DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Təhsil islahatları, Təhsilə aid sənədlər, Kompetensiyalar, Kurikulum anlayışı


I Mövzu:
Təhsil islahatları, Təhsilə aid sənədlər, Kompetensiyalar, Kurikulum anlayışı
Kompetensiyalar: Bacarıqların müəyyən edilmiş standarta uyğun olması
Həyatda vacib olan yüksək səviyyədə biliklər + bacarıqlar + vərdişlər+ keyfiyyətlər + dəyərlər = kompetensiyalar:

Əsas  kompetensiyalar
Metakompetensiyalar
Ana dilində ünsiyyət  kompetensiyası
tənqidi təfəkkür,
yaradıcı yanaşma,
təşəbbüskarlıq,
problemlərin həlli,
riskin qiymətləndirilməsi,
qərarların qəbul edilməsi
hislərin konstruktiv idarə edilməsi
Xarici dillərdə ünsiyyət   kompetensiyası
Riyazi savad, elm və texnologiyada əsas kompetensiyalar
Kompüter savadı   kompetensiyası
     
Müstəqil öyrənmə kompetensiyaları
Sosial və vətəndaşlıq kompetensiyaları

Yenilik və sahibkarlıq kompetensiyası
Məlumatlılıq və mədəni sahədə özünü ifadə etmək kompetensiyası


TƏLİM YANAŞMALARI
ƏNƏNƏVI  YANAŞMA
MÜASİR  YANAŞMA
1. Proqramın tələblərinə yönəlib
1. Şagirdin tələblərinə yönəlib
2. Müəllimə yönəlib
2.Şagirdə yönəlib
3. Fənnin məqsədlərinə yönəlib
3. Təlim nəticələrinə yönəlib
4. Biliklərə yönəlib
4. Kompetensiyalara yönəlib

 Kurikulum  islahatını zəruri edən səbəblər

ü   Cəmiyyətdə yeni ictimai münasibətlərin  yaranması
ü   Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına     keçid
ü   Dünya təhsil sisteminə inteqrasiya
ü   İnformasiya əsrinin tələbləri
ü   Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və  yanaşmaların formalaşması
ü   Mövcud ümumi təhsil proqramlarının müasir  tələblərə cavab verməməsi
Təhsil islahatlarının mərhələləri (1999-2013)
 














                           Ümumtəhsil sistemində dövlət siyasətini əks etdirən sənədlər




            4. «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» 24  oktyabr  2013
5. 2006 – Azərbaycan Respublikası ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)

Azərbaycan Respublikasının təhsilində 5 pillə müəyyən olunur: məktəbəqədər, ümumi orta, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali.
Ümumi orta pilləsi 3 səviyyəyə bölünür: ibtidai, ümumi orta, tam orta

Kurikulum: təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir
Kurikulum anlayışı
“Kurikulum” latın sözü olub, lüğəvi mənası “kurs”, “elm”, “yol”, “istiqamət” deməkdir. Bu söz ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram”kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir.

Kurikulumun “şəxsiyyətyönümlülük”, “şagirdyönümlülük” və “nəticəyönümlülük” yanaşmaları təlimin mərkəzində şagirdin olmasını göstərir. Bu yanaşmalar xüsusən təlim məqsədlərinin yazılışında da əks olunur.
Kurikulum xüsusiyyətlərinin  təlim-tərbiyə prosesində böyük faydası var: təlim-tərbiyə prosesini daha səmərəli edir,  təcrübə yönümlü bacarıqlar formalaşdırmağa imkan yaranır. Bununla əlaqədar  müəllimin qarşısında yeni tələblər qoyulur.
                                      Müasir təhsil proqramının xüsusiyyətləri (prinsipləri)
Şagirdyönümlülük:Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
Şəxsiyyətyönümlülük:Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır
Tələbyönümlülük:Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və təlabatlarının nəzərə alınmasıdr.
Nəticəyönümlülük:Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.
İnteqrativlik:Təhsilin məzmun komponentlərinin bir –biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.
Qiymətləndirmə standartları:Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir

                                            Ənənəvi təhsil proqramı
            1. Bilikyönümlüdür.         2. Müəllimyönümlüdür.        3. Fənyönümlüdur.
4. Təklifyönümlüdür.                   5. Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter daşımır.
            6. Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası