DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Qiymətləndirmə:



VII Mövzu
Qiymətləndirmə:
Yeni qiymətləndirmə  sisteminin yaradılmasını zəruri edən  amillər:
Təhsil fəaliyyətinin səmərəlilik səviyyəsinin  müəyyən edilməsi;
Təhsil standartlarının tələbata uyğunluğunun  monitorinqinin həyata  keçirilməsi
Ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi;
Təlim prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi
Hüquqi –normativ sənədlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “AZƏRBAYCAN RESPUBLİKASININ  ÜMUMİ TƏHSİL  SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI”
Müasir qiymətləndirmə siyasəti
Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
Cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
Şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.
Qiymətləndirmənin istiqamətləri , növləri və formaları
Qiymətləndirmənin istiqamətləri dedikdə ayrı-ayrı forma, məzmun  və məqsədə  malik olan  qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:
Beynəlxalq qiymətləndirmə                Milli qiymətləndirmə              Məktəbdaxili qiymətləndirmə
Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.
Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və  şagirdlərin sinifdən sinfə,bir təhsil səviyyəsindən  digər təhsil səviyyəsinə  keçirilməsinə,  təhsilalanların attestasiyasına xidmət edir.
Beynəlxalq qiymətləndirmə: 
Beynəlxalq standartlara əsaslanır.   Cəmiyyətdə inteqrasiya proseslərinin nəticəsidir.
Hər bir ölkənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır.
Beynəlxalq və milli ekspertlər tərəfindən  keçirilir.

Milli qiymətləndirmə:
Milli qurumlar tərəfindən keçirilir
Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədi ilə aparılır.
Ümumi dövlət standartları və proqramları (kurikulumları)  və fənn kurikulumunda əks olunub.
Milli qiymətləndirmə 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir, milli mütəxəssislər tərəfindən aparılır.
Məktəbdaxili  qiymətləndirmənin növləri:
Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi)
Formativ qiymətləndirmə (inkişafın izlənməsi)
Summativ (yekun qiymətləndirmə)
Qiymətləndirmə formaları - qiymətləndirmənin keçirilmə mexanizmini nəzərdə tutur
Qiymətləndirmənin üsul və vasitələri:
Məlumatların toplanması üçün qiymətləndirmə üsulları və vasitələrindən istifadə olunur: Qiymətləndirmə üsulları sagirdlərin təlim fəaliyyəti haqqında  məlumatları toplamaq  üçün istifadə  olunan prosedurlardır. Qiymətləndirmə  vasitələri   həmin üsulu həyata keçirmək üçün  istifadə olunan alətlərdir. Qiymətləndirmənin növündən asılı olaraq üsul və vasitələr fərqli olur.



Komponentlər
Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
1.Məqsədlər
Bilik, bacarıq, vərdişlərin inkişafına yönəlmiş. Reallıqda əsasən  bilik səviyyəsi qiymətləndirilirdi.
Bilik, bacarıq, vərdiş, dəyərlər. Şəxsiyyətin inkişafına yönəlmiş. Şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
2. Rol və vəzifələr
Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu,  şagird yalnız  qiymət almaq xatirinə oxuyurdu. Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi.
Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.  Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
3. Növlər və istiqamətlər
MəktəbdaxiliCarı və yekun qiymətləndirmə
Beynəlxalq, milli, məktəbdaxili qiymətləndirmə. Diaqnostik, formativ , summativ qiymətləndirmə.
4. Xüsusiyyətlər
Daha formal, qeyri-dəqiq, müəllimin subyektiv rəyinə əsaslanırdı, sistemsiz.
Standart əsasında qurulur. Daha obyektiv, dəqiq, adekvat, sistemli.
5. Meyarlar, göstəricilər
Mövzulara əsaslanan nailiyyətlərin qiymətləndirilməsi Daha çox kəmiyyət göstəriciləri nəzərə alınır.
Qiymətləndirmə standartlarına əsaslanan. Keyfiyyət göstəriciləri nəzərə alınır.
6. Üsul və vasitələr
Məhdud və qeyri-çevik (şifahi cavab, yoxlama işləri, testlər)
Daha müxtəlif və çevik (müsahibə, söhbət, müşahidə, rubriklər, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri)
7.Formalar
Sinifdaxili
Sinifdaxili, məktəbdaxili, mərkəzləşdirilmiş

Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
Qiymətləndirmə zamani şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
Cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı. Müəllimin subyektiv rəyinə əsaslanırdı.
Cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirilmənin obyektivliyini təmin edir.
Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi.
Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
Əsasən bilik səviyyəsi qiymətləndirilirdi.
Şagirdin nailiyyəti (qazanılan dəyərər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.
Qiymətləndirmə standartları mövcud deyildi.
Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.

Qiymətləndirmə ilə bağlı termin və ifadələr
Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə verilən dövlət tələbləri;
Qiymətləndirmə meyarları- şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər;
Portfolio- şagirdin fəaliyyəti ilə bağlı olan sənədlər, o cümlədən  diaqnostik, formativ qiymətləndirmə məlumatlarının  qeydə alındığı  xüsusu  qovluq;
Rubrik- şagirdlərin fəaliyyət və nailiyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalası.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası