DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Planlaşdırma



X Mövzu: Planlaşdırma


Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar:
Ø  Məzmun standartlarına  əsasən  tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq
Ø  Tədris vahidlərinin  və mövzuların ardıcıllığını müəyyənləşdirmək
Ø  İnteqrasiya imkanlarını müəyyən etmək
Ø  Əlavə resurslar seçmək
Ø  Təlim məqsədinə görə məqsədyönlü  vaxt bölgüsü aparmaq
Ø  Təlim məqsədinə görə nailiyyətlərin qiymətləndirilməsi növlərini müəyyənləşdirmək
İllik planlaşdırmanın aparılma qaydaları bağlı tövsiyyələr
-Standartlar qrupuna əlavə standartlar daxil etmək.
-Mövzuları dəyişdirmək və ya  artırmaq.
-İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək.
-Əlavə resurslar seçmək.
-Mövzular üzrə vaxt  bölgüsündə dəyişikliklər etmək.
Standratlar
Tədris vahidi
Mövzular
İnteqrasiya
Resurslar
Qiymətləndirmə
Saat
Tarix

                                       Şagirdlərin qiymətləndirilməsinin illik planlaşdırılması
İllik planlaşdırmada qiymətləndirmə bölməsi həm şagirdlərin təlim fəaliyyətinin izlənilməsini, həm də onların nailiyyətlərinin yoxlanmasını nəzərdə tutur.Yəni illik planlaşdırma cədvəlində gündəlik dərslərdə şagirdlərin fəaliyyətini izləmək məqsədilə seçilmiş qiymətləndirmə üsulu, summativ qiymətləndirmə saatlarında isə onun üçün müəyyənləşdirilmiş yoxlama vasitəsi  yazılır.

FƏAL DƏRSİN PLANLAŞDIRILMASI
1. Dərsin gözlənilən nəticələrini müəyyən etmək  (alt-standart əsasında dərsin təlim nəticələrini müəyyənləşdirmək)
2. Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini müəyyənləşdirmək
3. Dərsin motivasiyasını hazılamaq (problem situasiyanın yaradılması,  motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması)
4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün  istifadə olunan bilik mənbələrini müəyyənləşdirmək
5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək  tədqiqat  tapşırıqlarını  hazırlamaq
6. Tədqiqat metodlarını müəyyənləşdirmək
7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq,  tədqiqatın təqdimat formasını müəyyənləşdirmək
8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək
9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, şəkil, siyahı, kollaj, layihə və s.)
10.Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar  hazırlamaq
11.Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək
12.Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq
13.Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək

14.Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını müəyyənləşdirmək
15.Dərsdə istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək
16.Dərsdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq


-Dərsin planlaşdırılması üçün onun bütün komponentlərinin bir biri ilə uzlaşdırılması vacibdir.
-Təlim məqsədləri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümümiləşdirmələrə əsasən dərsin tədqiqat sualı tərtib olunur. Bütün bunlar dərsin tamlığını və sistemliliyini (dərsin əvvəlinin və sonunun sıx əlaqəsi), təlim nəticələrinə nail olmasını təmin edir.


Standartlar
Mövzu
İnteqrasiya
Texnikalar
İş forması
Resurslar
DƏRSİN TƏLİM NƏTİCƏLƏRİ
1.MOTİVASİYA
Tədqiqat sualı
2.TƏDQİQATIN APARILMASI
3.MƏLUMAT MÜBADİLƏSİ
4.MƏLUMATIN  MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
5.NƏTİCƏ
6.YARADICI TƏTBİQETMƏ (dərsdə, evdə)
7.QİYMƏTLƏNDİRMƏ (meyarları  və üsulları) və REFLEKSİYA

İnteqrasiya
    İnteqrasiya  - müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir
Müasir dünya təcrübəsində, əsasən, inteqrasiyanın 3 səviyyəsi fərqləndirilir:
Fəndaxili inteqrasiya – müəyyən bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsi – fənn daxilindəki faktların sistemləşdirilməsidir. Bu səviyyədə inteqrasiyanı verilmiş materialın  ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin məzmununun, strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli ola bilər.
Fənlərarası inteqrasiya – iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq və  prinsiplərin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa bir fənnin öyrədilməsi zamanı istifadəsini nəzərdə tutur. Məzmunun bu modelə uyğun sistemləşdirilməsi şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazının yaradılması ilə yanaşı, həm də ümumelmi anlayışlar, kateqoriyalar və yanaşmalarla xarakterizə olunan yeni tip biliklərin formalaşdırılmasına təkan verir. Müxtəlif fənlərə aid oxşar və bir-birini tamamlayan mövzular elə planlaşdırılır və iş elə təşkil olunur ki, müəyyən bir çərçivə yaranır, yəni onlar eyni vaxtda tədris olunur.
Fənlərüstü (transfənn) inteqrasiya – inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla özündə təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. Yəni bu inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldıqları məzmun sintez edilir.


0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası