət” anlayışı və onun tərkibi barədə fikirlərini şərh edir;
• mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə, “gəlir”, “xərc” və “ailə büdcəsi” anlayışları barədə fikirlərini şərh edir;
• Azərbaycanın dövlət rəmzlərini tanıdığını nümayiş etdirir;
• “qayda” və “qanun” anlayışlarının fərqini izah edir;
• uşaq hüquqları haqqında müvafiq sənədləri sadalayır;
• ünsiyyət zamanı nəzakət qaydalarına əməl edir;
• digər xalqların ünsiyyət qaydalarına tolerant yanaşır;
• mənəviyyata zidd xüsusiyyətlərə münasibət bildirir; 
• müxtəlif dinlərin peyğəmbərlərini və səmavi kitablarını tanıyır, dinlərin təbliğ etdiyi dəyərləri şərh edir;
• mənəvi borc haqqında biliklərini həyat təcrübəsi incəsənət əsərləri əsasında şərh edir;
• sağlam həyat tərzinə zidd olan vərdişlərin, mövsümə görə yayılan xəstəliklərdən qorunma yollarını şərh edir;
• məişətdə istifadə olunan qaz, elektrik avadanlıqlarından vaxtı ötmüş qida məhsullarından istifadənin təhlükəli olması barədə fikirlərini şərh edir;
• nəqliyyat vasitələrindən təhlükəsizlik qaydaları barədə bilik və bacarıqlarını nümayiş etdirir; 
• fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir və qəzalardan mühafizə qaydalarını bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqlar, hadisələr arasındakı əlaqələri sadə formada şərh edir.
1.1.2. Maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir.
1.1.3. “Zaman”, “məkan” və “hərəkət” anlayışlarını sadə şəkildə izah edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dəniz, okean, ada, materik) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Azərbaycanın sadə coğrafi təsvirini verir.
1.2.3. Sadə əşyaların və evinin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Bitkiləri və heyvanları səciyyəvi əlamətlərinə görə qruplaşdırır.
1.3.2. Canlılar arasındakı əlaqəni izah edir. 
1.3.3. Ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu şərh edir.
1.4.2. Təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. Fərd-ailə və fərd-kollektiv münasibətlərini şərh edir.
2.1.2. “Cəmiyyət” anlayışı haqqında təsəvvürlərini ifadə edir.
2.1.3. Cəmiyyətin tərkibi (ailə, kollektiv) barədə biliklərini sadə şəkildə şərh edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə barədə fikirlərini ifadə edir.
2.2.2. “Gəlir” və “xərc”, ailə büdcəsi, anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Digər dövlətlərin pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Verilmiş əlamətlərə uyğun olaraq Azərbaycan dövlətini təsvir edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. “Qayda” və “qanun” anlayışlarının fərqini sadə şəkildə izah edir.
2.4.2. Uşaq hüquqları haqqında müvafiq sənədləri (Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları haqqında Azərbaycan Qanunu) sadalayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. Ünsiyyət zamanı nəzakət qaydalarına (müsahibini sonadək dinləmək, sözü kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir. 
3.1.2. Başqa xalqların ünsiyyət qaydalarındakı milli ünsiyyət etiketlərimizə uyğun gəlməyən fərqliliklərə tolerant yanaşır.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (sadəlik, təvazökarlıq, səbrlilik, iradəlilik, çətin vəziyyətlərdə özünü itirməmək) şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (lovğalıq, qorxaqlıq, xəyanət) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anla¬dığını nümayiş etdirir.
3.3.1. Dinin mahiyyətini sadə formada şərh edir.
3.3.2. Dinlərin təbliğ etdiyi dəyərləri şərh edir.
3.3.3. Peyğəmbərləri və səmavi kitabları tanıyır.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Mənəvi borc haqqında biliklərini nümunələr (həyati, bədii və təsviri sənət əsərləri) əsasında şərh edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Ətraf mühitdə orqanizmə mənfi təsir göstərən amilləri, sağlam həyat tərzinə zidd olan vərdişləri izah edir.
4.1.2. Mövsümə görə geniş yayılan xəstəliklərdən qorunma yollarını izah edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını sadalayır.
4.2.2. Vaxtı ötmüş qida məhsullarından, dərman preparatlarından icazəsiz istifadənin həyat üçün təhlükəli olduğunu izah edir.
4.2.3. Zəruri yol nişanlarını (xəbərdarlıq, qadağan, məlumatverici) fərqləndirir. 
4.2.4. Nəqliyyat vasitələrində (gəmi, təyyarə) təhlükəsizlik qaydalarını (göyərtənin kənarlarına yaxınlaşmamaq, xilasedici gödəkçədən və təhlükəsizlik kəmərindən istifadə, ayaqüstə durmamaq, mobil telefondan və digər texniki vasitələrdən istifadə etməmək) izah edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir.
4.3.2. Qəzalardan mühafizə vasitələrindən istifadə qaydalarını şərh edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (əleyhqaz, yanğınsöndürmə balonu) özünümühafizə bacarıqları nümayiş etdirir.
IV sinif
IV sinfin sonunda şagird:
• varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir;
• coğrafi obyektləri xəritədə göstərir, yaşadığı məhəllənin planını çəkir;
• bitki, heyvan və mikroorqanizmin insan həyatında rolunu, insan orqanlarının funksiyalarını sadə şəkildə izah edir;
• ekologiyanın sağlamlaşdırılması, qorunması ilə bağlı kiçik təqdimatlar edir;
• insanı sosial varlıq kimi səciyyələndirən cəhətlər barədə təqdimatlar edir;
• “vergi”, “dövlət bücəsi” və “sığorta” anlayışlarını sadə şəkildə izah edir;
• ”qənaət”, “israf” anlayışlarını müqayisə edir;
• dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir;
• öz hüquqlarını uşaq hüquqları sənədləri baxımından şərh edir;
• ünsiyyət mədəniyyətinə aid kiçik təqdimatlar edir;
• müzakirə və diskussiyalarda mənəvi keyfiyyətləri nümayiş etdirir;
• dini dəyərləri xurafatdan fərqləndirir;
• ailə və vətən qarşısında mənəvi borcla bağlı kiçik təqdimatlar edir; 
• sağlamlığa mənfi təsir göstərən əsəbilik və digər emosional gərginlikləri nümunələrlə izah edir;
• məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından təhlükəsiz istifadə qaydalarını izah edir
• yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir;
• fövqəladə hallar zamanı tibbi yardım barədə biliklərini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir.
1.1.2. Təbii resurslardan, təbiət hadisələrindən (“işıq”, “səs” və “enerji”) istifadədə elmin rolunu izah edir.
1.1.3. Azərbaycanda mövcud olan enerji mənbələri haqqında kiçik təqdimatlar edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri xəritədə göstərir.
1.2.2. Yerin təbii zonalarını sadə şəkildə təsvir edir.
1.2.3. Yaşadığı ərazinin, məhəllin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlı və cansız təbiət arasındakı əlaqələri izah edir.
1.3.2. Bitki, heyvan və mikroorqanizmlərin insan həyatında rolunu izah edir.
1.3.3. İnsan orqanlarının funksiyalarını sadə şəkildə izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Yaşadığı ərazidə ekologiyanın sağlamlaşdırılması üçün kiçik layihələr hazırlayıb təqdim edir.
1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir. 
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. Cəmiyyətdə fərd, ailə, kollektivin rolunu sadə şəkildə izah edir.
2.1.2. İnsanı sosial varlıq kimi səciyyələndirən cəhətlər barədə kiçik təqdimat hazırlayır.
2.1.3. Ailə və kollektivdə üzərinə düşən vəzifələr haqqında təqdimatlar hazırlayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. “Qənaət” və “israf “ anlayışlarını müqayisə edir.
2.2.2. “Vergi”, “Dövlət büdcəsi” və “Sığorta” anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Milli pul nişanları ilə digər dövlətlərin pul nişanlarını fərqləndirir.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Müvafiq situasiyalarda qanun və qaydalara əməl edir.
2.4.2. Öz hüquqlarını uşaq hüquqları haqqında müvafiq sənədlər baxımından şərh edir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. Tənqidi münasibətdə nəzakət qaydalarına (şəxsiyyətə toxunmamaq, kobud ifadələr işlətməmək, sərt formada etiraz etməmək, qəbuledilməz təkliflərə “yox” demək ) riayət edir.
3.1.2. Ünsiyyət mədəniyyətinə həsr olunmuş kiçik təqdimatlar edir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Bədii əsər, film və tamaşa qəhrəmanlarının nümunəsində mənəvi keyfiyyətləri izah edir. 
3.2.2. Yiyələnmiş olduğu mənəvi keyfiyyətləri müzakirə və diskussiyalarda nümayiş etdirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır.
3.3.2. İslam peyğəmbərinin həyat və fəaliyyəti haqqında kiçik təqdimatlar edir.
3.3.3. Dini dəyərlərlə xurafatı fərqləndirir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Ailə və Vətən qarşısında mənəvi borcla bağlı kiçik təqdimatlar edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Əsəbi halların və digər emosional gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir.
4.1.2. Nümunələr əsasında sağlamlığın qorunmasına aid kiçik təqdimatlar edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir.
4.2.2. Müvafiq nişanlara (yüksək gərginlik, minalanmış sahə, yanğın təhlükəsi, radioaktivlik, zəhərli maddə, torpaq sürüşməsi, uçqun, daşqın və çimərlik nişanları) görə həyat üçün təhlükə mənbələrini fərqləndirir.
4.2.3. Yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir.
4.2.4. Nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halların nəticələrinə dair kiçik təqdimatlar edir. 
4.3.2. Qəza zamanı ilkin tibbi yardım barədə biliklərini şərh edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə mühafizə və tibbi yardım bacarıqları nümayiş etdirir.

Ətraflı hamısı üçün sənədi yükləyin

2 yorum:

  1. salam LEYLA XANIM. Mənə standartlardan çıxan səviyyələr üzrə meyarlar lazımdır. buradan yükləmişdim. indi tapa bilmirəm

    YanıtlaSil
  2. Salam Zəhmət olmasa bu fayli atinda mene

    YanıtlaSil

Sağ düymə qadağası

Kopya qadağası