DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Temmuz 2017 Perşembe

İki hissəli gündəlik strategiyası

İki hissəli gündəlik strategiyası
Sinifdəki şagirdləri cütlərə ayırırıq. Hər bir şagirdə tapşırırıq ki, “Qədim Roma dövləti” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir birilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün bir şagirdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də deyilənlərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Roma dövlətinə aid mənbə olan  “Romul və Rem” rəvayəti  oxumağı tapşırırıq, rəvayəti oxuduqca onlar iki hissəli gündəliyə uyğun qeydlər etməlidirlər. İki hissəli gündəlik fəal dərsin ikinci mərhələsi olan tədqiqatın aparılması mərhələsində tətbiq edilə bilən bir üsul növüdür.
İki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaquli xətlə 2 yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yadda qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh edirlər:  Niyə bu sitatı yazıblar?, Sitat onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı hansı suallar meydana çıxmışdır?
Nümunə:
Rəvayətdən götürülən sitat

Verilən şərhlər. Nəyə görə bu sitatı yazıb?
1.
2.
3.
4.
5
1.
2.
3.
4.
5.
Şagirdlər rəvayəti oxuyub 2 hissəli gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflər aparmaq lazımdır. Cütlərdən biri qaldırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz fikirlərini əlavə edirlər. Müzakirə qurtardıqdan sonra, müəllim şagirdlərdən xahiş edir ki, 10 dəqiqə ərzində “Qədim Roma” mövzusuna aid düşüncələrini yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır)
Bu dərs zamanı müəllim proqramda verilmiş rəvayəti sadəcə olaraq şərh etmir, şagirdlərdən də həmin anda rəvayəti  evdə öyrənməklərini  tələb etmir. Şagirdlərdə rəvayət üzərində apardıqları tədqiqat işi vasitəsi ilə maraq yaradır və sonra öyrənməyi  tapşırır.
T- cədvəl
T-Cədvəl metodu şagirdlərdə məntiqi və tənqidi təfəkkürü qiymətləndirmə, münasibət bildirmə kimi bacarıqların inkişafına əlverişli imkan yaradır.  Üsul tətqiqatın aparılması, yaradıcı tətbiqetmə mərhələrində tətbiq edilə bilər. Üsulu tətbiq etməzdən öncə müəllim sinfi kiçik qruplara bölür. Üsulun tətbiqində müəllim müxtəlif iş formalarından (kiçik, bpyek qruplar, cütlər, fərdi) istifadə edə bilər.
Üsulu tətbiq edərkən müəllim üsulun tətbiqinə maksimum 15 dəqiqədən çox vaxt ayırmamalıdır.
Nümunə:
Meyarlar/Şəxsiyyətlər
Daha mübariz
Daha əzmli
Daha səriştəli
Daha məqsədli
Yuli Sezar




Oktavian Avqust





 Müəllim sinfi 4 və ya 5 nəfər olmaqla qruplara bölür.
Onların qarşısında  daxilində müxtəlif meyarlar olan, mövzu ilə əlaqədar problem qoyur.
Problem şagirdlər tərəfindən sözlərlə və yaxud da minus, plyus işarəsi qoymaqla da həll edilir.
Üsulu tətbiq etməzdən öncə vacib olan məsələlər:
1.     -          Meyarlar müəyyənləşdirilməli
2.     -          Vaxt müəyyənləşdirilməli
3.     -          Şagirdlərdə mövzu ilə bağlı məlumat olmalı  


1 yorum:

Sağ düymə qadağası

Kopya qadağası