DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2017 Pazar

İcmal yazan zaman diqqət!

İcmallarla bağlı müəllimlər və müəllim olmağa hazırlaşan gəncləri nəzərə alıb icmalda diqqət edilməli olan məqamları qeyd edəcəm
1. Mövzu seçilir
2. Mövzu ilə tanış olunur və həmin mövzunun daha yaxşı mənimsənilməsinə xidmət edəcək standartlar qrupu ( reallaşa biləcək qədər) seçilir
3. Həmin standartlar sözbəsöz təhlil edilir ( öz -özünüzə təhlil) Başa düşülür ki standart sizdən nə istəyir və həmin standart uşaqda hansı bilik və bacarıqları formalaşdıracaq. Əvvəl bu suallara cavab tapırsınız
4. Sonra həmin standartlardan mövzunuza uzlaşdırıb məqsədlər çıxarırsınız. Belə ki bu məqsədlər zamanı alqoritm sadədən mürəkkəbə ardıcıllığı gözlənilir. Məsələn,
1.2.2    Yerin təbii zonalarını sadə şəkildə təsvir edir. .  ; 1.4.2.Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir. (Standartın sonunda olan təqdimat edir zamanı istənilən formada təqdimatlar hazırlada bilərsiniz -məs, mən tədbirlər paketi hazırladacam)
Təlim məqsədləri:
1. Yerin təbii zonalarını tanıyır.
2. Yerin təbii zonalarını bir-birindən ayırır.
3. Yerin təbii zonalarını sadə şəkildə təsvir edir.

4. Səhralaşmanın səbəb və nəticələrini müəyyən edir.
5.Səhralaşmanın səbəb və nəticələrini izah edir.
6.Səhralaşmanın qarşısının alınması üçün tədbirlər hazırlayır.

Burada məqsədlər sadədən mürəkkəb şəkildə davam edir. 
5. Məqsədlərdən sonra həmin məqsədləri yerinə yetirəcək  tədqiqat sualı və tapşırıqlar qoyulur. 
6. Tədqiqat sualı bütünlüklə mövzunu aça biləcək və məqsədlərə xidmət edəcək, konkret cavabı olmayan araşdırma yönümlü sual olur. Tutaq ki, Səhra nədir , necə yaranır ?
Konkret cavablı suallar tədqiqat sualı ola bilməz. Məsələn, Azərbaycan respublikasının paytaxtı hansı şəhərdir? Bunun cavabı var. Amma tədqiqat sualı Azərbaycan Respublikasının paytaxtı nə üçün Bakı şəhəridir?
Öz növbəsində tapşırıqlar (qrup tapşırıqları və ya fərdi) tədqiqat sualından çıxmalıdır parçalanaraq....və məqsədləri bütünlüklə əhatə etməlidir. Əks halda standartlar tam reallaşmayacaq
7. Tapşırıqlar da öz növbəsində aydın və şagird tərəfindən başa düşülən olmalıdır. Eyni zamanda iş vərəqində öz əksini tapmalıdır. Tapşırıqlar birbaşa yuxarıdakı məqsədlərə çatmağa xidmət etməlidir. Tapşırıqlar hafizə yox, düşündürücü və təfəkkürə xidmət edən olmalıdır. Kitabda hazır cavabı olmamalıdır. Şagird özü oxuduğu material əsasında analiz edib cavabları qeyd etməlidir
Nümunə: 
I qrup.
Verilmşi cədvəldə səhralaşmanın səbəb və nəticələrini qeyd edin.Səhralaşmanın qarşısının alınması üçün tədbirlər yazın.
II qrup.
Verilmiş cədvəldə səhralaşmanın səbəb və nəticələrini qeyd edin.Səhralaşmanın qarşısının alınması üçün tədbirlər yazın.
III qrup.
Verilmiş cədvəldə səhralaşmanın səbəb və nəticələrini qeyd edin.Səhralaşmanın qarşısının alınması üçün tədbirlər yazın.
IV qrup.
Verilmiş cədvəldə səhralaşmanın səbəb və nəticələrini qeyd edin.Səhralaşmanın qarşısının alınması üçün tədbirlər yazın. 
Gördüyünüz kimi bu tapşırığa əsasən şagirdlər həm təbii zonaları tanıyır və biri birindən ayırır, həm onların səbəb nəticələrini qeyd edir. Eləcə də səhralaşmanın qarşısını almaq üçün tədbirlər paketi hazırlayacaq. Beləliklə seçmiş olduğumuz hər 2 standart reallaşacaq.
Düşünməyin ki bütün qruplara eyni tapşırıqlar verdik deyə eyni verilməlidir. Müxtəlif tapşırıqlar da vermək olar....Bu şərtlə ki, müxtəlif tapşırıqlar hamısı məqsədə xidmət etsin və eyni səviyyədə olsun.....
Eyni tapşırıq da vermək olar çünki bu nə misal nə də məsələ həlli deyil , cavabları müxtəlif gələcək bütün tapşırıqları ayrı ayrı qruplara vermək olar. Müzakirədə və təqdimatda müxtəlif cavablar görəcəyik. 
8. Ardı ilə tədqiqat bitdikdən sonra uşaqlar hazırlamış olduqları tədbirlər paketini təqdim edəcək. Təqdiamata ayrılan zaman bitdikdən sonra müzakirə aparılacaq və dağınıq fikirlərə aydınlıq gətiriləcək.
9. Dağınıq fikrilər ümumiləşdirilərəl nəticələr çıxarılacaq və yaradıcı tətbiqetmə mərhələsinə keçid alınacaq. Müzakirə mərhələsi üçün qeyd ediləcək suallar da tapşırıqlara uyğun suallar olmalıdır. Ümumiyyətlə bütün dərs boyu gprülən bütün işlər məqsədə xidmət etməlidir
10. Yaradıcı tətbiqetmə mərhələsində isə məqsədlərə xidmət edən yaradıcı tapşırıq verilməlidir. Şagirdə sual-cavab etmək mərhələni yola verməkdir. Bu mərhələdə məqsədlər istiqamətində yaradıcı tapşırıq verilir. Məsələn, Səhralaşmanın qarşısını almaq üçün təkliflərim. Hər şagird bir təklif səsləndirə bilər və ya hər qrup ( vaxtdan asılı olaraq dəyişə bilər)
11. Qiymətləndirmə meyarları da standarta əsaslanaraq çıxarılır.
Tədqiqat tapşırıqları zamanı DİQQƏT
Qeyd: Seçdiyiniz üsul (venn diaqramı, klaster, beyin həmləsi və sair) görüntü və üsul yazmaq xatirinə yazılmalı deyil. Əgər o üsulun tətbiqi dərsə yoxdursa onu icmala yalandan yazmayın. 
Nümunə: Əgər standartın sonu müəyyən edir ilə bitirsə durub ona müqayis bacarığı formalaşdıran venn diaqramı seçmək OLMAZ! 
Əgər standartın sonluğu ( fəaliyyət hissəsi) Hekayə qurur ilə bitirsə durub uşağa esse yazdırmaq olmaz və ya inşa.... hekayə yazdırılmalıdır. 
 Əgər standartın  sonu inşa yazır ilə bitirsə, durub şagirdə tədbirlər paketi hazırlatmaq OLMAZ!
Standart sonluqları sizə nə etmək lazım olduğunu deyir. Sadəcə onu özünüz üçün açın, sonra ona xidmət edəcək və onu reallaşdıracaq üsul və tapşırıqlar seçin... Eləcə də iş forması

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası