DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:


                                                                  II Mövzu:
Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:

                                                 Fənn kurikulumunun xarakterik cəhətləri
Fənlər üzrə təhsil proqramı (kurikulumu) hər fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir.
                                                          Fənn kurikulumunun strukturu:
Giriş: Fənnin məqsəd və vəzifələri, Fənnin xarakterik xüsusiyyətləri

1. Fənnin məzmunu
Ümumi təlim nəticələri

Məzmun xətləri
          Məzmun xətləri üzrə
 təlim nəticələri
 Məzmun standartları
İnteqrativlik

2. Təlim strategiyası
    Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
     Forma və üsulların təkmilləşdirilməsi barədə
tövsiyələr
     Müəllimin təlim fəaliyyəti-
nin planlaşdırılmasına dair
nümunələr
  Məzmun standartlarının şərhi
        
3. Şagird nailiyyətinin qiymətləndirilməsi
    Əsas qiymətləndirmə növləri
    Qiymətləndirmə standartları və qiymətləndirmə vasitələri


Fənn kurikulumunda siniflər üzrə fənnin məzmunu (fənnin məqsədləri, məzmun xətti, standartlar, alt- standartlar), təlim  strategiyaları, qiymətləndirmə standartları, növləri, üsulları və vasitələri əks olunub.

Təlim modeli: məzmun-metod-öyrədici mühit-qiymətləndirmə
Təlim nəticələri-
müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Təlim nəticələri fənn kurikulumundakı məzmun standartlarının əsasını təşkil edir.
Məzmun xətti -fənn üzrə ümumi təlim nəticələrinin   reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
Məzmun standartı -təhsil alanların bilik və bacarıqlarına qoyulmuş dövlət tələbidir.

Əsas standartların funksiyası
ü  Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
Alt-standartların funksiyaları
ü  Təlim məqsədlərinin dəqiq müəyyən  olunması üçün etibarlı zəmin yaradır.
ü  Təlim strategiəalarının düzgün seçilməsində mühüm rol oynayır.
ü  Təlimdə inteqrativliyi təmin edir.
ü  Təlimin  məzmununun davamlı inkişafını təmin edir.
ü  Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.

Məzmun standartlarının komponentləri üzrə təsnifat
                                                      1. Bilik:                                    2. Fəaliyyət
Biliyin kateqoriyaları:  Standartlarda  ifadə edilən bilik adətən alt standartlarda üç geniş kateqoriyadan birinə aid olur. Bu  kateqoriyalar biliyin üç əsas növünü təmsil edir.
1. Deklarativ/Faktoloji bilik:  prosesləri və ya fəaliyyət mərhələlərini ehtiva etmir. Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına artıq mövcud olan mühüm anlayışlar və faktlar, terminologiya və təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir.

2. Prosedural bilik:  prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.

3. Kontekstual/Konseptual bilik:  sadəcə prosedural ve ya deklarativ biliyin əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik sahəsinə münasib faktları ümumiləşdirən  və əlaqələndirən şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləşdirmələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir.


Məlumat xarakterli biliklərdir. Bunların sırasına anlayışlar, təriflər, faktlar daxilldir.
Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklərdir.
Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. 
İdrak prosesinin gedişatına, dərketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən biliklərdir. Bunların sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və ya reflektiv biliklər, idrak prosesi haqqında  təsəvvürlər daxildir.

Fəaliyyət  növləri:
1. İdraki (Koqnitiv)
tanımaq, qaydanı izah etmək, nümunə göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək     2. Emosional-affektiv (Ünsiyyət)
seçimini izah etmək, təsvir etmək, şərh etmək, reaksiya vermək, təqdim etmək
 3. Psixomotor
                        rəqs etmək, qaçmaq, yazmaq, rəsm çəkmək, yapmaq, quraşdırmaq

TƏLİM MƏQSƏDLƏRİNİN  TAKSONOMİYASINA  DAİR
* Təlim məqsədləri bilik, bacarıq, vərdiş və dəyərlərin formalaşmasını əks etdirir.
* Taksonomiya təlim məqsədlərinin həm iyerarxiyasını, həm də təsnifatını özündə birləşdirir.
Təlim məqsədlərinin taksonomiyası Benjamen Blum  (ABŞ) tərəfindən 1956-ci ildə təklif olunmuşdu və 3
 sahəni əhatə edirdi : koqnitiv (idraki), affektiv (emosional) və psixomotor məqsədlər.
* Blumun taksonomiyasının  təkmilləşdirilmiş variantı L.Anderson və D.Krasvol (2001) tərəfindən hazırlanan taksonomiyasıdır

5 yorum:

  1. Summativ qiymətləndirmə Alt standarta əsasən aparılmır.Esas standartda əsasən aparılır

    YanıtlaSil
    Yanıtlar
    1. Məzmun standartları əsasında aparılır.(TAİM/MAKSİMUM)İ.Həsənov.səh.23

      Sil
  2. Fənn kurikulumun seciyyevi cəhətləri hansılardlr?

    YanıtlaSil
  3. Bir alt standartın reallaşdırmaq üçün necə təlim nətlim nəticəsi müəyyən etmək olar

    YanıtlaSil
  4. Salam. Məlumat üçün təşəkkür edirəm.

    YanıtlaSil

Sağ düymə qadağası

Kopya qadağası