DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

5 Ağustos 2017 Cumartesi

İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN nəzərinə


İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN nəzərinə

QEYD edim ki, ibtidai sinif müəllimləri ilə daha çox təmasda oluram. İbtidai sinif müəllimlərinin qarşılaşdıqları bir çox çətinlikləri onların adından səsləndirmək istəyirəm. SƏBRLƏ OXUYUN.
1. Standartları tətbiq etmək istəyirik amma valideyinlərimiz ilə anlaşılmazlıq yaranır. Onlar bizdən övladlarına hərf yazdırmağımızı misal, məsələ həlli etdirməyi tələb edir. Bəs biz standartları tətbiq etsək onların istəyini edə bilmirik axı? Çünki standart hələ məktəbəqədərdə tam yazı yazdırılmasına yox peçat hərfləri ilə yazmaya imkan verir (Söhbət məktəbəqədər hazırlıqdan gedir)
1.1 Əgər valideyinin tələblərini yerinə yetirməsək onlar bizi qəsəbə və ya kənd,eləcə də rayon daxilində nüfuzdan salacaqlar. Deyəcəklər ki, bu müəllim necə müəllimdir ki, hələ uşaqları yaza bilmir ( məktəbəqədər)
1.2 Əgər valideyinin tələbini ödəyə bilməsək onlar uşaqlarını bizim sinfimizdən çıxarıb , digər yan sinifdə "standartları kənara atıb özündən əlavə dərslər keçən müəllimin" sinifinə qoyacaqlar
1.3 Əgər valideyinin tələbini yerinə yetirməsək onlar bizi savadsız müəllim kimi qələmə verəcək və bu növbəti illərdə daha bizə şagird təhvil verilməyəcək. 
2. Əgər biz standartlarla işləsək o zaman daha yuxarı sinif materiallarını, eləcə də standartdan kənar mövzular olıur ki kurslarda şagirdlərə öyrədilir. ... şagirdlərimiz gedib kurs sınaqlarında nəticə toplaya bilməyəcək. Beləliklə adımız yenə də yaxşı müəllim siyahısından çıxarılacaq. 
2.1 Kurslarda şagirdləri hansı kitablardan imtahan edirlərsə biz daha çox həmin materiallara üstünlük veririk nəinki standartlar.....
3. Əgər biz standartlarla dərs keçsək o zaman onların bilgiləri primitiv olacaq ay müəllimə...biz onlara bilirsiniz nələr öyrədirirk? Axı onlar standartda yoxdur....
4. Məsələn biz şagirdlərə 1-ci sinifdən fonetik təhlil keçirik amma standartda yoxdu.... Birdə 5-ci sinfin standartlarındadı fonetik təhlil 
5. Ay müəllimə mən onlara 2 mərhələli və 3 mərhələli məsələlər öyrədirəm. Nə olsun standart və kitabda yoxdur... əsas odur öyrənir və gedir kursda yüksək bal toplayır.... Bu da mənim adımadır.
6.Ay müəllimə, daha deyirsiniz ki heç nə keçməyək də... nazirliyin dərsliyinə qalsa uşaq heç nə öyrənməz.... orda çox sadədi bütün materiallar.
7. Həyat bilgisi (2 ci sinif) Ay müəllimə siz deyirsiniz ki mən indi standarta görə dərs keçsəm gərək uşaqlara balığın növlərinin eləcə adını çəkim və orqanları fərqli balıqlarla tanış edim. Mənim uşaqlarım mənə gülər ki, bilirik də onları.... Mən uşaqlarıma daha fərqli balıqlardan (balina, delfin onalrın qidalanması ) danışacam
8. Ay müəllimə gündəliyinə qiymət yazmalıyam mütləq uşağın necə meyar yazım? Meyar yazanda uşaq meqafona gedəndə onun 5 almasına baxırlar axı meyarına yox((. Meqafonda deyirlər ki, gündəliyinizdə 5 olsun
9. Dİgər fənləri (texnologiya, musiqi, təsviri incəsənət) keçmirəm. Boş boş fənlərdi nəyə gərək ki, əsas riyaziyyat və azərbaycan dilini bilsin ki, yuxarı sinifı keçəndə , yuxarı sinfi müəllimləri deməsin ki, ibtidai sinif müəllimi uşaqlara riyaziyyat və azərbaycan dilini öyrədə bilməyib
10. Uşağı ev tapşırığı ilə yükləməsək valideyin deyir ki, müəllim savadsızdır uşağa ev tapşırığı verməyib. Ev tapşırğını çox verən və valideyinin özü belə həll edə bilmədiyi tapşırığı evə verən müəllim, valideyinin gözündə savadlı müəllimdir. Ay müəllimə, mən dərsi sinifdə tam mənimsədib evə yaradıcı tapşırıq verəndə valideyin üstümə gəlir ki, filan müəllim bir səhifə tapşırıq vermişdi sizin verdiyiniz tapşırıq azdı. Uşaq bütün günü oynayır
Və sairlər  
Bu kimi çox ciddi problemlərimiz var ki, bunların hər birinin başında standartların tətbiq edilməməsi dayanır. 
Təlimlərim boyu hamısına cavab versəm də burda qısaca olaraq qedy edəcəm ki sizi yormayım
1. Tələbi valideyin yox, dövlət qoyur. 
2. Müəllimin maaşını valideyin yox dövlət ödəyir
3. Ən vacibi sonda imtahanları (kursları nəzərdə tutmuram) Təhsil Nazirliyi götürür kurslar və MEQAFON YOX. 
4. Sizi işə valideyin götürmür TN götürür
TN-nin qoymuş olduğu tələb standart və dərsliklərdir. Dərsliyi resurs kimi istfadə etsəniz də hər bir resursunuz standarta dayanmalıdır. Məktəbəqədər uşağa indidən "fonetik təhlil" öyrədib onu məhv etməyin. 
Məktəbəqədərin əylənmə imkanlarını əlindən almayın. Uşaqlarımızın digər fənlərdə potensiallarını , əyləncələrini əllərindən almayın. Digər fənlərin təklif edirəm ki texnologiya, təsviri incəsənət, musiqi kimi fənlərin standartına baxın. Görün cəmiyyətdə etik davranışlara, mədəniyyətə, yüksək əxlaqa malik şəxsiyyətin yetişməsi üçün necə gözəl standartlar var. Siz onları yerinə yetirsəniz bu cəmiyyət başının içi dolu və etkasız, mədəniyyətsiz, "şəxsiyyətlərdən" təmizlənəcək. Məsələ təkcə alim olmaqda deyil , sözün əsl mənasında ADAM olmaqdadır
Birdə qısaca onu da qeyd edim ki, uşaqların əlavə materialları yüklənməsi çoxsavadlılıq deyil. Unutmayın ki, neçə yaşınız varsa, o yaşa qədər toplamış olduğunuz informasiyanı hissə hissə toplamısınız. Siz bir neçə il ərzində bütün beyninizdəkiləri siz bilirsiniz deyə uşağa çatdırmaq və beyninə toplatmaq məcburiyyətində deyilsiniz
Kurslarla ayaqlaşmağa çalışamayın. Gün gələcək kurslar TN-nin tələblərinə əməl edəcək amma siz o şagirdləri toparlaya bilməyəcəksiniz. GECİKƏCƏKSİNİZ. Çünki siz binanın bünövrəsini qoyursunuz. Bünövrə düzgün ölçüdə standarta görə qoyulmasa, o binanın hündürlüyünü təyin etmək problem olacaq

1 Ağustos 2017 Salı

BİBÖ (KWL)


BİBÖ- Biz artıq nəyi bilirik?, nəyi bilmək istəyirik?, nəyi öyrənmişik? Və nəyi hələdə öyrənməliyik? Şagirdləri cüt-cüt bölərək mövzu barəsində əvvəlki biliklərinə dair siyahı tərtib edilir. Şagirdlər siyahı işləyərkən müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: “Biz artıq nəyi bilirik” , “Biz nəyi bilmək istəyirik?” , “ Biz nəyi öyrəndik və hələ nə öyrənməliyik?”. Cütlərdən yazdığı məlumatı təqdim etmək xahiş edilir və sol sütunda  bütüb qrupların razılaşdığı məlumat qeyd edilir. Şagirdlər bu mövzu ilə bağlı yaran biləcək suallar siyahısı müəyyənləşdirilir. Müəlli onların suallarını ikinci sütunda qeyd edir. Bu suallar mövzu ilə bağlı şagirdlərin nə bilmək istədiklərini göstərir.
Mətn şagirdlər və müəllim tərəfindən oxunur. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır; əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd edirlər. Şagirdlər verdikləri sualları təhlil edərək mövzu ilə bağlı artıq malik olduqları bilikləri yeni əldə etdikləri biliklərlə müqayisə edirlər.
BİBÖ üsulunun tətbiqi dərsin motivasiya və tətqiqatın aparılması mərhələsinin təşkili üçün əlverişli üsullardan biridir.
Bu üsulun tətbiqində məqsəd: şagirdlərə əvvəlki  bilik və təcrübə, yeni biliklər arasında əlaqə yaratmağa imkan verməklə şagirdin düşünməsini optimallaşdırmaq;
Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən keçirməyə və dərsdəki cavablarına  əsasən sualları formalaşdırmağa  imkan verir.Üsulu tətbiq edərkən müəllim böyük və kiçik qruplardan eləcə də cütlərlə iş formasından istifadə edə bilər.
Bu üsulun tətbiqinə maksimum 10 - 15 dəqiqə vaxt sərf edilə bilər. 
Ancaq əgər  fəal interaktiv dərsin motivasiya mərhələsində bu üsul tətbiq edilərsə ona maksimum vaxt 7 dəqiqə sərf edilir. 
Dərs boyu cədbəl doldurulur və sonda ümumiləşdirmə aparılır.
Üsulun tətbiqi zamanı aşağıdakı problemlər yarana  bilər:
  • -          Vaxtın uzanması
  • -          Şagirdlərdə mövzu ilə bağlı məlumat azlığı
Qeyd: Müəllim nəzərə almalıdır ki, BİBÖ ilə başlayan dərs onunla da tamamlanmalıdır. Belə ki Bilirəm dərsin motivasiya, İstəyirəm bilim dərs üçün tədqiqat sualları və şagirdlərin özlərinə qoyduqları tapşırıqlar , Öyrəndim hissəsi isə dərsdə ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi rolunu oynayacaqdır.
Mənbə: Z.Veysova----Təhlil və nümunələr üzərində izah mənə məxsusdur. Müəllif hüquqları qorunur


Sinqveyn



Bu üsul ABŞ və Yaponiya dövlətlərində tez-tez istifadə edilən

bir tədris yönümlü metoddur. 1997-ci illərdən etibarən Rusiyada tətbiq edilməyə başlanan bu didaktik üsul tez bir zamanda nəticə əldə edilməsinə xidmət edir.
İlk sətirdə mövzu ilə əlaqədar ( bir  söz ) isim qeyd olunacaq
İkinci sətirdə- 2 sözdən ibarət sifət ( özəlliyini, əlamətini bildirən) qeyd olunacaq.
Üçüncü sətirdə- 3 sözdən ibarət fel ( olduğunu, baş verdiyini və s əks etdirən) qeyd olunacaq.
Dördüncü sətr- 4 sözdən ibarət kişisəl xarakteri əks etdirən ifadə
Beşinci sətr- 5 sözdən ibarət özünü əks etdirən ( məsələn şəxsiyyəti ifadə edəcək) ifadə qeyd olunacaq.


Ədəbiyyat fənnindən nümunə:
Maşa (А.С. Puşkin “Дубровский”)
·         Ağıllı, gözel
·         Sevər, bağışlayar, acı
·         Maşa çox yaxşı, yaxşı, sevincli,  pozitiv
·         Gözəllik

Tarix fənnindən nümunə:
  ·  Nadir şah
  ·  Ağıllı, igid
  · Əzazil, işğalçı, qəddar
  ·Edam etdirər, işğal edər, qalib gələr, vuruşar.
  ·Özünəgüvənən, üsyancıl, vətənpərvər, pis, sevilməz

  ·Sərkərdəlik
Təhlili və nümunələr üzərində izahı mənə məxsusdur



“İdeyalar xalısı”

“İdeyalar xalısı”


Diskussiya vərdişlərini inkişaf etdirmək bu üsulun əsas məqsədidir. Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil. Başlıcası-problemin müzakirəsində irəliləmək və düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.
Üsul dərsin tətqiqatın aparılması mərhələsində tətbiq edilir. Müəllim qruplarla iş formasından istifadə edir.
  1.Müəllim şagirdləri 4-5 nəfərlik qruplara bölür.
   2.Dərsin əvvəlində (ya da dərsdən bir gün əvvəl) müəllim dərsdə həll ediləcək problemi elan edir. Problemi vatman kağızına yazmaq lövhədən asmaq olar.
  3. Müəllim hər  qrupa vatman kağızı, eyni rəngdən (məsələn, qırmızı) olan 6 kağız zolağı, yapışqan və marker paylayır. Qruplara təklif olunur ki, verilən problemin səbəblərini aşkara çıxarsınlar ( nəyə görə bu problem mövcuddur?) və bu səbəbləri kağız zolaqlarına yazsınlar. Hər kağız  zolağında problemin yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da  vatman vərəqi üzərində yerləşdirilir.

   4.Qruplar kağız zolaqlarını yazıb qurtardiqdan sonra müəllim təklif edir ki, doldurulmuş zolaqlar vatman üzərində yerləşdirilsin. Şagirdlər zolaqları istədikləri qaydada yerləşdirə bilərlər. Əsas  məsələ odur ki, yazılanı oxumaq mümkün olsun.
  5.Qruplar işlərini qurtardıqdan sonra müəllim onlara yazdıqlarını oxumağı təklif edir.
  6.Növbəti mərhələdə müəllim hər qrupa indi başqa rəngdən olan (məsələn, mavi) daha 6 kağız zolağı paylayır. Şagirdlərdən xahiş olunur ki, bu zolaqlarda problemin həlli üçün nə etmək lazım olduğunu yazsınlar. Hər kağız zolağında problemin yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da vatman vərəqi üzərində yerləşdirilir.
  7. Təqdimat zamanı plakatlar divardan asılır, hər qrupun nümayəndəsi yazılanı oxuyur.
  8.Növbəti mərhələdə müəllim hər şagirdə yapışqan kağız vərəqi paylayır. Müəllim onlardan xahiş edir ki, problemin həlli üçün nə etdiklərini və ya nə etməyə hazır olduqlarını vərəqin üzərində yazsınlar. Şagirdlər yazdıqlarını oxuyur və vərəqləri öz qrupun “xalısı2 üzərinə yapışdırırlar.
  9.Işin sonunda müəllim kiçik müzakirə keçirir. Müzakirə zamanı qrupların işində problemin ən çox təkrarlanan səbəbləri və həlli yolları müəyyənləşdirilir. Müəllim şagirdlərə problemin ən səmərəli (real, orijinal və s.) həlli yolunu seçməyi təklif edə bilər.
Bu üsulda qrupların işinin tərtibatı da əhəmiyyətlidir. Müəllim şagirdləri fantaziyalara güc verməyə həvəsləndirməlidir. Qoy şagirdlərin işlədiyi vatman kağızı rəngarəng “ideyalar xalısına” çevrilsin. 
Üsul tətbiq edilməzdən öncə müəllim nəzərə almalıdır ki, mövzu ilə bağlı şagirdlərdə müəyyən qədər bilik olmalıdır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
Bəzən bu üsulla iş uzun çəkir. Əgər müəllim dərsin yaxşı təşkil olunmasını və vaxt itkisinin olmamasını istəyirsə, əvvəlcədən lazımı materialları hazırlamalıdır, hər qrupda vatman kağızı, kağız zolaqları, yapışqan və markerlərin olmasına nəzarət etməlidir.

Bəzi qruplar problemin mütləq 6 səbəbinin ( və ya yollarının) yazılmasında çətinlik çəkirlər. Belə hallarda müəllim şagirdləri məcbur etməməlidir, onlar az sayda zolaq yaza bilərlər( məs. 4 və ya 5)
Mənbə: Z.Veysova

Dəyirmi masa

Dəyirmi masa 

Müəllim  bütün sinif şagirdlərini (və yaxud da sinfi iki böyük qrupa bölərək) dairəvi masa arxasında əyləşdirərək onlara  sual yazılmış bir kağız verir. Dairəvi masa arxasında əyləşən bütün şagirdlərri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə stol ətrafında bütün iştirakçılara ötürülür. Dairəvi formada kağızlar  bütün digər şagirdlərdən  keçərək axırda ən birinci şagirdə  qayıdır.
Müəllimin sinif qarşısında qoyduğu problem bütün şagirdlər tərəfindən müzakirə edilir və sonda təqdimat edilərək fikirlər ümumiləşdirilir. Bu üsuldan müəllim fəal dərsin tətqiqatın aparılması, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələsində reallaşdıra bilər.
  
Üsulun təbiqi zamanı vacib olan şərtlər:
-          Seçilən sual və ya tapşırıq mövzunu əhatə etməlidir Buna görə də bu sual ən vacib məsələləri özündə əks etdirməlidir.
-          Müəllim vaxtı məhdudlaşdırmalı və ötürmə prosesinin eyni zamanda olduğunu nəzərdə saxlamalıdır.
-          Iş vərəqləri böyük vərəqdə yazılmalıdır ki, hər qrupa yazmaq üçün məkan olsun.
-          Üsulun tətbiqinə 15 dəqiqədən çox vaxt ayrılmamalıdır.
Üsulun tətbiqi zamanı  yaran biləcək problemlər:
1.     -          Vaxt çatışmazlığı
2.     -          Şagirdlərdə mövzu ilə bağlı məlumat azlığı

3.     -          Zəif təşkilatçılıq
  Mənbə: Z. Veysova
  Təhlili mənə məxsusdur, müəllif hüquqları qorunur

Klaster (şaxələndirmə)


Müqayisə olunacaq subyekt və obyektlər müəyyənləşdirilir. Mərkəzi anlayış və ya ifadə kağızın və ya lövhənin ortasına yazılıb şagirdlərə təlimat verilir: Öyrənilən mövzu ilə bağlı başlıca sözü (və ya sözləri) lövhədə yazın.
Klasterin yaradılması aşağıdakı şəkildə həyata keçirilir.
Bu anlayışla ağlınıza gələn söz və ya ifadələri təklif edin (və ya yazın). Fikirlərin keyfiyyəti haqqında narahat olmayın;
Mərkəzi sözdən başlayaraq hər növbəti söz əlaqəli olan sözlə xətlərlə birləşdiriləcək və nəticədə “hörümçək toru”na oxşar qrafik şəkil alınacaq;
Vaxt bitənə qədər mümkün qədər çox fikir yazın və əlaqələndirin. Fikirlərin sayını, və əlaqələri məhdudlaşdırmayın.
Vaxt bitəndən sonra alınan klasteri müzakirə etmək və ümumiləşdirmə aprmaq.
Klaster üsulunun tətbiqində məqsəd:
Şagirdləri mövzu haqqında açıq və sərbəst düşünməyə sövq etmək;

Verilmiş əsas anlayışa aid şagirdləri bacardıqları qədər söz assosiasiyaları (anlayışlar, hadisələr, xüsusiyyətlər və s.) tapmağa  və ideyalar arasında əlaqələr barədə düşünməyə istiqamətləndirmək;
Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən keçirmək. Yeni assosiyasiyaları stimullaşdırmaq, bilikləri sistemləşdirmək və əhatə dairəsini genişləndirmək;
Lüğət tərkibini zənginləşdirmək.
Klasterin tətbiqi zamanı müəllim müxtəlif iş formalarından istifadə edə və dərsin tətqiqatın aparılması mərhələsində və ümümiləşdirmə və nəticələrin çıxarılması mərhələsində həyata keçirilir.
Klasterin tətbiqi 5-7 dəqiqə müddətində həyata keçirilir.
Klaster tətbiq edilərkən müəllim ilk öncə nəzərə almalıdır ki, mövzu şagirdlərə tanış olmalı və auditoriyanın hadisə və proses haqqında məlumatı çox olmalıdır.
Bu metoddan həm mövzunun öyrənilməsinin əvvəlində-şagirdlərin bu haqda nə bildiklərini aydınlaşdırmaq, həm də dərsin axırında –onların təzə nə öyrəndiklərini aşkara çıxarmaq məqsədilə istifadə edilə bilər.
Klasterin tətbiqi zamanı yarana biləcək problemlər:
1.     vaxtın uzanması
2.      Məlumatın həddindən artıq olması və ya az olması
3.     Fikirlərin “keyfiyyəti” haqqında düşünülməsi

    Mənbə: Z.Veysova
   Təhlil və nümunələrlə izahı mənə məxsusdur

İstiqamətləndirilmiş mühazirə

İstiqamətləndirilmiş mühazirə

 

Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn mövzu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır. Şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar. Və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib?”, digər bir tərəfində “Avstraliya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat aparırlar.

Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə aparır, şagirdərin fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını müzakirə edəcəklər, diqqətli oxusunlar.

Müəllim mətnin 1-ci hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir. (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır və müəllimi dinləmirlər) Mühazirənin 1-ci hissəsi bitdikdən sonra müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqqında öz fikirlərini indicə mühazirədə eşitdikləri informasiya ilə müqayiseə edib, qeydlərində düzəliş etsinlər və lövhədəki cədvəldə qruplar qedy edir, fikirlərini söyləyirlər. Yazdıqlarından hansı düz çıxdı?Hansı səhvdir? Müəllim şagirdlərə çatdırmalıdır ki, mühazirənin 2-ci hissəsində onları maraqlandıran, lakin 1-ci hissədə cavab tapmadıqları suallara rast gələcəklər. Müəllim mühazirənin 2-ci hissənini oxuyur. Mühazirə bitdikdən sonra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse(sərbəst yazl) yazmaq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haqqında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. əgər vaxt varsa, sinifdə yazarlar, vaxt yoxdursa, evdə yazıb gətirərlər. Müəllim yazıları yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haqqında öz fikirlərini bildirməlidir.

Konseptual Cədvəl

Konseptual Cədvəl



Bu üsul üç və ya daha çox obyekt , yaxud cəhətin müqayisəsi nəzərdə tutulan zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün vərəqin sol tərəfində, şaqulu qrafada müqayisə ediləcək obyektlər, üfeqi qrafalarda isə onların müqayisə olunacaq xüsusiyyətləri göstərilir. Konseptual cədvəldən ədəbiyyat dərslərində sürətləri, müxtəlif peşələri müqayisə edərkən istifadə etmək olar. Aşağıdakı cədvəl buna nümunədir.

Zəruri hazırlıq
İşin stabilliyi
Əmək haqqı
Mənəvi razılıq
Müəllim
Musiqiçi
Fəhlə
Pedoqoji məktəb
Universitet
Təhsil ixtisaslaşma üçün praktika
Uzun çəkməyən
Yüksək aşağıdır
Orta dəyişikliklər
ixtisaslar
Orta
Qeyri müəyyəndir
ortadır
Nisbətən yaxşı
Çox yaxşı
Lap çox
Bu cədvəldən yazı işləri üçün hazırlıq mərhələsində intidai sinifdə və dil-ədəbiyyat dərslərində də istifadə etmək olar.


Ədəbiyyat dərslərində müqayisə ediləcək cəhətlərə hansı aspektdən yanaşmağı müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə cəhətlərə əlaqədar dəyişiklik edə bilər.


Semantik əlamətlərin təhlili

Semantik əlamətlərin təhlili


Semantika  fransızca semantique, yunanca semantikos işarə edən, sema işarə deməkdir, semantikanın tətqiqat obyekti işarənin (sözün) üçüncüsünün (işarələyən, denotat, işarələnən) vəhdətidir. Işarələyən (zahiri ünsür, səslərin yaxud qarfiq işarələrin ardıcıllığı) denotat(adlandırılan predmet və gerçəklik hadisələri) işarələnənlə ( predmet və hadisələrin insan çüurunda əksi) bağlıdır. Bu 3 əlaqə semantikanın məna kateqoriyasını təşkil edir.
Bu strategiyadan şagirdlərdə əsas biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik əlamətlərin təhsili metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı daha əhəmiyyətlidir.  Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni mövzu müqayisə edilir.

Bunun üçün müəllim yazı lövhəsində sxem çəkir.  Sxemin sol tərəfində  yuxarıdan aşağıya 3 müqayisə olunacaq obyektin adı yazılır. Kağızın yuxarı hissəsində soldan sağa müqayisə olunan xüsusiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər. Uşaqlar 2 və ya 3 tanış obyekti müqayisə edərək, semantik əlamətlərin altında hər bir obyektə müvafiq işarə və qeydlər qoyurlar. ( “Hə” üçün +, “yox” üçün -, tam əmin olmadıqları üçün sual ? işarəsi qoyurlar)
 
Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya cavabları təsdiq edir.

 Mənbə: Z.Veysova

İki hissəli gündəlik strategiyası

İki hissəli gündəlik strategiyası

Sinifdəki şagirdləri cütlərə ayırırıq. Hər bir şagirdə tapşırırıq ki, “Vətən həsrəti nədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir birilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün bir şagirdi qaldırır., öz fikirlərini soruşuruq və digər şagirdlər də deyilənlərə əlavə edə bilərlər. Sonra şaagirdlərə Almaz İldırımın  “Əziz Azərbaycanım” şeirini oxumağı tapşırırıq, şeiri oxuduqca onlar iki hissəli gündəliyə uyğun qeydlər etməlidirlər.
Iki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaquli xətlə 2 yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yadda qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh edirlər: Niyə bu sitatı yazıblar?, Sitar onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı hansı suallar meydana çıxmışdır?

Şeirdən götürülən sitat
Verilən şərhlər. Nəyə görə bu sitatı yazıb?
1.
2.
3.
4.
5.
1.
2.
3.
4.
5.
Şagirdlər şeiri oxuyub 2 hissəli gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflər aparmaq lazımdır. Cütlərdən biri qaldırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz fikirlərini əalvə edirlər. Müzakirə qurtardıqdan sonra, müəllim şagirdlərdən xahiş edir ki, 10 dəqiqə ərzində “Vətən” mövzusuna aid düşüncələrini yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır)
Bu dərs zamanı müəllim proqramda verilmiş şeiri sadəcə olaraq əzbər söyləmir, şagirdlərdən də həmin anda şeiri evdə əzbərləməyi tələb etmir. Şagirdlərdə əsər üzərində apardıqları tədqiqat işi vasitəsi ilə maraq yaradır və sonra əzbərləməyi tapşırır.


Sinifdə istifadə olunan Kooperativ Tədris üsulları


PAZL (JİGSAW)
PAZL (JİGSAW)- 5 nəfərlik qrupda formalaşır. Hər qrup üzvünə dərsin bir hissəsini öyrənmək və sonra qrup üzvlərinə həmin hissəni tədris etmək tapşırılır. Eyni hissə üzərində işləyən şagirdlər bir yerdə yığılır və ən vacib hissələri müəyyənləşdirir və tapşırığı hansı üsullarla digər qrup üzvlərinə çatdırılmasını müzakirə edirlər. Bu ekspert qruplar ilkin qruplarına qayıdır və öz kiçik qruplarında öyrəndiklərini bölüşürlər. Test və tapşırıqlar bundan sonra keçirilir.


DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)- 3 addımdan ibarət bir kooperativ üsuldur. Birinci mərhələdə şagirdlər müəllim verən sual ətrafında fərdi olaraq fikirləşirlər. Ikinci mərhələdə şagirdlər cütlüklərdə öz fikirləri ilə bölüşürlər. Üçüncü mərhələdə, cütlüklər digər cütlüklərlə, digər komandalarla və ya bütöv siniflə bölüşürlər.

Üç mərhələli müsahibə (Three-Step İnterview)
(Kagan) – Komandanın hər üzvü cütlükləri seçir. Birinci mərhələdə şagirdlər cütlüklərlə mövzu ətrafında müsahibə ( aydınlaşdırıcı suallar vasitəsilə) aparırlar. İkinci mərhələdə cütlüklər rollarını dəyişirlər. Sonuncu mərhələdə cütlüklər cavablarını bütöv komanda ilə bölüşürlər

Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)

Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)- Sinif kiçik qruplara bölünür (4-6 nəfər), 1 nəfər qeydləri aparmaq üçün təyin olunur. Sual və ona bir neçə cavab verilir və şagirdlərə  həmin cavablar ətrafında düşünmək üçün vaxt ayrılır. Növbəti mərhələdə, komandanın üzvləri növbə ilə cavabları bölüşürlər. Qeyd aparan şəxs qrup üzvlərinin cavablarını yazır. Qeyd aparanın yanında olan şagird ilk başlayır və hər kəs ayrılmış vaxt çərçivəsində sualın cavabını verir.

Üç dəqiqəlik yoxlama ( Three-minute review)

Üç dəqiqəlik yoxlama ( Three-minute review)- Müəllim mövzunu, müzakirəni istədiyi anda dayandırır və komandaların söylədikləri ətrafında düşünməsinə 3 dəqiqə vaxt ayırır, dəqiqləşdirici suallar verir və cavablar alır.




Nömrələnmiş Başlar ( Numbered Heads Together) (Kagan)
Nömrələnmiş Başlar ( Numbered Heads Together) (Kagan)- 4 nəfərlik komanda formalaşır. Hər komanda üzvünə nömrələr paylanır (1,2,3,4,5) Qrupa suallar verilir. Qruplar suallar cavablandırmaq üçün birgə işləyir və hər kəs şifahi olaraq suala cavab verə bilər. Müəllim nömrənin birini səsləndirir və hər qrupun həmin nömrəsində olan şagird suala cavab verir.

Xor! Duet! Solo! (Team Pair Solo) (kagan)
Xor! Duet! Solo! (Team Pair Solo) – Şagirdlər əvvəl komanda, sonra cütlüklərdə və sonda fərdi olaraq məsələni həll edir (və ya sual ətrafında müzakirə edirlər). Bu üsul vasitəçilik əsasında qurulur: bir-birinin köməyi ilə şagirdlər mövzunu (tapşırığı, məsələni) daha yaxşı mənimsəyir. Bu üsul əvvəl tapşırığı həll edə bilməyən və komanda vasitəsilə problemin həllini dərk edən şagirdləri daha da həvəsləndirir.

Müdrikləri çevrəyə Al! ( Circle the Sage)

Əvvəlcə müəllim hər hansı bir mövzu haqqında xüsusi biliklərə malik olan şagirdləri müəyyənləşdirmək üçün sinifdə sorğu aparır. Məs.., riyaziyyatdan çətin ev tapşırığını həll edən şagird və s). Müəllim əl qaldıran şagirdləri (müdrikləri) sinfin müxtəlif yerlərinə yönəldir. Sonra müəllim digər şagirdləri həmin müdriklərin ətrafında toplaşmağa çağırır. Kiçik qrupun üzvləri müxtəlif müdriklərin ətrafında toplaşmalıdırlar. Müdriklər bildiklərini izah edir, digərləri isə dinləyir, sual verir, qeydlər aparır. Sonra hər kəs öz qrupuna qayıdır və növbə ilə öyrəndiklərini qrupda izah edir. Qrup üzvləri müxtəlif müdriklərin ətrafına toplaşdığına görə, qeydlərini müqayisə edir. əgər mübahisə, fikir müxtəlifliyi yaranırsa, onlar bir komanda olaraq ayağa qalxır. Fikirlər səslənir və həll olunur.

Tərəfdaşlar (Partners) (Kagan)


Tərəfdaşlar (Partners)- Sinif 4 nəfərdən ibarət komandalara bölünür. Cütlüklər sinfin bir tərəfinə toplaşır. Hər komandanın yarısına tapşırıq verilir və onlar öyrəndiklərini komandanın digər üzvlərinə ötürürlər. Eyni material ətrafında çalışan digər cütlüklərdən məsləhət ala bilərlər. Sonra komandalarbir yerə yığılır və hər cütlük öz hissəsini bölüşür. Cütlüklər komanda üzvlərinə qısa testlər də verə bilər. Komandalar nə dərcədə öyrəndiklərini və tədris etdiklərini , eləcə də bu öyrənmə üsulunun təkmilləşdirilməsi yollarını nəzərdən keçirir.

Sağ düymə qadağası

Kopya qadağası