DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Taksonomiyalar, Təlim strategiyaları, Fəal Təlim



III Mövzu:
Taksonomiyalar, Təlim strategiyaları, Fəal Təlim

Blumun idrak taksonomiyası bütün müəllimlər üçün təlim məqsədlərini və onlara müvafiq fəaliyyət növlərini müəyyən etməyə kömək edən çox dəyərli vasitədir.
Lakin son 15 illərin araşdırmaları göstərdi ki, Blumun taksonomiyası bu sahədə ən tanınmış modellərdən biri olmasına baxmayaraq, artıq müasir elmi nailiyyətlərə tam uyğun deyil və yenidən nəzərdən keçirilməlidir.
2001-ci ildə Amerika alimləri L.Anderson və D.Krasvol Blumun idrak taksonomiyasının psixoloji əsaslara görə dəqiqləşdirilmiş variantını  (2)  təklif etdilər.
 Taksonomiyalar: İdrak taksonomiyası (Blum, 1956), Affektiv-emosional (ünsiyyət) taksonomiyası -(Krasvol, 1964), Psixomotor taksonomiyası  (Kennes Mur,1972)
Məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor bacarıqlara bölünür. Bu bacarıqlar onların inkişaf səviyyəsi üzrə taksonomiyalarda iyerarxik qaydada yerləşdirilib. Taksonomiyalar təlimi daha ardıcıl və səmərəli qurmağa zəmin yaradır. 

Taksonomiyalar təlim prosesində böyük rol oynayır, aşağıdakı imkanlar yaradır:
təlim məqsədlərini düzgün müəyyənləşdirmək;
problemləri düzgün  müəyyənləşdirmək və şagirdlər üçün tapşırıqları tərtib etmək;
qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək;
təlim nəticələrinə əsaslanaraq refleksiyanı düzgün keçirmək:  bu və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə qarşılaşdıqlarını müəyyən etmək.


                                                                    




                                 FƏAL (İNTERAKTİV) TƏLİMİN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Fəal (interaktiv) və ənənəvi təlimin arasında həm oxşar, həm də fərqli cəhətlər vardır. Eyni zamanda, elə xüsusiyyətlər vardır ki, onlar yalnız fəal (interaktiv) təlimə məxsusdur. Onlar aşağıdakılardır:
  • Təlimin subyekt - subyekt xarakteri daşıması;
  • İştirakçıların bütün dərs zamanı fəallığı;
  • Dərsin əvvəlində problem situasiyanın yaradılması və onun gedişinin problemin həllinə yönəldilməsi;
  • Dərsin tədqiqat şəklində keçirilməsi, təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi;
  • Şagirdlərin düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi;
  • Dərsin dialoq şəklində aparılması;
  • Müəllim və şagirdlər arasında  qarşılıqlı əməkdaşlığın, əks əlaqənin yaradılması;
  • Qrup işindən geniş istifadə olunması, şagirdlərin birgə fəaliyyəti;
  • Təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi;
  • İş vərəqlərinin istifadəsi;
  • Bliklərin yaradıcı tətbiqi və s.
                                          FƏAL (İNTERAKTİV) TƏLİMİN ÜSTÜNLÜKLƏRİ:
müstəqil düşünmək  və sərbəst nəticə çıxarmaq imkanı, şagirdlərin fəallığı, az vaxt ərzində daha çox məlumat mənimsəmək imkanı, tədqiqat vərdişlərinin formalaşması və inkişafı, əməkdaşlığın və qarşılıqlı hörmətin formalaşması.
                                              FƏAL TƏLİMİN MEXANİZMLƏRİ
Mexanizm №1. Problemli şəraitin yaradılması. Şagirdin qarşısına problem qoyulur (problemli şəraiti yaratmaq) və onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır.
Mexanizm №2. Şagird – tədqiqatçı, müəllim – fasilitator. Fəal (interaktiv) təlim zamanı şagird subyekt mövqeyini tutmalı, bu prosesin bərabər iştirakçısı olmalıdır. Şagird tədqiqatçı, müəllim isə - bələdçi rolunu həyata keçirməlidir. Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə etməlidirlər.
Mexanizm №3. Dialoqun və əməkdaşlığın zəruriliyi. Fəal (interaktiv) təlim dialoji şəkildə əməkdaşlıq şəraitində keçirilir
Mexanizm №4. Psixoloji dəstək: hörmət və etibar. Şagirdlərin idrak fəallıqlarını saxlamaq vasitəsi- onların psixoloji dəstəklənməsidir:müəllimin xeyirxah münasibəti, şagirdlərə hörmət  etibarı, onların bacarığına inamı.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası