DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

29 Temmuz 2017 Cumartesi

Esse, inşa, hekayə anlayışlarını qarışdırmayaq

Hörmətli təhsil nümayəndələri....
Daha çox yerdə rast gəldiyim halla bağlı sualım var. Niyə esse, hekayə, inşa, mətn anlayışlarını eyniləşdirirsiniz?
Hətta Təhsil Nazirliyinin özünün hazırladığı mətnlərdə rast gəldiyim haldır
Məsələn nümunə:
İmtahanın birinci mərhələsində təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazılır
Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
Nə dərəcədə düzgündür ki inşa və esse anlayışları eyniləşdirilsin? Bunlardan hər hansı birinin mötərizə arası verilməsi onların eyniləşdirilməsidir. İnşa və ya esse olsa qəbul edilən haldır.
İNŞA ESSE DEYİL
Bu hətta metodik vəsaitlərdə də bu şəkildə yalnış olaraq davam etməkdədir.
Tutaq ki , şagirdə tapşırıq verilir. "Mübariz İbrahimov haqqında esse yaz" Və ya " Mübariz İbrahimov haqqında inşa yaz" Hər iki halda yazılan mətn dəyişilməz qalır. Və şagird hər iki halda faktlara əsaslanan mətn yazıb gətirir.
Esse yazmaq isə tam əksinə münasibət bildirməkdir. Bunun içərisinə şagirdin təhlillləri və fantaziyaları da daxil ola bilər.
Məsələn, "Mübariz İbrahimov döyüş məkanında olarkən ona dəstək olmaq üçün hansı addımları atardım" mövzusunda esse yaz
Yox əgər deyəcəksinizsə ki esse elə inşadır, o zaman terminalogiyamızdan esse sözünü çıxardaq birdəfəlik inşa deyək, olsun bitsin.
Qeyd edim ki, hətta dəhşətlisi odur ki, esse, inşa, mətn yaz, hekayə qur anlayışları da eyniləşdirilib. Və Yuxarıda qeyd etdiyim nümunə tapşırıq bunlara da aid edilsə bütün hallarda şagird eyni cavabı yazıb gətirəcək. Bu zaman problem şagirddə yox tapşırığı verən müəllimdədir. Çünki tapşırığı düzgün verməyib. (Özü belə bu anlayışlar arasında fərqi bilmir) Müəllim özü anlayışlar arasındakı fərqi bilmədiyindən şagirdin yazıb gətirdiyi hər növ mətni düzgün qəbul edib yüksək qiymətlə qiymətləndirir.
Hekayə qur deyilirsə hekayənin ümumi bir yazılış forması var, bunu hekayə oxuyan hər kəs bilir. Hekayə , inşa, esse, mətn bir birindən fərqli anlayışlardır.

Dərs 42 - Gündəlik planlaşdırma üçün təlimat

musabiqe. edu.az saytı  hər  il  olduğu  kimi  müsabiqələr  keçirirdi.  Mən  bu  müsabiqələrdə  hər  il  iştirak  edirdim  amma  fərqlənmə  alırdım.  Hər  il  daha  çox  əzmkarlıq  göstərib  üzərimdə  işləyirdim ki,  fərqlənmə yox  qalib  diplomu  alım. 2014 -2015  ci  tədris  ilində  keçirilən  müsabiqədə  iştirak  etdim və  metodik  tövsiyə  nominasiyasına resurs  verdim. Mərhələləri  keçdim  sonuncu  mərhələ  müdafiə  mərhələsi  idi.   Bu  mərhələni münsiflər  heyəti aparırdı.  Hansısa  bir  "ağıllı  münsif "in  mənə  bu  sualı  verdiyini  heç  zaman  unutmuram.  "Sən  özünü  ustad  hesab  edirsən  ki,  videolar  çəkib  metodik  tövsiyə  verirsən?  " deməsi  məni  çaşdırdı.  Təbii  digər  münsif cavabında  qayıdıb  ona " əgər  müsabiqə  iştirakçıları  metodik  tövsiyə  verə  bilməzsə niyə  bu  nominasiyanı  elan  etmişik  ? " dedi.  Bundan  sonra  isə  üzümü  münsiflərə  tutub  davam  etdim  və  həqiqətən  də  metodik  tövsiyə  verəcək  qədər  bilgiyə, təcrübəyə  sahib  olduğumu  izah  etdim.  Və  bu  gün  texniki  səbəblərdən  bağlamalı  olduğum  metodiktovsiyye.blogspot.com adlı  bloqum  müsabiqədə  qalib  gəldi  ( müəyyən  ədalətsizliklər  olsa  da. ...) Bunu yazmaqda  məqsədim  odur  ki,  bu  gün  o dırnaqarası  münsif  əgər  bu  yazımı  oxuyursa bilsin  ki,  metodik  tövsiyə  vodeolarımdan 10  minlərlə müəllim olmağa   hazırlaşan  və  təcrübəli  müəllimlər  istifadə  edir.  Və  mən  bundan  heç  bir  təmənna  və  qarşılıq  güdmürəm.  Onların  imtahandan  çıxandan sonra  youtube  kanalıma,  istər  səhifəmə,  istər  inboxuma  təşəkkür  yazması  o qalibiyyət  sevincini  hər  dəfə  mənə  yaşadır. metodiktovsiyye.blogspot.com adlı bloqumum texniki problemlerini aradan qaldıra bilmədiyim üçün, bir müddət sonra onu eləcə açıb istifadənizə verəcəm. Amma daha orda heç bir paylaşım etməyəcəm. Yeni paylaşımlarım üçün məni  leylabayramova adlı bloqumdan izləyərsiniz. Hələki aktiv deyil amma bir qisim tamamlamalardan sonra aktiv edəcəm.
Bu isə MİQ, DQ kimi imtahanların bitməsinə baxmayaraq sizlər üçün yeni videom... Müəllim olan hər kəs bilir ki, müəllim olmaq asan deyil. Müəllim olmaq üçün imtahandan keçmək kifayət deyil. Metodikanı praktik cəhətdən yerinə yetirə bilməyən şəxs nə qədər savadlı olsa belə o savad yalnız özünə kifayət edir. Öyrənci üçün onun o savadı zülmət kimi görsənir. Bunun üçün  yaxşı metodika və əsl metodist müəllim  olduqca əhəmiyyətlidir
QEYD: Qeyd edim ki Videodakı gündəlik planlaşdırma üçün verilmiş şablon "Quran ayəsi"  deyil. Yəni orda verilmiş şablonda standart, mövzu, inetqrasiya və ya iş üsulu, iş formasının yerlərini dəyişdirmək böyük qəbahət deyil. Əsas olan düzgün məqsəddir ki standart reallaşdırılsın və o məqsədə görə seçilmiş düzgün metod və icra edilcəək tapşırıqların düzgün təyin edilməsidir. Bununla bağlı növbəti dərslərdə videolar çəkəcəm. O baxımdan bu videoda o qədər dərinliyinə toxunmammışam

27 Temmuz 2017 Perşembe

Qərarlar ağacı

Qərarlar ağacı
Qərarlar ağacı üsulu Con Patrik və Riçard Remi ( ABŞ) tərəfindən təklif olunmuşdur.
Bu üsulun köməyi ilə çətin ziddiyət yaradan məsələlərdə qərar qəbul etmək üçün problemlərin həlli yollarını tapmaq, mübahisəli baxışları və qərarları yaxınlaşdırmaq, şagirdlərin  biliklərini cəlbedici formada ümumiləşdirmək və onları qiymətləndirmək mümkündür. Bu üsuldan istifadə etməklə şagirdlər mümkün qərarların bütün variantlarını, bu variantlarla əlaqəli müsbət və mənfi cəhətləri ətraflı təhlil edirlər. Bununla həm qərarın qəbul edilməsi asanlaşır, həm də cəmiyyətdə hər hansısa bir problemlə qarşılaşdığı zaman şagirddə düşünülmüş qərar qəbul etmək bacarığı formalaşır. Müəllim Qərarlar ağacı üsulunun tətbiqinə başlarkən iş formasını da doğru müəyyən etməlidir. Bu üsul müxtəif iş formalarından ( qruplarla, kollektiv, cütlərlə, fərdi) istifadə etməklə reallaşdırıla bilər. Eyni zamanda üsulun tətbiqi zamanı müəllim dərsin mərhələsini də doğru seçməlidir. Qərarlar ağacı üsulundan dərsin tətqiqatın aparılması mərhələsi, ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsində istifadə etmək olar. Bu üsulun tətbiqinə başlamazdan əvvəl  müəllim müzakirə problemini izah edir və qruplar üçün cədvəllər hazırlayır.
Şagirdlər qabaqlayıcı ev tapşırığı qismində problem üzrə informasiya və faktları toplaya bilərlər. 
Nümunə:


Müəllim şagirdləri 4-6 nəfərdən ibarət kiçik qruplara bölür.
Hər qrupa cədvəllər və markerlər verilir. Müəllim tapşırığın yerinə yetirilmə müddətini müəyyən edir: 15 və ya 20 dəqiqə  
Şagirdlər qruplarda çalışaraq, cədvəlləri doldurur, hər variantın üstünlüklərini və qüsurlarını yazıya alır və problemin həlli üsulu haqqında qərar qəbul edirlər.
    Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri öz işlərinin nəticələri haqqında növbə ilə danışırlar. Müəllim əldə olunmuş nəticələri müqayisə edə, bu və ya digər hallarda qrupların nə üçün eyni, yaxud fərqli qərarlar qəbul etdiyini söyləyə, şagirdlərin suallarına cavab verə bilər.
Yarana biləcək problemlər:
-          Təcrübə göstərir ki, çox hallarda şagirdlər tapşırığı alarkən elə o dəqiqə qərar qəbul etməyə və variantlardan hansısa birini seçməyə cəhd göstərirlər. Onlara elə gəlir ki, cavab aydındır, başqa variantların müzakirəsi isə artıq vaxt aparır. Belə hallarda şagirdlərə yenə də xatırlatmaq lazımdır ki, yalnız bütün variantların müzakirəsindən sonra qərar qəbul etmək lazımdır.
-          Bəzi şagirdlərə hansısa bir variantı seçmək çətin olur və onlar bir neçə variantı birləşdirməyə çalışırlar. Bəzən isə onlar yeni variant təklif edirlər. Onlara izah edilməlidir ki, tapşırığın şərti variantlardan yalnız birini seçməyi nəzərdə tutur. Ancaq təqdimatdan sonra problemin başqa həlli yollarını göstərməyə çalışan şagirdlərin fikirləri ilə bağlı müzakirə aparmaq olar. Əgər bu cür hallar tez-tez baş verərsə, onda müəllim tapşırığa yenidən baxa və problemin həlli variantlarında düzəliş edə bilər.
   Üsulun təhlili və nümunə üzərində izahı mənə məxsusdur
Mənbə: Z.Veysova

İstiqamətləndirilmiş mühazirə

İstiqamətləndirilmiş mühazirə

Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn mövzu “Qədim Roma” adlanır. Sonra müəllim sinfi qruplara ayırır. Şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar. Və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində  “Pun müharibələri Romaya nə qazandırdı??”, digər bir tərəfində “Pun müharibələri olmasa Roma nələr itirərdi?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat aparırlar.
Bu üsul fəal dərsin tədqiqatın aparılması mərhələsində tətbiq edilə bilən vir metoddur. Nümunə:

Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə aparır, şagirdərin fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını müzakirə edəcəklər, diqqətli oxusunlar.
Müəllim mətnin 1-ci hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir. (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır və müəllimi dinləmirlər) Mühazirənin 1-ci hissəsi bitdikdən sonra müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqqında öz fikirlərini indicə mühazirədə eşitdikləri informasiya ilə müqayiseə edib, qeydlərində düzəliş etsinlər və lövhədəki cədvəldə qruplar qedy edir, fikirlərini söyləyirlər. Yazdıqlarından hansı düz çıxdı?Hansı səhvdir? Müəllim şagirdlərə çatdırmalıdır ki, mühazirənin 2-ci hissəsində onları maraqlandıran, lakin 1-ci hissədə cavab tapmadıqları suallara rast gələcəklər. Müəllim mühazirənin 2-ci hissənini oxuyur. Mühazirə bitdikdən sonra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse(sərbəst yazl) yazmaq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haqqında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. əgər vaxt varsa, sinifdə yazarlar, vaxt yoxdursa, evdə yazıb gətirərlər. Müəllim yazıları yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haqqında öz fikirlərini bildirməlidir.

Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:

  1. -          Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik
  2. -          Vaxtın uzanması
  3. -          Fikri ayrılığı
  4. -          İşgüzar səs -küy
Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur-Müəllifliyi qorunur
Mənbə:Anonim

Semantik əlamətlərin təhlili

Semantik əlamətlərin təhlili
Semantika  fransızca semantique, yunanca semantikos işarə edən, sema işarə deməkdir, semantikanın tətqiqat obyekti işarənin (sözün) üçüncüsünün (işarələyən, denotat, işarələnən) vəhdətidir. İşarələyən (zahiri ünsür, səslərin yaxud qarfiq işarələrin ardıcıllığı) denotat (adlandırılan predmet və gerçəklik hadisələri) işarələnənlə ( predmet və hadisələrin insan şüurunda əksi) bağlıdır. Bu 3 əlaqə semantikanın məna kateqoriyasını təşkil edir.
Bu strategiyadan şagirdlərdə əsas biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik əlamətlərin təhsili metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı daha əhəmiyyətlidir.  Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni mövzu müqayisə edilir.
Bunun üçün müəllim yazı lövhəsində sxem çəkir.  Sxemin sol tərəfində  yuxarıdan aşağıya 3 müqayisə olunacaq obyektin adı yazılır. Kağızın yuxarı hissəsində soldan sağa müqayisə olunan xüsusiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər. Uşaqlar 2 və ya 3 tanış obyekti müqayisə edərək, semantik əlamətlərin altında hər bir obyektə müvafiq işarə və qeydlər qoyurlar. ( “Hə” üçün +, “yox” üçün -, tam əmin olmadıqları üçün sual ? işarəsi qoyurlar)
Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya cavabları təsdiq edir.
Fəal dərsin tədqiqatın aparılması, ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsində tətbiqi daha əlverişlidir.
Nümunə:
Ölkələr
Harada yerləşir
Kəşfləri
Sərvətləri
Asiya


Afrika


Avropa


əlifba
şahmat
Rəqəm
Ağac
metal
qızıl
Hindistan
+
-
-
-
+
+
?
?
?
Misir
-
+
-
+
-
+
?
?
?
Roma
-
-
+
+
-
-
?
?
?
Yunanıstan
-
-
+
+
-
-
?
?
?
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
  1. -          Meyarları müəyyənləşdirməkdə çətinlik
  2. -          Vaxtın uzanması
  3. -          Nəticənin çıxarılmasında çətinlik
  4. -          Şagirdlərdə fikir ayrılığı
  5. -          İşgüzar səs-küy
Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur
Mənbə:Anonim

Cədvəl sxemlər

Müzakirə zamanı müsbət və mənfi cavablar üçün (razıyam, etiraz edirəm), yaxud müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxemlər adlanan qrafik göstəricilərdən istifadə olunur.
T-sxemlər fəal dərsdə tədqiqatın aparılması , yaradıcı tətbiqetmə, ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələlərində reallaşdırılması daha məqsədəuyğundur. Ancaq, bu üsulun tətbiqi üçün ən əlverişli hesab edilən mərhələ fəal dərsin tədqiqatın aparılması və ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsidir.
Müəllim bir mətni şagirdlərə verir, onlarla razıyam və ya etiraz edirəm prinsipi ilə oxuyurlar və aşağıdakı cədvəli tərtib edirlər. (Yaxşı olar ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun-şagirdlərdə vətənpərvərliyi tərbiyə etmək üçün)
Nümunə:

Yuxarı Qarabağı Azərbaycandan ayırmaq olmaz(səbəblər)
Yuxarı Qarabağı Azərbaycandan ayrımaq olar.(səbəblər)
1. Azərbaycanın tarixi ərazisidir
2. Ermənilər bura köçürülüblər(XIX əsrin I yarısında)
3. və s
1.
2.
3.
Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 5 dəqiqə vaxt verilir ki, səbəblər yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavab yazılır, ikinci 5 dəqiqə ərzində isə cədvəlin sağ tərəfindəki sualla əlaqədar səbəblər yazılır.  Sonra hər cüt özünə yaxın olan cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı lövhəsində bütün sinif üçün sxem tərtib edir, bütün cütlərin fikirlərini ümumiləşdirir və nəticə çıxarır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:

  1. -          Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik
  2. -          Vaxtın uzanması
  3. -          Nəticənin çıxarılmasında çətinlik
  4. -          Müqayisənin primitiv şəkildə aparılması
Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur
Mənbə: Anonim

Venn diaqramı

Venn diaqramı 
Venn diaqramı tarix dərslərində daha çox tətbiq edilə bilən, şagirdlərin müqayisə etmə bacarıqlarını, məntiqi və tənqidi təfəkkürlərinin inkişafına səbəb olan bir metoddur. Bu metodun tətbiqi ilə şagirdlərdə idrak fəallaığı yaranmaqla yanaşı, bir sıra bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnmiş olurlar.
Venn diaqramı metodu və onun istifadəsi:
Müqayisə olunan cisim və hadisənin müəyyənləşdirilməsi. Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq). I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək. Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur. Venn diaqramını tətbiq edərkən müəllim Böyük və kiçik qruplarla iş formasından istifadə edir. Fəal dərsin tətqiqatın aparılması mərhələsi, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələlərində reallaşdırıla bilər. Müəllim üsulun tətbiqi üçün maksimum 15 dəqiqə vaxt sərf edə bilər. Venn diaqramı fəal dərsdə daha çox tədqiqatın aparılması mərhələsində istifadə edilə bilən metoddur. Bu metod şagirdlərdən araşdırma tələb etdiyi üçün digər mərhələlərdə vaxt məhdudiyyətindən və mərhələlərin tələbinə uyğun gəlmədiyindən tədiqaqatın aparılması mərhələsi üçün daha məqsədəuyğun metoddur.
Diaqramın tətbiqində məqsəd:
-          Cisim və hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək
-          Biliklərin aktuallaşdırılması
-          Təhlil proseslərinin inkişafı
-          Qiymətləndirmə prosesinin inkişafı
         Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini  müəyyənləşdirmək   üçün bu üsuldan istifadə olunur.



 Venn diaqramından istifadə aşağıdakı formada  aparılır
  Müqayisə olunacaq  əşya və hadisələr müəyyənləşdirilir
2.   Kəsişən dairələr  çəkilir (ortada yazmaq üçün yer saxlanır)
3.   I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur
4.   Şagirdlər  təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
5.   Müqayisə olunan obyektlər  təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər  ümumiləşdirilir. Nümunə:
Mövzu: Erkən tunc dövrü
Tapşırıq: Toxa və xışa məxsus olan oxşar və fərqli cəhətləri aşağıdakı diaqramda qeyd edin.

Qeyd: Venn diaqramı üsulu tətbiq edilərkən sxemin yalnız dairə formasında tətbiqi mütləq deyil. Məqsədlərdən və məzmundan asılı olaraq sxemi dəyişdirə bilərsiniz, bu şərtlə ki sxem anlayışların müqayisəsinə xidmət etmiş olsun.
Əlavə olaraq qeyd edim ki, bu üsulun tətbiqi zamanı paralellik nisbəti gözlənilməlidir. Məsələn dairənin bir tərəfinə yazılmış fərqin müqayisəli qarşılığı dairənin digər tərəfindəki fərq yerinə yazılamlıdır. Əks halda sadəcə dairələrə xüsusiyyətlərin yazılması halına düşəcək və müqayisədə söhbət belə getməyəcək. Belə bir nümunə deyim
Yaz və yay fəslinə məxsus olan xüsusiyyətlərin müqayisə edilməsini müəllim tapşırıq olaraq şagirdlərə verir. Nəticə aşağıdakı kimi olur.
Şagird dairələri aşağıdakı qarşılıqla tamamlayır
1.      Yazda ağaclar çiçəkləyir                                           Yayda havalar isti olur
2.      Yazda yağışlar yağır                                                  Meyvələr yetişir
3.      Havalar sərinləyir                                                      İnsanlar istirahətə gedirlər 
Əslində isə, diqqət edilməlidir ki, Yazda ağaclar çiçəkləyirin qarşılığına yayda isə meyvələr yetişir yazılmalı....... yazda yağışlar yağır və havalar sərinləyirin qarşılığına—yayda havalar isti olur və insanlar istirahətə gedir yazıla bilər. Bu zaman müqayisə baş tutacaqdır.                           
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
  1. -          Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik
  2. -          Vaxtın uzanması
  3. -          Nəticənin çıxarılmasında çətinlik
  4. -          Müqayisənin primitiv şəkildə aparılması

(Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur. Müəllfiliyi qorunur)

  Üsulun əsas mənbəsi isə : Z. Veysova)

Sağ düymə qadağası

Kopya qadağası