DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

5 Ağustos 2019 Pazartesi

UŞAQ BİRLİYİ TƏŞKİLATININ RƏHBƏRİ (UBR)


 Əmək funksiyası.

1)İş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir.
2) İşini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur.
3) Təşəbbüslərə yaradıcı yanaşır, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.
4)Uşaq birliklərinin fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir.
5)Uşaq və yeniyetmələrin istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir.
6)Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır.
7) Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir.
8) Uşaq təşkilatının maddi-texniki bazasını qoruyur və inkişaf etdirir.
9) Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.

P.S - Təçkilatçıya hesabatlıdır.

Bilməlidir:
- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
-Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini;
-uşaq birliyi təşkilatının rəhbərinin vəzifələrini və qarşısında duran tələbləri;
-Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən az olmayaraq əmək stajı; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: ali pedaqoji təhsil, 5 ildən az olmayaraq əmək stajı.

Mənbə:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017- ci il tarixli  N18-1 nömrəli qərarı ilə təsdiq olunmuş  "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid -tarif -sorğu ixtisas kitabçası "

6 yorum:

  1. Ubr respublika mektebini bitirenler hansı derece ile maaş almalıdır

    YanıtlaSil
    Yanıtlar
    1. salam men de Respublika mektebinin bitirmişəm maaşı ne qeder olur

      Sil
  2. Salam, pandemiya iləəlaqədarUBTR-nin illik iş planı varmı?

    YanıtlaSil
  3. Salam,UBTR- məktəbinin elaqe nomresi lazımdır,zehmet olmasa

    YanıtlaSil
  4. Indi gordum oxudum ana ve uwaq olub ama bunu deyimki 1 nomreli usaq sunomik sanatoriyasindan 1 anani 2 uwaqi ile qovublar elerinde senedleri ola ola mudur evez edicisi anani iwciler qarwisinda tekir edib deyibki kime isteyisen de bura sizcun deyil yeni pulu olancundu meseleni hetta deputat olan kamal ceferovada deyilib ama oda uzadib hani bes bu birliyin gucu ki 2 korpe kucede qaldi ama birlik buna susdu hecne demedi buda o aylenin nomresi 0505884881

    YanıtlaSil
  5. Salam UBR mektebi nomresi ve ta adresi qeyd ederdiz zehmet olmasa

    YanıtlaSil

Sağ düymə qadağası

Kopya qadağası