DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Temmuz 2017 Perşembe

Venn diaqramı

Venn diaqramı 
Venn diaqramı tarix dərslərində daha çox tətbiq edilə bilən, şagirdlərin müqayisə etmə bacarıqlarını, məntiqi və tənqidi təfəkkürlərinin inkişafına səbəb olan bir metoddur. Bu metodun tətbiqi ilə şagirdlərdə idrak fəallaığı yaranmaqla yanaşı, bir sıra bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnmiş olurlar.
Venn diaqramı metodu və onun istifadəsi:
Müqayisə olunan cisim və hadisənin müəyyənləşdirilməsi. Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq). I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək. Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur. Venn diaqramını tətbiq edərkən müəllim Böyük və kiçik qruplarla iş formasından istifadə edir. Fəal dərsin tətqiqatın aparılması mərhələsi, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələlərində reallaşdırıla bilər. Müəllim üsulun tətbiqi üçün maksimum 15 dəqiqə vaxt sərf edə bilər. Venn diaqramı fəal dərsdə daha çox tədqiqatın aparılması mərhələsində istifadə edilə bilən metoddur. Bu metod şagirdlərdən araşdırma tələb etdiyi üçün digər mərhələlərdə vaxt məhdudiyyətindən və mərhələlərin tələbinə uyğun gəlmədiyindən tədiqaqatın aparılması mərhələsi üçün daha məqsədəuyğun metoddur.
Diaqramın tətbiqində məqsəd:
-          Cisim və hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək
-          Biliklərin aktuallaşdırılması
-          Təhlil proseslərinin inkişafı
-          Qiymətləndirmə prosesinin inkişafı
         Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini  müəyyənləşdirmək   üçün bu üsuldan istifadə olunur.



 Venn diaqramından istifadə aşağıdakı formada  aparılır
  Müqayisə olunacaq  əşya və hadisələr müəyyənləşdirilir
2.   Kəsişən dairələr  çəkilir (ortada yazmaq üçün yer saxlanır)
3.   I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur
4.   Şagirdlər  təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
5.   Müqayisə olunan obyektlər  təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər  ümumiləşdirilir. Nümunə:
Mövzu: Erkən tunc dövrü
Tapşırıq: Toxa və xışa məxsus olan oxşar və fərqli cəhətləri aşağıdakı diaqramda qeyd edin.

Qeyd: Venn diaqramı üsulu tətbiq edilərkən sxemin yalnız dairə formasında tətbiqi mütləq deyil. Məqsədlərdən və məzmundan asılı olaraq sxemi dəyişdirə bilərsiniz, bu şərtlə ki sxem anlayışların müqayisəsinə xidmət etmiş olsun.
Əlavə olaraq qeyd edim ki, bu üsulun tətbiqi zamanı paralellik nisbəti gözlənilməlidir. Məsələn dairənin bir tərəfinə yazılmış fərqin müqayisəli qarşılığı dairənin digər tərəfindəki fərq yerinə yazılamlıdır. Əks halda sadəcə dairələrə xüsusiyyətlərin yazılması halına düşəcək və müqayisədə söhbət belə getməyəcək. Belə bir nümunə deyim
Yaz və yay fəslinə məxsus olan xüsusiyyətlərin müqayisə edilməsini müəllim tapşırıq olaraq şagirdlərə verir. Nəticə aşağıdakı kimi olur.
Şagird dairələri aşağıdakı qarşılıqla tamamlayır
1.      Yazda ağaclar çiçəkləyir                                           Yayda havalar isti olur
2.      Yazda yağışlar yağır                                                  Meyvələr yetişir
3.      Havalar sərinləyir                                                      İnsanlar istirahətə gedirlər 
Əslində isə, diqqət edilməlidir ki, Yazda ağaclar çiçəkləyirin qarşılığına yayda isə meyvələr yetişir yazılmalı....... yazda yağışlar yağır və havalar sərinləyirin qarşılığına—yayda havalar isti olur və insanlar istirahətə gedir yazıla bilər. Bu zaman müqayisə baş tutacaqdır.                           
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
  1. -          Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik
  2. -          Vaxtın uzanması
  3. -          Nəticənin çıxarılmasında çətinlik
  4. -          Müqayisənin primitiv şəkildə aparılması

(Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur. Müəllfiliyi qorunur)

  Üsulun əsas mənbəsi isə : Z. Veysova)

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası