DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2019 Salı

DƏRNƏK RƏHBƏRİ funksiyası



Əmək funksiyası.

1) Dərnəyin tərkibini komplektləşdirir və onun dərs ili müddətində saxlanması üzrə tədbirlər görür.
2) Aparılan işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə və metodlarını müəyyən edir.
3) Məşğələlərin planını, proqramını tərtib edir və onların yerinə yetirilməsini təmin edir.
4)Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarır, onların meyl və maraqları üzrə inkişafına kömək edir.
5) İstedadlı şagirdlərin üzə çıxarılmasına köməklik göstərir, şagirdlərlə fərdi iş aparır, olimpiada, yarış, sərgi və s. tədbirlərdə dərnək üzvlərinin iştirakını təmin edir.
6)Valideynlərə və məktəbin pedaqoji işçilərinə istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər verir.
7)Məşğələ zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena normalarına əməl olunmasını təmin edir.


Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün aşağıdakı miqdarda vəsait nəzərdə tutulur:

1)5-dən 10-dək sinif olduqda — 0,5 müəllim stavkası;
2)10-dan 20-dək — 1 stavka;
3) 20-dən 40-dək 1,5 stavka;
4) 40 və daha çox sinif olduqda 2 müəllim stavkası.

*diqqət: stavka deyiləndə 12 saat nəzərdə tutulur.
*Dərnəklər ştatla verilir, 0.25 ştat - 3saat ,
 0.5 ştat -6 saat , 1 ştat -12 saat
*Vəzifəsi olanlar (tam ştat direktor, dr muavinləri, psixoloq və s)dərnək apara bilməzlər

Bilməlidir:
-şagird şəxsiyyətinin inkişafının qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və maraqlarını;
-pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın əsaslarını, təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını, elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini;
-müvafiq təmayül üzrə dərnək və digər məşğələlərin proqramlarını;
-sinifdənxaric və məktəbdənkənar işin təşkili üzrə hüquqi aktları;
- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

-8-ci dərəcə: tam orta təhsil və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
-9-cu dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
-10-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
-11-ci dərəcə: orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj və ya ali təhsilini fərqlənmə diplomu ilə bitirən;
-12-ci dərəcə: orta ixtisas təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;
-13-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, -13 ildən 18 ilədək pedaqoji staj;
-14-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, -18 ildən az olmayaraq pedaqoji staj.

*********************************************

FİZİKİ TƏRBİYƏ(Dərnəyi)  RƏHBƏRİ (TƏLİMATÇI)

Əmək funksiyası.

1)Fiziki tərbiyə proqramı və metodikasına uyğun olaraq təhsilalanların təlimi üzrə iş aparır.
2)Təhsilalanların yaşlarına uyğun fərdi psixi-fiziki xüsusiyyətlərini və hazırlığını nəzərə alaraq, məşğələlərin məqsəd və məzmununu müəyyənləşdirir.
3)Vərdişlərə və tapşırıqların yerinə yetirilməsi texnikasına yiyələnməkdə uşaqlara kömək göstərir, onlarda mənəvi-iradi keyfiyyətlər formalaşdırır.
4)Məşğələ keçirilən otaqda sanitariya-gigiyena normalarının gözlənilməsini daim nəzarətdə saxlayır.
5)Bədən tərbiyəsi metodikası, onun sağlamlaşdırıcı funksiyaları və bədbəxt hadisələrin profilaktikası üzrə təhsilalanlara məsləhətlər verir, onların sağlamlığının qorunması üçün tədbirlər görür, ilk tibbi yardım göstərir.

P.S
*Fiziki tərbiyə dərnəyinə cəlb olunan hər bir şagirdin sağlamlıq haqqında arayışı olmalıdır.

Bilməlidir:
-“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu;
- pedaqogika və psixologiyanı, yaş fiziologiyası və anatomiyanı, sanitariya və gigiyenanı;
-müxtəlif yaşlı uşaqların idman növləri üzrə, o cümlədən üzgüçülük təlimi metodikasını;
- idman-sağlamlıq tədbirləri zamanı təhlükəsizlik texnikası tələblərini;
-uşaqların müxtəlif idman növləri ilə məşğul olarkən özlərini aparma tələblərini;
-fiziki, yaxud əqli inkişafında çatışmazlığı olan uşaqlarla iş üçün defektologiyanı və müvafiq metodikanı;
-əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

-10-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, pedaqoji staja tələb qoyulmadan;
-11-ci dərəcə: orta ixtisas təhsili, 10 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj;
-12-ci dərəcə: orta ixtisas təhsili, 18 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsili, idman üzrə fəxri adı olan; müvafiq ixtisas üzrə ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj;
-13-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 8 ildən çox pedaqoji staj.

*********************************************
ƏMR N238

Azәrbaycan Respublikası tәhsil nazirinin
04.08. 2017-ci il tarixli 238 nömrәli
әmri ilә tәsdiq edilmişdir.

"""Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin    tәşkili
Qaydası """""

1. Bu Qayda “Tәhsil haqqında” Azәrbaycan Respublikası Qanununun 19.7-ci,
31.0.2-ci vә 32.3.4-cü maddәlәrinә, “Ümumtәhsil mәktәbinin Nümunәvi Nizamna-
mәsi”nin 4.18-ci bәndinә әsasәn hazırlanmışdır vә ümumtәhsil mәktәblәrindә (bundan
sonra – mәktәblәrdә) büdcә vәsaiti hesabına maliyyәlәşdirilmәsi nәzәrdә tutulan
dәrnәklәrin tәşkili qaydalarını tәnzimlәyir.
2. Hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun
yaradılır.
3. Dәrnәklәr tәhsilalanların meyil vә marağı, habelә mәktәbdә müvafiq tәdris-
maddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla tәşkil edilir.
4. Dәrnәklәr, bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki
yaradıcılıq, idman növlәri üzrә yaradılır.
5. Dәrnәklәrin tәşkilindә әsas mәqsәd tәhsilalanların mövcud potensiallarının
inkişafı, mәlumatlılıq sәviyyәsinin artırılması üçün lazımi şәraitin yaradılması, tәdris
proqramları әsasında qazandıqları bilik vә bacarıqların genişlәndirilmәsi, onlarda
yaradıcılıq vә tәtbiqetmә bacarıqlarının formalaşdırılmasından ibarәtdir.
6. Dәrnәklәr şagirdlәrin könüllülüyü әsasında tәşkil olunur. Bu vә digәr dәrnәk
mәqsәd vә mәzmunundan asılı olaraq, bir, yaxud bir neçә dәrs ili әrzindә fәaliyyәt
göstәrә bilәr.
7. Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam
orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir. Hәmin dәrnәklәr
komplektlәşdirilәrkәn sinif sәviyyәsindәn asılı olmayaraq şagirdlәrin marağı, istedad vә
intellekti nәzәrә alınır.
8. Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir. Hәr
hansı bir dәrnәkdә şagirdlәrin maksimum sayı 15 nәfәr müәyyәn edilir.
9. Dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. Hәr hansı bir
dәrnәyә rәhbәr tәyin olunarkәn (müәllim, yaxud kәnardan dәvәt olunan mütәxәssis)
onun dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik
olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) nәzәrә alınır.
10. Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş
cәdvәl üzrә aparılır. Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq
etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti
müvafiq jurnalda qeyd edilir.
11. İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı
barәdә tibbi arayış tәqdim olunmalıdır.
12. Mәktәbin rәhbәrliyi tәşkil olunan dәrnәklәrin sәmәrәli fәaliyyәti üçün
mәsuliyyәt daşıyır. Dәrnәklәrin işinә ümumi rәhbәrlik vә nәzarәt direktor müavin-
lәrindәn birinin vәzifә bölgüsünә daxil olunur.
13. Dәrnәklәrin dәrs ili (illәri) әrzindәki fәaliyyәti şagirdlәrin cәlb olunduqları
dәrnәklәrin tәyinatına uyğun tәdbirlәrdә (sәrgi, müsabiqә, yarış, konsert, olimpiada vә
s.) iştirak sәviyyәsinә görә qiymәtlәndirilir.
14. Mәktәbdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu
“Qayda”dan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da
dәrnәklәr tәşkil oluna bilәr.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası