DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

31 Temmuz 2017 Pazartesi

Məktəbəqədər tədris üçün standartlar

İnkişaf sahələri İnkişaf sahələri bunlardır: 
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik; 
2. İdrakın inkişafı (əqli inkişaf); 
3. Estetik və yaradıcı inkişaf (gözəlliyi duymaq və yaratmaq); 
4. Sosial-emosional inkişaf (insanlarla ünsiyyət və əlaqələr qurmaq, hisslərini (emosiyalarını) tanımaq və idarə etmək)





1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 
Məktəbəhazırlıq qrupu (5-6 yaş) 
Uşaq: 
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir. 
 Məktəbə hazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimləri üçün təlim
 1.1.1. Fəaliyyətini fiziki tapşırıqların (gimnastika, hərəkətli oyun, gəzinti, növbətçilik) yerinə yetirilməsinə uyğunlaşdırır. 
1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara1 uyğun istifadə edir.
 1.1.3. Sərbəst şəkildə özünəxidmət vərdişləri (tez və səliqəli soyunub, geyinmək; paltarlarını səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq) nümayiş etdirir. 
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.
 1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (qamətini düz saxlamaq; qaşıq, bıçaq və çəngəldən istifadə etmək; səssiz və səliqəli yemək) əməl edir. 
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (yeməkdən əvvəl, sonra və başqa ehtiyac olduqda əllərini sabunla yumaq və qurulamaq, yeməkdən sonra ağzını yaxalamaq, öz şəxsi əşyalarından – daraq, burun dəsmalı və salfetdən istifadə etmək, asqırıb, öskürərkən üzünü çevirib, ağzını və burnunu dəsmalla tutmaq) əməl edir.
 1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri koordinasiya edir. 
1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və tempi dəyişərək yeriş və qaçış; yerində, uzununa və müxtəlif istiqamətlərə hoppanma; müxtəlif əşyaların üstü, altı və arası ilə sürünmə; məhdudlaşmış sədd üzərində müvazinəti saxlamaqla yeriş və qaçış; gimnastika nərdivanına pillə-pillə dırmanma; topu yerə vuraraq irəliləmə; kürəciyi diyirlətmə; qum kisəciyini atma, topu hədəfə atma) müstəqil yerinə yetirir. 
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər nümayiş etdirir.
 1.3.3. Əşyalardan (karandaşlar, flamaster, rəngli tabaşir, rəngli boya, mozaika, top, musiqi oyuncaqları, yapışqan, pazllar, qayçı, düymə), təbiət, tullantı və tikinti materiallarından təyinatına görə müstəqi istifadə edir. 
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları xüsusiyyətinə (forma, rəng, hərəkətlilik, ölçü, səs, dad və qoxusuna) görə istifadə edir. 
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
 1.4.1. Sadə təhlükəsizlik qaydalarına (təhlükəli heyvan, bitki və əşyalar, dərman və kimyəvi preparatlarla müvafiq qaydada davranmaq; yol hərəkəti qaydalarına riayət etmək; situasiyaya uyğun yanğınsöndürən, təcili yardım və polisə cağırışlar etmək; özünə və başqalarına ilkin yardım göstərmək; təbiət və fövqəladə hadisələr zamanı ehtiyat tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir.
2. İdrakın inkişafı 

Uşaq:
 2.1. Nitqi dinləyib-anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. 
2.1.1. Dinləyib-anladığı fikirlərə münasibət bildirir. 
2.1.2. Bədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir.
 2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyr”, “salam”, “sağ ol”, “çox sağ ol”, “bağışla”, “buyurun”, “zəhmət olmasa”, “nuş olsun”, “xoş gəlmisiniz”, “yaxşı yol”), jest və mimikalardan istifadə edir. 2.1.4. Hərf və səsləri fərqləndirir, hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən mətnlər qurur. 
2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən, antonim və sinonim sözlərdən istifadə edir. 
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 
2.2.1. On dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir.
 2.2.2. Əşyalar içərisindən dairəni, üçbucağı, kvadratı seçir, fərqləndirir və müqayisə edir.
 2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət və həcm) görə ümumiləşdirir, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. 
2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar (toplama, çıxma, bərabər, qeyri-bərabər) və konstruktiv bacarıqlar (planlaşdırma, modelləşdirmə, sxemləşdirmə və simvollaşdırma) nümayiş etdirir.
2.2.5. Məkan (sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə) və zamanla bağlı (ilin fəsilləri, aylar, həftənin günləri, günün hissələri, saat) ilkin riyazi əməliyyatlar yerinə yetirir. 
2.2.6. Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitlərdən (maqnit, böyüdücü şüşə, xətkeş və s.) istifadə edir.
 2.2.7. Problemin müxtəlif həlli yollarından müvafiq olanını seçir və istifadə edir.
 2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malikdir və anlayışları izah edir.
 2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar, kollektivdə etik davranış) uyğunlaşdırır. 2.3.2. Səbəb-nəticə əlaqələrini müəyyənləşdirir.
 2.3.3. Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış (qorumaq, mühafizə etmək, qiymətləndirmək) bacarığı nümayiş etdirir. 
2.3.4. Obyektlər haqqında məlumat toplayır və müxtəlif yollarla izah (müzakirə edir, şəkillər şəkir, müxtəlif simvollar düzəldir və s.) və təsvir edir. 
2.3.5. Müxtəlif təbiət materialları (daş, qum, su, torpaq) haqqında məlumat toplamaq üçün hiss üzvlərindən istifadə edir və onlar haqqında izahat verir və ümumiləşdirmə (məsələn, materialların fərqini müəyyən edir, oxşar cəhətlərini, onlar bir-biri ilə necə əlaqəli olduğunu deyir və s.) aparır. 2.3.6. Müxtəlif materialların keyfiyyətini təsvir edərək, onların gündəlikdə necə istifadə olduğunu deyir. 
2.3.7. Səma cisimlərində, gündəlik havada və ilin fəsillərində olan dəyişikliklərdə fərqli və oxşar cəhətləri müəyyən edir, səbəb-nəticə əlaqələrini izah edir və məntiqi nəticələr çıxarır. 
2.3.8. Müəyyən müddətdə (bir neçə gün/gecə, həftə ərzində) ətraf mühitdə baş verən hadisələri\fəaliyyətləri təsvir edir və izah edir. 
2.3.9. Ailə və vətən haqqında (dövlət rəmzləri, milli ordu, milli qəhrəmanlar, milli sərvətlər, tarixi günlər və abidələr, milli bayramlar) sadə təqdimatlar edir.

3. Estetik və yaradıcı inkişaf
 Uşaq: 
3.1. Sadə yaradıcılıq qabiliyyətləri nümayiş etdirir. 
3.1.1. Təsvir alətləri və vəsaitlərdən (sadə və rəngli karandaş, flamaster, rəngli tabaşir, kömür, rəngli boya, qayçı, fırça, yapışqan, rəngli kağız, gil və plastilin, molbert, palitra) təyinatına görə istifadə edir. 
3.1.2. Rəsmetmə (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında süjetlər yaratmaq), yapma (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sadə obrazlar yaratmaq) və yapışdırma (müxtəlif kəsmə üsullarından istifadə edərək, mövzular, bədii əsərlər, təsəvvürləri əsasında kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir. 
3.1.3. Verilmiş nümunə və sxemlər əsasında quraşdırma (fərdi və kollektiv şəkildə müxtəlif fiqurlar və kompozisiyalar düzəltmək), planlaşdırma bacarıqları nümayiş etdirir. 
3.2. Mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq bacarıqları nümayiş etdirir. 
3.2.1. Musiqini dinləyərək xarakterinə, janrına, melodiyasına, ritminə, səs tonuna, müəyyən hissəsinə görə fərqləndirir, ifaçılıq (solo və xorla oxumaq; musiqili-ritmik hərəkətləri yerinə yetirmək; uşaq musiqi alətlərində tək və ansamblda ifa etmək) bacarıqları nümayiş etdirir. 
3.2.2. Müstəqil yaradıcılıq (təsviri fəaliyyət, musiqi və konstruktiv fəaliyyət, rolların ifası) qabiliyyətləri nümayiş etdirir. 
3.2.3. Müxtəlif janrda olan bədii əsərlərə (hekayələr, nağıllar, təmsillər) reaksiya verir, onların məzmununa münasibət bildirir (özü hekayəni tamamlayır, yeni qəhrəmanları təklif edir və s.). 
3.3. Sadə əmək bacarıqları nümayiş etdirir. 
3.3.1. Fərdi qaydada və kollektivdə əməyin növləri üzrə müxtəlif bacarıqlar nümayiş etdirir
3.3.2. Əmək prosesində istifadə edilən alətləri tanıyır və sadə bacarıqlar nümayiş etdirir. 
3.3.3. Növbətçilik zamanı öz üzərinə düşən vəzifənin mahiyyətini anlayır və yerinə yetirir.
4. Sosial-emosional inkişaf
 Uşaq: 
4.1. Sadə özünüdərk bacarıqları nümayiş etdirir. 
4.1.1.Arzu və istəklərini özünəməxsus tərzdə icra edir. 
4.1.2. Məsələnin həllini axtararkən özünəinam, təşəbbüskarlıq və müstəqillik nümayiş etdirir. 
4.2. Sosial həyatla bağlı bacarıqlarını özünəməxsus tərzdə nümayiş etdirir. 
4.2.1. Hərəkətlərini sosial normalara uyğun nümayiş etdirir. 
4.2.2. Qrupun üzvü kimi fəaliyyət göstərir. 
4.3. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur.
 4.3.1. Ünsiyyətini yaşadığı mühitin sosial normalarına (danışarkən qışqırmamaq; təhqir etməmək; nəzakətlə müraciət etmək; başqalarını dinləmək) əsasən tənzimləyir. 
4.3.2. Öz hərəkətlərini başqalarının hərəkəti ilə müqayisə edir və qiymətləndirir. 
4.4 Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir. 
4.4.1. Ünsiyyət qurduğu insanlar arasındakı fərqlərə (fiziki, irqi, milli, dini, cinsi, sosial) dözümlü yanaşır. 

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası