DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

29 Eylül 2018 Cumartesi

Şərhsiz

Xüsusən  rəhbər  vəzifədə çalışanlara  ünvanlı
📣📣📣📣📣📣📣📣📣📣📣📣
Mənfi obrazlar sevilməzlər....
Nə filmdə, nə teatrda, nə də həyatda....
Həyat da aktyorluq səhnəsidir. Biz də aktyorlar.
Mənfilərlə sevilməz varlığa çevrilincə, müsbətlərlə sevilmək daha gözəl..
İnsanları vəzifənizdən istifadə edərək təhqir etməyin.
Sərt olun, qanunauyğunluqlara riayət edin, disiplin qurun amma kobud olmayın.
Qurduğunuz dsiplin zamanı ayrıseçkilik etməyin..
İnsanlara salamı ürəklə verin, söz deməyə başlanğıc üçün yox.
İnsanları  həyata və işinə motiv edin
Kobudluqla və təhqirlə işindən və həyatından soyutmayın.
Qarşındakını motiv etmək və dəyər vermək bumeranq kimi sizə qayıdacaq.
Əksi yenə sizə qayıdacaq...
Nə olursanız olun insan olmağı unutmayın!
#leylabayramova
Hörmətlə,
Leyla  Bayramova

Yaradıcı dərs

Yaradıcı  müəllimlərə  heyranlığım böyükdür.  Heç  nədən  şikayət  etməyən,  nə  texnologiya  yoxdur,  kurikulum  tələbinə  cavab  verən materiallarımız  yoxdur,  musiqi  alətlərimiz  yoxdur,  vəsaitimiz  yoxdur  bəhanələri  gətirmədən kreativ  dərs  quran  müəllimlər  var  olsun.
Hətta  sınıq  sökük  kənd  məktəbində şagirdin  marağına  uyğun  canlı  rəngarəng  dərs  quran  müəllim  ayaq  üstdə  alqışlanmalıdır.
#leylabayramova

Hər kəsin bilməli olduğu aktual etiket* qaydalar

Hər kəsin bilməli olduğu aktual etiket* qaydalar:

1) Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə, dəməli hesabı siz ödəməlisiniz. Amma əgər siz “Gəlin restorana gedək“ ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.

2) Zəng etmədən qonaq getməyin. Bir britaniyalı xanım deyirdi ki, çağrılmamış qonaq gəldikdə, o çətirini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “Ah, nə pis oldu mən getməyə hazırlaşırdım”.

3) Bağlı qapını döymədən açmaq olmaz.

4) Kişi heç vaxt qadının çantasını daşımamalıdır. Qadın paltosunu da, o, yalnız qarderoba aparamaq üçün götürməlidir.

5) Əgər siz kiminləsə yol gedirsiniz və sizin yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşsa, siz də salam verməlisiniz.

6) Ayaqqabılar hər zaman təmiz olmalıdır.

7) Həmsöhbətə ehtiyac duyduğunuz zaman, telefonla boş-boş, mənasız danışmaqdansa, bir-birinizlə görüşsəniz yaxşıdır.

8) Əgər sizi təhqir edirlərsə, bu zaman səsinizi qaldırıb kobudluqla cavab verәrәk onun səviyyəsinə enməyin. Gülümsəyin və tərbiyəsiz mübahisədən uzaqlaşın.

9) Küçədə kişilər xanımların solunda getməlidir. Yalnız hərbiçi kişilər qadının sağ tərəfində gedə bilərlər, o da "Əsgər salamı və ya hərbi salamlaşma" üçün.

10) Qadınlar otaqda şlyapalarını çıxartmaya bilərlər, amma papağı çıxartmaq lazımdır.

11) Qadınların istəyi olmadan onun əlindən tutmaq, söhbət zamanı ona toxunmaq olmaz. Bunu yalnız nəqliyytdan istifadə zamanı və yolu kəçərkən etməyə icazə verilir.

12) Ətirlərdən həddindən artıq çox istifadə etmək olmaz.

13) Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.

14) Kim olmasından asılı olmayaraq otağa ilk daxil olan salamlaşmalıdır.

15) Çox bərkdən gülmək, səs-küylə danışmaq, insanları başdan ayağa süzmək olmaz.

16)  İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə, siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.

P.S. Paylaşın ki, bilməyən dostlarımızın da oxumasına, bilməsinə səbəbkar olaq.

İbtidai sinif müəllimlərinin nəzərinə

Xüsusilə  ibtidai  siniflərdə  tez  tez  rast  gəlinən  hal  müəllimlər  tərəfindən  şagirdlərə  xüsusi  yemək  saatının  təşkilidir.  Əslində  baxmayaraq  ki,  bizim  tədris  müəssisələrində şagirdlər  səhər  evdən  yemək  yeyib  məktəbə  gedir  5,6 dərsdən  də  çıxıb  evə  gəlib  günorta  yeməyini  yeyəcəkdir, bununla  belə  xüsusi  yemək  saatı  təşkil  edilir.  Hətta  bu  saat  hər  hansı  bir  dərsdə  yəni  müəllim  tərəfindən  lazımsız hesab  edilən  qeyri  əsas fənn  hesab  edilən  akademik  dərs  saatında  təşkil  edilir.  Bu  doğrudur  və  ya  yanlış  hər  hansı  bir  fikir  bildirməyəcəm. Əslində  dərslər  arası  şagirdlərə  qida  və  su  ehtiyaclarını  ödəmələri  üçün  zaman  ayrılır.  Buna  tənəffüs  deyilir.  "Bizim  vaxtımızda  yox  idi nə  acmırdıq nə  susamırdıq " cümləsini  işlətmək  məcburiyyətində  qalacam.  Təbii  ki  bu  mənim  şəxsi fikrimdir
Amma müasir  ibtidai sinif müəllimlərinin  üzərinə  məsuliyyətli bir  iş  düşür. Bu  axını  davam  etdirən  müəllimlərin  nəzərinə
Diqqətli  olun
Evində  meyvə  yeməyən,  meyvəyə  həsrət  uşaqlar  var
Evində  ət  yeməyən,  ətə  həsrət  uşaqlar  var
Uşaqların  məktəblərə gətirdiyi  , magazindən  alınan  ( rəngli  sular  peçenyelər,  piroqlar  və s) bunların  gətirilməsinə  izn  verməyin.  Uşaqlar  pulla  alınan  magazin  qıdalarına meyilli  olur  və  mütləq  görüb nəfsi  keçdisə evdə  gedib  ailəsindən  tələb  edəcəkdir
Meyvə  xüsusən  qoxulu  sitrus  meyvələrinin,  bahalı  meyvələrin  məktəbə  gətirilməsinə  icazə  verməyin.  Digər  imkanı  olmayan  uşaqların  ailələri bunun  kompleksini  yaşamasın
Evdə  hazırlanmış  çörək  arası  bir  şeylər  təşkil  edə  bilərlər ki,  bu  hamının  evində  hazırlanması  mümkün  olsun
Bunun  üçün   tədris ilinin ilk günündən valideynlərlə  iclas  edə  öz  qaydalarınızı  təklif  edə  bilərsiniz.
Məzəmmət  və  lovğalığı  sevən  ailələrin  övladlarına  yeri  gəlsə  bölüşməyi  öyrədəcək  gücdəsiniz. Sözsüz. ..amma inanın  mənə  bu  daha  çətin  proses  olacaq
Əlavə  təklifi  olanlar  fikirlərini  bölüşə  bilər.
Məsuliyyətli  peşənizdə  uğurlaùr
Hörmətlə,
Leyla Bayramova
#leylabayramova

Maariflənmə

Məktəblərdə həyati mesaj  verəcək  maarifləndirici dərslərə  və  ya dərs  tipli tədbirlərin  təşkilinə  ehtiyac  var. Məktəb  yalnız  dərs, elm  öyrətmə  mərkəzi  olmamalıdır.  Məktəb  həyata  hazırlayan  ocaq  olmalıdır. Hazırda  internet  mövcud  olduğundan  ağıllı  uşaqların  həyata hazırlıq imkanları  daha  genişdir. Niyə  ağıllı  dedim,  çünki  müəyyən  təbəqə  uşaqları  internetdə  mənfi  zərərli  hadisələr  gözləyir.
Bizim  zamanımızda  internet  imkanları, maarifləndirici  tv  və  proqramlar  olmadığından  həyatı  dərk  edəndə  hər  şey  üçün  gec  idi.  Artıq  həyati  və  ciddi  səhvlərimizi  etmişdik.  Bu  gün  bəlkə  də  tv proqramlardan və  internetin  zərərlərindən  narazı  ola  bilərik.  Çünki  mənfiləri  çoxdur,  amma  şagirdləri  həm ailədən,  həm  də  məktəbdən  düzgün  istiqamətləndirməklə  onları  çox  zərərlərdən  xilas  edə  bilərik.
Yadımdadır 24  yaşım  vardı. İctimai  tv  də  maarifləndirici bir  veriliş  gedirdi.  Verilişə  baxdım  və  çox  pis  olmuşdum.  İşlətdiyim  cümlə isə  bu  olmuşdu.  Mən  belə  verilişlərə 17,18 yaşımda baxmaq  imkanım  olsaydı  filan  şeyləri  belə  yox  bu  cür  edərdim. Bir  verilişdə  işlədilən  vacib  bir  maarifləndirici  cümlə  insan  həyatını  dəyişə  bilir.
Mənfilər  də  qaçılmazdır  təbii  ki. ....
Çoxdankı  arzumdur ki,  məktəblərdə  psixoloji  və  həyati  dərslər  təşkil  edilsin.  Bu vacib  hesab  etdiyimiz  ən  vacib  fənndən  daha  vacibdir
Hörmətlə,
Leyla  Bayramova
#leylabayramova

Kürdəmir. Son FK təlimi

Bu  günün  tarixi  və  5 il  əvvələ  dönüş.
19.09.2013
Kürdəmir  rayonunda  Fənn kurikulumu  təliminin  sonuncu  günü  idi. Kürdəmir  rayonunda  təlim  keçdiyim  qrup  çox  savadlı  tarix  müəllimlərdən  toplanmışdı. Qətiyyən  yorulmurdum onlarla. ...
Təlimin  son  günü Şilyan kənd tam orta məktəbinin və o qrupun  sevimli  müəllimlərindən biri  olan  Rəşad  Şirəliyev İsgəndər  oğlu  kurikuluma  şeir  həsr  etmişdi.  Bu  gün  facebook  xatırlatması  mənə  o şeiri  yenidən  xatırlatdı.  Düşündüm  ki,  belə  potensiallı  müəllimin  adını  yenidən  çəkmək  şərəfinə  nail  olum,  həm  də  şeirini  bütün  izləyicilərimlə  paylaşım

📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚

İlahi sən bax yazıya
Gərdi başıma qazıya
Bənzəyir şirin acıya
Kurikulum, kurikulum

Gərək səndən uzaq durum
Dərsi ənənəvi qurum
Get o sintez, o da Blum
Kurikulum, Kurikulum

Sənin canın motivasiya
Qoymayıbdı məndə ziya
Yarı röya, yarı xülya
Kurikulum, kurikulum

Tərifin var qalaq-qalaq
Təlimçim var qoçaq-qoçaq
Əlinizdən hara qaçaq?
Kurikulum, kurikulum

Sən atlısan biz piyada
Çətindi çatmaq bu ada
Gəlin ataq gedək yada............
Kurikulum, kurikulum

Qəflətən çıxdın önümə
Qalasan mənim günümə
Adın da yatmır dilimə
Kurrrrrikulum, kurrrrrrrikulum :)

Təlimçimiz adı Leyla Bayramova
Adı Leyla özü Leyla
Deyir, heyyyy bu sözü Leyla
Kurikulum, kurikulum

Qəlbim geniş, ruhum azad
Gəl sən çıx get olum rahat
Bəsdir apardım tədqiqat
Kurikulum,kurikulum

Aylar illər ömrü ovar
Şair qəlbi eylər qübar
Rəşad qaçma , yoxsa qovar
Kurikulum, kurikulum   :) :) :)

Müəllimlik

Müəllimlik
Müəllimlik neçə  illik  üniversitet  bitirməklə  əlaqəli  bir  şey deyil
Müəllimlik möhürlü diplom  almaqla  əlaqəli  bir  şey  deyil
Müəllimlik  diplomun qırmızı  və  ya  göy  rəngdə  olması  ilə  əlaqəli  bir  şey  deyil
Müəllimlik diplomun  üstündə yazılan  ixtisasla  əlaqəli  bir  şey  deyil
Müəllimlik  diplomun  iç  vərəqində  olan  qiymətlərlə  bağlı bir  şey  deyil
Müəllimlik  diaqnostik  imtahanda  yüksək  bal  toplamaqla əlaqəli  bir  şey heç  deyil
Müəllimlik semestr  imtahanlarda  yüksək  bal  toplayıb,  miq  imtahanlarında  yüksək  bal  toplayıb,  yüksək  yüksək  gəzmək  də  deyil
Gözəl  nümunə  olmaq
Bir  uşağın  dünyasına  toxunmaq
Bir  məktəbi öz  sözləri  və  qatqısı  ilə rəngarəng  etmək
Bir  məktəbi  şagirdlərin  gözündə  çəhrayıya  boyamaq
Bir  uşağı  səhər  sevinclə  məktəbə  yola  düşmək  üçün  yatağından qaldırmaq
Bir uşağı  məktəbə  gələrkən  sevgi  ilə  çiçək  toplatmaq
Xəstə  olanda  dərsə  getmədiyi  üçün  üzülməsinə  səbəb  olmaq
Dərsdə  bikef  olanda  mütləq  diqqətdə  olduğunu  hiss  etdirmək
Canı  acıyanda  anlata  biləcəyi, güvənli birinin  olduğunu  hiss  etdirmək
Hətta  tək  bir  uşağın həyatında gözəl bir  davranışa vəsilə  olmaq
Əgər  bunları  etmisinizsə siz  MÜƏLLİMSİNİZ
Ətrafınıza  dönüb  baxın. Müəllimliyi  bəlkə  də  reklamı  bacarmayan,  boş  dərslərində   bəlkə  də  müəllimlər  otağında sakit  oturub  danışanları  sadəcə  dinləyən  və  susan,  "o niyə  müəllim  olur? " dediyiniz  şəxslərdə görəcəksiniz , necə  gözəldir  ki,  belə  müəllimlər  var dediyiniz  şəxslərdə  görəcəksiniz. .kaş  ki,  özünü  təkmilləşdirsə  necə  gözəl  müəllim  olardı  deyəcəyiniz  şəxslərdə  görəcəksiniz. ..kaş  ki miq  də   yüksək  nəticə  göstərsə  də  daimi  çalışa  bilsə deyəcəyiniz  şəxslərdə  görəcəksiniz


Hörmətlə,
Leyla  Bayramova
.................
#leylabayramova

Öyrətmənlik kutsaldır

Öyrətmənlik, sabah gedib, günorta gəldiyin, bazar günləri və yayda tətil etdiyin, sadəcə diplomun olan bir peşə deyil. Öyrətmənlik, ana olmaq, ata, qardaş ola bilməkdir. Ən əsası insan ola bilməkdir
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
 2000 yılının aralık ayıydı. Üniversiteden yeni mezun olmuştum. Bir devlet okulunda heyecanla derslere giriyordum. Sınıflardan birinde, şartlı cümleleri anlatırken tahtaya İngilizce bir cümle yazdım.

“Evet çocuklar, tahtada ‘Eğer çok zengin olsaydım anneme... alırdım.’ yazıyor. Cümledeki boşluğu, hayal gücünüzü de kullanarak doldurun. Anlaşıldı mı?” dedim.
Anlaşılmış olmalı ki herkes sessiz bir şekilde dağıttığım küçük kâğıtları aldı ve gözlerini tavana dikip düşünmeye başladı. Beş dakika sonra sınıfı dolaşıp kâğıtları topladım ve tek tek okudum. Uzay gemisi, Ferrari, Miami’de yazlık, Maldivler’de ada... Ben okuyorum, sınıf gülüyordu. Son kâğıdı içimden okudum. “If I were rich, I would buy flowers for my mom.”

Cümlenin sahibi, o sene sınıfa yeni gelen çelimsiz, içine kapanık bir çocuktu. “Aramızda çok duygusal bir arkadaşımız var!” dedim. “Selim, kalk bakalım. Ne yazdığını arkadaşlarına söyleyebilir misin?”

“Çiçek alırım, yazdım öğretmenim.”

Sınıfta hafif bir kahkaha koptu. “Ben çok zengin olduğunuzu düşünün, hayal gücünüzü kullanın demiştim. Buna rağmen çiçek alırım yazdığına göre önemli bir sebebin olmalı” dedim.
Bir süre sessizce bekledi, sonra ayağa kalkıp “Aklıma başka bir şey gelmedi öğretmenim” dedi usulca. Yüzünde Mona Lisa tablosunu andıran gülmekle ağlamak arası garip bir ifade vardı.
“Oğlum, dalga mı geçiyorsun?” dedim sertçe. “Aklınıza bir şey gelmesi için illa not mu vermemiz gerekiyor?”

Hiç cevap vermedi. Kâğıtları geri dağıttım. Sınıf, çalan zille birlikte kovanı kurcalanmış arı sürüsü gibi bahçeye aktı. Dışarıda ince bir yağmur yağıyordu.

Ertesi sabah okula geldiğimde Selim’in babasını lobide beni beklerken buldum. Önündeki sehpada bir gün önce sınıfta dağıttığım buruşuk kâğıt parçası duruyordu. Oturup biraz konuştuk. Kısa bir görüşmeden sonra ayrıldı. Zorlukla zümre odasına doğru yürüdüm. Başım dönüyordu. Hıçkırığa benzer garip bir şey diyaframdan gırtlağıma kadar tırmanmış, patlamaya hazır bekliyordu.

2000 yılının aralık ayıydı ve ben, kâğıttaki küçük boşluğu çiçekle dolduran Selim’in, hayatındaki en büyük boşluğu da çiçekle doldurmaya çalıştığını öğrendim.
Üç ay önce bir trafik kazasında annesini kaybettiğini ve o günden beri, babasıyla, hiç aksatmadan her cuma günü annesinin mezarını ziyaret edip mezarlığa çiçek diktiklerini...
Önceki gece babası duymasın diye yüzünü yastığa gömerek sabaha kadar hıçkırdığını...

Ve üniversiteden alınan diplomayla öğretmen olunamayacağını...
Hepsini, hayatımın o en serin aralık sabahında öğrendim .
"Öğretmenlik sabah gidip öğlen geldiğin, cumartesi, pazar, sömestır ve yazın tatil yaptığın bir meslek değildir. Öğretmenlik Anne olmaktır. Baba olmaktır. Abi olmaktır.. Kısacası İnsan olmaktır.

"İnsan gibi insan öğretmenlerimizin önünde saygı ile eğiliyorum. "

Nəticələrim

Artıq  müəllim  kimi  sinif  auditoriyasına  girən  əziz  tələbələrimin bir qisminin siyahısı ☺

Təəssüflə  qeyd  edim ki,  bu  siyahıda  bütün  tələbələrim  yoxdur. Səbəbi aşağıda  qeyd  etmişəm
1. Kəminə  Muradova  -57 bal (ibtidai  sinif üzrə  rekordumuz )
2. Aysel  Əlizadə -55 bal
3.Natəvan  Ağayeva -54 bal
4. Mələk  Firidunqızı -53 bal
5. İlahə  Tağıyeva  -53 bal
6. Banu  Abbasova - 53 bal
7 Aysel  Mirzəyeva  - 53 bal
8. Pərvanə -53  bal
9. Ziba  Əliyeva - 52 bal
10. Ülviyyə- 52  bal
11.  Mətanət  Səfərova - 51 bal
12. Şəlalə  Məmmədova  -51 bal
13.. Elmira  Ağayeva 51  bal
14. Saycan Əliyeva   -51 bal
15. Aynur   Mehdiyeva - 50 bal
16. Ramin  Eyvazov - 50  bal
17. Laminə Əmirzadə   - 50 bal
18. Almaz  Əliyeva  -48 bal
19. Afaq  Məmmədova  - 48  bal
20.  Ləman  Əsgərova - 48  bal
21. Nigar - 48  bal
22. Aynur  Sultanova  - 48  bal
23. Lalə İsmayılova - 48 bal
24. Sevinc  Mövsümova - 53  bal
25. Vüsalə Hacalıyeva - 49,1564
26. Könül  Teymurzadə- 51  bal
27.  Aida  xanım - 49  bal
28.  Elmira  İsmiyeva - 53  bal
29.  Nişanə  Xəlilova -51 bal
30.  Pərvin xanım  - 51 bal
31. Bilqeys xanım -  48  bal
32. Səma  Allahverdiyeva  - 49  bal
33. Vüsalə  Abdullayeva   - 53 bal
34. Aytən  İsayeva -54 bal
35. Südabə  Şükürova  -49  bal
36. Fidan Məmmədova -48 bal
37.  Məlahət  Aydınlı  - 51  bal
38.  İngilis  dili  rekordumuz  - Gülnisə  Əliyeva - 56 bal
39. Firuzə  Mahmudova  - 53  bal
40.  Aygül  Rzayeva - 52 bal
41. Turanə  Dadaşova - 49  bal
42. Təhminə  Kərimova -49  bal
43. Nəzakət  Mehdiyeva - 52  bal
44. Aynurə  Əhmədova - 51 bal
45. Aytac  Hüseynli - 51 bal
46. Ülviyyə  İbrahimova  -50 bal
47.  Nərgiz  Balayeva - 51  bal
48 . Könül                       - 54 bal
49.  Günay  Şükürova  - 50  bal
50.  Jalə  Bayramzadə - 48  bal
51.  Gülnar  Aslanlı  - 48  bal
52.  Azadə  Tağızadə - 50  bal
53.  Ləman.                 49  bal
54.  İlahə  Ələsgərova  - 53 bal
55. Rahilə  Məmmədova  - 54 bal
56. Malahova Mədinə - 53 bal
57.  Məmmədova  Mehbarə -48  bal
58.  Bayramova  Bəsti  - 48  bal
59.  Vüsalə Kərimova    - 50 bal
60.  Şəhla  Bayramova  - 58 bal
61.  Südabə  Teymurlu  - 52 bal
62.  Aytac  Qasımzadə  - 52 bal
63.  Zərin  Əsədova      -    50  bal
64. Elmira  Hüseynova  - 51 bal
65. Sənubər  Kərimova - 51 bal
66. Arzu  Həsənova  -  50  bal
67.  Türkan  Hüseynli  - 49  bal
68.  Zəkiyyə Allahverdiyeva - 52 bal
69.  Şölə  Mustafayeva  - 54 bal
70.  Ülkər  Nurullayeva  - 58, 2366  bal
71.  Ülkər  Fətəliyeva  - 54 bal
72.  Aynurə  xanım.  ( kimya ) - 54 bal
73.  Nərgiz Mansurova - 50  bal
74. Ümidə  Xəlilli - 50 bal
75. Gülər Bəylərova  - 54 bal
76. Samirə  Əsgərova  - 55 bal
77.  Raisə  Yaqubova-  51 bal
78.  Günel  Nəbiyeva - 47 bal
79.  Rəna  İsmiyeva  -
80.  Şəlalə Məmmədova  - 48  bal
81.  Səma  Allahverdiyeva  - 49  bal
82.  Azadə  Tağızadə - 50  bal
83. Ramin.           -52 bal
Bu  siyahıda  əlaqə  saxlama  imkanım  olmayan  çox  tələbəmin  nəticələri  yoxdur. 😕 Gələn  il  buna  çarə  tapacam  😉
📚10 a  10  kurikulum yazacağınıza,  müəllimlik  özgüvəninə,  praktik  bilgilərə  malik  olmaq üçün mənə  güvənə  bilərsiniz
Qeyd  olaraq deyim  ki,  ixtisasdan  aşağı  bal  toplayan  tələbələrim  də  metodikadan  yüksək  nəticə  göstərib. Adətən  qınaq  obyekti  olur  ki,  niyə  aşağı  nəticə  toplayan  tələbələrin  nəticələrini  paylaşmırsınız?  Mən  bütün  tələbələrimlə  fəxr  edirəm.  Sadəcə  təəssüf  ki,  bəzən  bir  sıra  səbəblərdən ixtisas  nəticəsi aşağı  olur. Metodika  miq  üçün çox  bal  gətirmir, buna  görə  metodika  və  ixtisası  paralel  səviyyədə  mükəmməl  öyrənmək  lazımdır.

Hörmətlə,
Leyla Bayramova
#miqimtahanları #təhsilbizimişimizdir #mhmtədrismərkəzi #leylabayramova

28 Eylül 2018 Cuma

Cahil insanların ən üstünlük təşkil edən 13 xüsusiyyəti

Cahil  insanların  ən  üstünlük  təşkil  edən  13 xüsusiyyəti


1. İlk  əvvəl  ən  əsas  özəllikdən  bəhs  edək.  Təbii  ki  hər  şeyi  bilirlər ☺
2. Mənfəət  onlar  üçün  hər  şeydən  əvvəl  gəlir
Mehmet  Akif  demiş.
ALDANMA  İNSANLARIN  SƏMİMİYYƏTİNƏ
MƏNFƏƏTLƏRİ  GƏLİR  HƏR  ŞEYDƏN  ÖNCƏ
VƏD  ETMƏSƏYDİ  ALLAH  CƏNNƏTİ
ONA  BELƏ  ETMƏZLƏRDİ  SƏCDƏ
3. Şiddətlə  müdafiə  edərlər.  Çünki  biri bir  şey haqqında   nə  qədər  az  bilərsə,  o qədər  çox  müdafiə edər
4. Dünyanı yalnız  özləri  üçün  yaradılmış  hiss  edərlər.  Maşınlara  bağlanıb  sürütlənən  heyvanlar,  daşlanaraq  öldürülən  insanlar,  dərisi  diri  soyulan  heyvanlar və sair nümunə  ola  bilər
5. Özlərindən  bəhs  etməyi  çox  sevirlər.  Çünki,  əvvəl  axır "boş lazımsız biri olduqları " ndan öz  hobbi,  həyata  baxışlarından  danışmağa  başlayacaqlar
6. Cahil  sözünü  eşidəndə  pis  olurlar.  Məsələn  tutaq  ki,  bir  mövzuda  cahil  qalmısan  desəniz ya da  bu  məsələni  deyəsən  bilmirsiniz desəniz  üzüləcək.  İnsan  hər  şeyi  bilə  bilməz  axı  təmkinli  olmalısan  əzizim  ☺ Zəki  insanların  ən  üstün  cəhəti,  hər  şeyi  bilməyin  qeyri  mümkün  olduğunu  anlamalarıdır.  Bu  arada  bunu  da  Enişteyn  deyib ☺
7. Az  düşünürlər  amma  çox  danışırlar.  Halbuki atalarımız  deyib  2 düşün  1 danış.   Dəf çox səs edə bilər amma Dəfin  içi  boş  olur.
  8. Sizə  kinayəli söz atıp , hətta  sizi  cahillikdə  ittiham  edə  bilərlər.  Çox  əsəb  verici  bir  durumdur  təbii  ki. ... Cavab  versəniz yenə  əsəbləşdirici  söz gələcək . Cavab  verməsəniz qəbul  etmiş kimi  görünəcəksiniz və  məlum  kişi  1.0  öndə  ☺
9. Yeniliyə  qapı  açmazlar.  Hətta  köhnəyə  meyl  edənləri daha  çoxdur
10. Sizin  uğurlarınız,  vəzifələriniz,  təhsiliniz,  dərəcəniz,  titullarınız onun  qarşısında  əhəmiyyət  vermədiyi  bir  şeylərdir
Həyat  universitetində əldə  edilən təcrübələr,  digər hər  şeyi  gərəksiz  halda  göstərər.  Ona  görə  bu  tərz  bir  insana qarşı  yarışa  3.0  geridə  başlayacaqsınız.  Məncə  yarışa  başlamağa  dəyməz  😉
11. Özlərini qürurla ifadə  edə  biləcəkləri bir  üstünlükləri olmadığı  üçün din  və  milliyət  kimi,  mentalitet  və  xalq  dəyərləri  kimi özəlliklərə  söykənərlər ☺ İnanc,  milliyət,  futbol, siyasət  və sair kimi siyahını  artırmaq  olar.  Nə  əhəmiyyəti  var  ki  deyib  keçməyin,  bu  saydığımız  özəlliklər hansı  ki  bunlara  söykənir,  " hamının  reaksiya  verəcəyi  mövzulardır. Belə  desək  hamı   bu çörəyə  yağ  sürəcək " Əsası  insanların  qanına  girincəyə  qədərdi. ....
12. Özünə  məcbur  edilən  düşüncələri sizə  məcbur  etməyə  çalışarlar.  TV  də  bir  müddət izləyib təsir  altına  düşdükləri və  onları  təsir  altına  salmış  cümlələrin  ən  böyük  MÜDAFİƏÇİSİ  bu  adamlar olur 🙂 Cümlənin  əvvəlindəki  təhlükəni  hiss  etdinizsə  arxanıza baxmadan  qaçın 😃 " nümunə.  Keçən  axşam proqramda  bir  alim dedi  özü  də  alim  deyirəm ee  öz  sahəsini  mükəmməl  bilir.  Adam  yalanmı  deyəcək?  ))
13.  qəhrəmanınızın klassik  son  cümləsi.
" çox  düşünmə  bunları  neynirsən  qurcalayıb boş  ver "
 Hər  şeyi  düşünürsən  bu  qədər,  suallar  verərsən  beyninə dəli  olarsan.  Bir  yerdə  axarına  buraxacaqsan qardaşım  boş  ver
HÖRMƏTLƏ
LEYLA BAYRAMOVA.
#leylabayramova

Əsl ustad necə olmalı?

Ümumilikdə 13 il  pedoqoji  stajım  var  ki,  bunun  13 ili şagird  hazırlığı və  tədrisi,  9 ilini  müəllim  hazırlığı  ilə  məşğul olmuşam.  Bütün tələbəm  və  müdavimim  olan  şəxslər  qeyd  edərlər  ki,  heç  bir  zaman  başa  düşdünüz?  Anladınız?  Deyə  şagirdlərə  sual  verməmişəm.  Bunu  özümə  ayıb  və  qarşı  tərəfi  əzmək  kimi  başa  düşmüşəm.  Çünki  bu  ifadəni  kimsə  mənə  qarşı  işlətsə  mən  onu  qəbul  etmərəm.  Hər  zaman " izah  edə  bildimmi?"  Və  "Fikrimi  ifadə  edə  bildimmi? " deyə  sual  verirəm. Məncə  bu insanın  daxilindən  gələn  cümlədir.  Mən  hər  zaman  deyirəm ki,  müəllim  olunmur,  müəllim  doğulur.  Bir  insanın  müəllimlik  qanında  olmalı,  canında  olmalı,  duyğularında,  hislərində  olmalı. ..müəllimlik  yüksək  nəzəriyyə  bilgisi  ilə  olunmaz,  ustadlıq  alimliklə  ölçülməz.
F.  adında  bir  kimya  müəllimim  vardı,  M. adında  da  bir  fizika müəllimim. ..
Onları  heç  sevmədim.  İnsan  kimi  gözəl  insan  ola  bilərdilər, çox  savadlı  ola  bilərdilər , universitetə  yüksək balla daxil olan  şagirdləri ola bilərdi  amma  yaxşı  ustad  deyildilər.  Heç  vaxt  da  olmadılar  mənə  görə. ...
11 il  oxuduğum  sinfin  əlaçı  şagirdi  olmuşam.  Amma  buna  baxmayaraq  onların  sinifdə şagirdləri  əzən  ifadələri həmişə  qəlbimə  toxunub  və  onlara  nifrət  etmişəm.  Fizika  müəllimi  dərsi  izah  edirdi,  hər  5 dəqiqədən  bir  "qoyun  sürüsü yığılıb  bura " deyə hamını  təhqir  edirdi.  Beləcə  ilk  fizikanın  əsasını belə  desək  bünövrəsini  qoyan  fizika  müəllimim  sayəsində  11 il  fizikanı  qiymət  xatirinə  sevmədən  və  anlamadan  oxudum. Öyrəndim  yox  haa  oxudum))
Kimya  müəllimimiz  isə  şəxsi  prinsipləri  olan  adam  idi. Ləzgi  idi milliyətcə. .Bir  zamanların  məşhur  pop  star  verilişi  vardı.  Gələrdi sinifə,  4 qız  vardı  ki,  onların  evində  krosna  antena vardı.  Bizdə  isə  yox.  Atam  almırdı  ki,  dərslərimizə  diqqəti  daha  çox  ayıraq.  Sinifə  girəndən  o 4 qızı  ön  sıraya  keçirər  və  dünənki  pop  stardan  danışardı.  Qiymət  vaxtı  çatanda  isə  onlara  5 digər  uşaqlara  aşağı  qiymət  yazar  və  sözün  əsl  mənasında  qiymət  kəsərdi.  Beləcə  mən  də  onun  dərslərini  oxumamağa  başladım. Bir  gün  sinifdə qiymətimi  kəsəndə  sözümü  deyib   gözləri  qarşısında kimya  kitabını  cırıb,  altıma  qoyub  oturdum  ☺ Sinif  rəhbərimiz  evə  zəng  etmişdi.  Sağ  olsun  anam  uşaqlıqdan  məni  ağıllı  qızı  hesab  edib.  Uşaqlıqdan  öz güvənli  böyütmüşdü  məni  o cümlələri  ilə. ... sinif  rəhbərimə  də  demişdi  ki,  mənim  qızım  ağıllıdır  səbəbsiz  heç  vaxt  elə  hərəkət  etməz.  Hətta  qeyd  edim  ki,  11 ci sinfin  sonunda  kimya  imtahanından  imtina  etmiş  və  imtahana  girməmişdim. . Bütün fənlərdən  5 aldım  yalnız  attestatımda  4 kimyadan  yazıldı.  İmtahana  girmədiyim  halda  əlaçı  olduğum  üçün  rəhbərlik  5 yazmağı  planlayırdı.  Dedim  yazmayın  4 yazın.  Ömür  boyu  unutmayacağım  və  nümunə  danışacağım  səbəbim  olsun
Bəlkə  də  o müəllimlərin  mənə  qazandırdığı  bir  tək  əsl  ustad  belə  olmaz  təcrübəsi  oldu.  Həyatımda  ən  çox  iz  buraxan  2 müəllim.  Əslində  baş  ağrısı  olmasın  deyə  çox  yazmadım.  Oxuduğum  müəissədə  tələbəni  əzən  müəllimlərim  çox  idi.  Hətta  ibtidai  sinif  müəllimim  belə  yerlibazlıq  (həmkəndlisi) edirdi )) varlı  uşaqlar  və  öz yerlilərinə  verdiyi  dəyər  digərlərindən  daha  üstün  idi.  Bəlkə  də ilk təbəqələşmə  anlayışını  da  ondan  öyrəndim.  
Ustadlıq  sevgidir,  ustadlıq  mərhəmətdir.  Ustadlıq  övladın  kimi  görmək  və  yanaşmaqdır. ...bu  gün  o müəllimlərin  adını  açıq aşkar  yazmadım  çünki  oxuyanda  özlərini  tanıyacaqlar.  Adlarını  yazsam  məni uşaqlıqdan tanıyan hamı tanıyacaqdı. .. gec  deyil.  Həm  onlar,  həm  də özünü  burda  görən  əziz  müəllimlər. .. hamı  alim  olmaz  və  ya hamı  sizin  istədiyiniz  kimi  olmaz.  Yanaşma  bu  və  ya buna  bənzərdisə  dəyişmək  lazımdır. YA USTAD  OL  YA DƏYİŞ  PEŞƏNİ
P.S Məncə  bu  adi söhbət  edən  insanlar  arasında münasibət zamanı  da  əks  olunmalı,  nəinki  ustadlıqda.  Ən  əsası  əsl  insan  olaq

Hörmətlə,
Leyla  Bayramova
#leylabayramova

Təbəqələşmə

Hər  sinifdə  müxtəlif  təbəqələrə  malik  uşaqlar  təhsil  alır.
Bu  dünyanın  bütün  ölkələrində  belədir.  Çünki  cəmiyyət  müxtəlif  təbəqəli  insanlardan  ibarətdir.  Sinif  auditoriyası cəmiyyətin  kiçik  bir  üzüdür , güzgüsüdür . Hər  bir  şagird ailəsindən  əldə  etdiyi  tərbiyə  formasını bu  kiçik  sinif  auditoriyasında  əks  etdirir.  Bu  balaca  qızcığazın  sözləri  mənə  çox  təsir  etdi  və  mən  onu  sizinlə  paylaşma  ehtiyacı  duydum.  Müəllimlik  peşəsi  haqqında  dəfələrlə  yazılarım  olub.  Hər  dəfəsində  qeyd  edirəm  ki,  müəllim  olunmur  müəllim  doğulur.  Müəllim  maximum  dərəcədə çox  diqqət  etməli,  hər  kəlməsinə,  hər  hərəkətinə,  hər  qərarına,  hər  davranışına. .....şagirdlər  bir birini  incitsə  belə,  bu unudulmaz  yara  olsa  belə  təsiri  böyüdükcə  çox  qalmır   sadəcə  həyat  dərsinə çevrilir.  Ancaq  müəllimin  şagirdə  qarşı  etdiyi  səhv  və  ya verdiyi  yanlış  qərar  şagirdə  həyat  dərsi  ilə  yanaşı  travma  qazandırır. .
Bu  balaca  qızcığaz  necə  gözəl  anladırsa əlavə  təhlilinə  ehtiyac  duymuram. Sadəcə  dinləyib paylaşın bu  qədər  sadə...hər  birimizin  maariflənməyə  və  maarifləndirməyə  ehtiyacı  var.

Hörmətlə,
Leyla Bayramova
#leylabayramova

Astana

Həyatda  başıma  bu  tipli  hadisələr  çox  gəlib.  Ya  gözlədiyim  üçün  çox  xoşbəxt olmuşam,  ya da  əksinə  orda  olduğum  üçün çox peşiman. .. Amma  peşimanlığın  belə  təcrübə  qazandırdığı  qənaətinə  gəlsək  bütün  hallarda  zərəri  daha  azdır.  Böyük  xoşbəxtliklər  hər  zaman  tələskənlik  və  ya  gecikmələr  səbəbi  ilə  itirilir
#leylabayramova

Nyu-York şəhərinin taksi sürücülərindən birinin  başına  gələn  əhvalat

Çağırıldığım adresə çatdım və siqnal verdim. Bir neçə dəqiqə gözlədikdən sonra yenə siqnal verdim. İş növbəmin son reysi olduğuna görə evə getmək haqda fikirləşirdim, amma maşını küçənin qırağına verib evin qapısına yaxınlaşdım və qapını döydüm... "Bir dəqiqə" - deyə qoca və əzgin bir qadın səsi eşitdim. Qapının o biri tərəfində ağır nəsə bir əşyanın sürüklənməsini eşidirdim. Uzun fasilәdәn sonra qapı açıldı. Qarşımda balaca boylu, 90 yaşlı bir qadın dayanmışdı. Uzun paltarlı və vuallı şlyapa taxmışdı.1940-cı illərin kinolarındaki kimi geyinmişdi. Evi elə görünürdü ki, sanki uzun illərdir burada heç kim yaşamır. Bütün mebel və əşyalar ağ mələfələrə bürünmüş halda idi. Divarlarda nə saat var idi, nədə rəflərdə qab-qacaq. Otağın yaxın küncündə fotolarla və şüşə qablarla dolu bir yeşik var idi. Qoca qadın dedi: "mənə çemodanımı daşımağa kömək edə bilərsiniz mi?" Onun çemodanını yük yerinə yerləşdirdikdən sonra qadına yerimək üçün kömək etdim. Maşına çatana qədər qadın mənə qayğıkeşliyə görə minnətdarlıq etdi. Mən isə ona sadəcə başqalarının öz anamla necə rəftar etməsini istədiyim kimi yanaşdığımı bildirdim.

Maşına oturandan sonra mənə adresi dedi və şəhərin mərkəzi ilə getməyimi xahiş etdi. Mən isə şəhərin mərkəzi ilə getsək yolumuzun uzanacağını deyəndə qoca qadın dedi:
- Zərər yoxdur, Hospiece (Ömrünə az qalan insanların lazımi qayğı ilə təmin olunduğu dövlət yeri) gedirəm. Bunu eşitdikdə güzgüdən ona baxdım. Gözləri parlayırdı. Bütün yaxınlarım artıq çoxdan dünyadan köçüblər. Əlimi taksi sayğacına uzadıb söndürdüm. İki saat boyunca şəhəri gəzdik. Qoca qadın mənə bir vaxtlar liftçi qız olaraq işlədiyi binanı, hәyat yoldaşı ilə xoşbəxt yaşadıqları evi, onun balaca qız uşağı ikən getdiyi, lakin indi mebel mağazasına çevrilmiş rəqs məktəbinin binasını göstərdi. Bəzən o məndәn hansısa binaların qarşısında saxlamağı xahiş edir və dinməzcə o binaya bir neçə dəqiqə baxırdı. Sonra isə o mənə daha yoruldum, gedək dedi. Daha yol boyu danışmadıq. Adresə çatanda alçaq bir bina gördüm. Qarşısında iki sanitar var idi. Yəqinki qoca xanımı gözləyirdilər. Maşına yaxınlaşaraq yavaşca qadına düşməyə kömək etdilər. Maşının yük yerini açıb çemodanı çıxardığımda, artıq qadın əlil arabasında idi. O məndən soruşdu:
- Sizə nə qədər pul borcluyam? Mən dedim ki, heç nə qədər. Qadın gülümsəyərək dedi:
- Axı siz də çörək pulu qazanmalısınız.
- Bunun üçün başqa sərnişinlər də var.
- Çox sağolun, qoca bir qadına az da olsa sevinc bəxş etdiniz.

Bir an belə fikirləşmədən əyilib onu qucaqladım. O da məni bərk qucaqlamışdı. Əlini sıxaraq oradan uzaqlaşdım. Arxadan qapının örtülmə səsini eşitdim. Bu səs daha bir həyat kitabının son səhifəsinin səsi idi.
Evə qədər sakitcə, düşüncələr içində maşını sürdüm. Daha heç bir sərnişini o gün maşına mindirmədim və heç kimlə danışmadım. Görəsən o gün həmin qadına əsəbi bir sürücü və ya evə tələsən bir taksist rast gəlsəydi nə olardı? Görəsən mən özüm şəhərin mərkəzi ilə getməkdən imtina etsəydim və ya 1-2 dəfə siqnal verdikdən sonra qapını döymədən çıxıb getsəydim nə olardı?

Bircə ona əminəm ki, həyatım boyu görə biləcəyim ən mühüm işi gördüm.

CV _Reallıq


Videoya  baxan  zaman  həm  gülüş  yaradır,  həm  düşündürür.
Bu  cəmiyyətimizdə  olan  real  problemdir.  Bu  gün  bəzi  qurumlarda  işə  müraciət  edən  zaman  lazımlı  və  ya  lazımsız  dil  bilgisi  istənilir.  Digər  tərəfdən əlavə  bəhanələr gətirir və  ya  təcrübənin  olmamasını  əsas  götürürlər.  Təcrübə  əsasdır  amma  bacarıqlı  biri  ondan da  əsasdır.  Bu  gün  illərlə  işləyərək  təcrübəyə  malik  olan  şəxs  ola  bilər  ki,  iş  yerində  yeni  olan  biri  ondan  daha  üstün  nəticələr  göstərmə  gücünə  malik  ola  bilər.  Bir  də  bəzi qurumlar  da  var  ki,  işçini  təcrübəsizsən  hələ  yüngül  maaşa  işlə zamanla  səni  bəyənsək  davamlı  götürərik  deyir.  Bunun  iş  yerindən  asılı  olaraq  müsbət  və  mənfi  nəticələri  olur.  Müsbət  o zaman  olur  ki,  həmin  işçi  bacarıqla  yanaşı  özgüvənli  olur  və  özünü  sübut  edir.  Həqiqətən  də  orda  haqq  etdiyi  vəzifəni  tutur.  Mənfi  o zaman  baş  verir  ki,  işçi  bacarıqlı  amma  "əzik" xarakterli  olur  və  ondan  istifadə  edib  əməyini  sıfıra  endirirlər.  Təbii  illər  keçsə  də  həmin  işçini yüngül maaşa  istismar  edirlər.
Bilmirəm  bu  videoda  yaşanan  əslində  bir  insanın  özünü  daha  da  yetişdirməsinə  səbəb  olur  və  nəticədə  gözəl  kadra  çevrilir  və  çıxıb  gedir çooox  uzaqlara. ....
Bəlkə  sistemi  dəyişib,  təcrübəsiz  işçini  işə  götürüb,  zamanla  tələblər  və  həvəsləndirmələr  qoymaqla  təcrübəsiz  bir  işçini  arzu  etdiyin  bir  işçiyə  çevirə  bilərsən?  Hətta  daha  uzaqlara  getməyəcək,  nə  qədər  mükəmməlləşsə,  sənə  minnətdar  olduğu  üçün  səninlə  işləyəcək. Bu  şəxsi  təklifimdir
Sizin  də  fikirləriniz  çox  maraqlı  olardı  dəyərli  səhifə  izləyiciləri

Hörmətlə,
Leyla  Bayramova
#leylabayramova
Video Əlixan Rəcəbov

"Formal" tədris

Xüsusən  İBTİDAİ  SİNİF  MÜƏLLIMLIRINİN  NƏZƏRİNƏ. .....
Tədris  prosesində baş  vermiş daha  bir   nöqsan haqqında  növbəti  bir  status açmağa  qərar  verdim.
Məktəblərdə hələ  də  şagirdləri  informasiya  ilə  yükləməyin  ən  doğru  variant  olduğu  düşünülür,  əsas  tələblər  kənarda  qalır.  Hələ  də əsas  bacarıqlar  yox  nəzəriyyə  bilgisi  əsas  götürülür.  Müəllimlər  hələ  də  gecə  evdə  vicdanları  rahat  başlarını  yastığa  qoyub  yata  bilmələri  üçün,  məktəbdə  kitabda  olan  bütün  informasiyanı  şagirdin  beyninə  yerləşdirməyə  çalışır.  Bütün  nəzəriyyəni  əzbər  bilən  şagirdi  isə  vunderkind hesab  edir.
Daha  ağrılı  bir  məsələni  qeyd  etmək  istəyirəm.  Bu  məktəblərdə  tədrisin  formal  olaraq  2 yerə bölünməsinə  toxunacam.  Xüsusən  də  ibtidai  siniflərdə  bu  çox  qabarıq şəkildə  baş  verir.  Dərslər  əsas  və  qeyri  əsas  dərslər  olaraq bölünür ki,  bu  hansı  əsasa  dayanır  bilmirəm.  Bütün  dərslər  üçün  ayrı  ayrı  akademik  saat  ayrıldığı  halda  , müəllimlər bəzi  lazımsız  hesab  etdikləri  fənləri, lazımlı  hesab  etdikləri  fənlərlə  əvəz  edirlər. Məsələn  əgər  bir  gün  ərzində  şagirdlərə 4 akademik  dərs  varsa  , Ana  dili,  Riyaziyyat,  Texnologiya, Musiqi, müəllim  bu  dərslərdən  cəmi  2 dərsi  əsas  dərs  hesab  edir.  Bu  dərslər  Ana  dili  və  Riyaziyyat  dərsləridir.  Texnologiya  və  Musiqi  və  ya  təsviri incəsənət qeyri  əsas  fəndir.  Hansı  ki,  bunun  böyük  yanlış  olduğunu  və  cəmiyyətə  vurduğu  zərəri  düşünmürlər.  Tədrisdə  yalnız  "alim " yetişdirmək  cəhdi,  başı  dolu  və  bacarıqsız  şəxsiyyətlərin  yetişməsi ilə  nəticələnir . Bir  sıra  nümunələr  deyəcəm və  izah  etməyə  çalışacam.
Texnologiya  fənni  əsasında. ......Bu  fənn ibtidai  sinif  müəllimləri  tərəfindən  lazımsız  hesab  edilsə  də dövlət  tərəfindən  şəxsiyyət  yetişdirilməsi  üçün  qoyulan  lazımlı  tələblərlə  zəngindir.  Məsələn,  bir  neçə  standart  qeyd  edəcəm.
......Süfrə  arxasında  mədəniyyət  nümayiş  etdirir. ..... Bəli  belə  bir  standart  var.  Sizcə  bu  əhəmiyyətsiz  bir  standartdır?  Sizcə  bu  standartın  reallaşmasının  pis  nəticəsi  ola  bilər?  Əksinə  sual  verim.  Reallaşmaması  nə  ilə  nəticələnir?  Başı  nəzəriyyə  ilə  dolu  biri yemək  masası  arxasında  normal  yemək  mədəniyyətini  bilmir.  Bunu  izaha  ehtiyac  yoxdur.  Beləsi  cəmiyyətdə  çoxdur  deyə  nümunələrə  gərək  yoxdur.
Başqa  bir  standart
.......Detalları  birləşdirərək  məmulat  hazırlayır. ...... Bu  standartın  nəzərə  alsaq  ki,  1 ci  sinifdən  11 ci  sinifə  qədər  sadədən  mürəkkəbə  getməsi  var,  şagird bu  standartı  reallaşdıran  zaman  nəinki  cəmiyyətdə  yararlı,  qabiliyyətli bir  insana  çevriləcək,  eləcə  də  öz  ailəsində  sorunlar  çözmək kimi  xüsusiyyət  malik  olacaq.  Belə  deyək,  evində  lampa  dəyişmək  üçün  qonşudan  adam  çağırmaq  ehtiyacı  duymayacaq.))
Başqa  bir  standart. ........
........Şam  süfrəsini  tərtib  edir. .....fikrimcə  standartı  açıqlamağa  ehtiyac  yoxdur .
.......Detalları  birləşdirməklə  müxtəlif  kompozisiyalar  qurur. .....Şagird  müxtəlif  yaradıcı  məhsullar  hazırlaya  biləcək.  Bu  onun  gələcək  potensialını  müəyyən  edəcək  və  11 il  ərzində  bacarıqlı  bir  şəxsin  yetişməsinə  səbəb  olacaq
.......Alətlərdən təhlükəsiz istifadə qaydalarına  əməl  edir  və  sair. ...
Hələ  bu  qeyri əsas  hesab  edilən  bir  fənn  nümunəsidir.  Hansı  ki,  müəllim  bu  fənni  tədris  etməyərək  , standartlarını  reallaşdırmayaraq,  onu  qeyri  əsas  fənn  hesab  edir  və  onu  əsas  hesab  etdiyi Riyaziyyat  fənni  ilə  əvəz  edir.
1. Şagirdi  əyləncəsindən məhrum  edir
2. Şagirdi  ay  allah  nə  qədər  riyaziyyat  olar,  bu  qədər  misalı  evdə  necə  həll  edəcəm  fobiyası ilə  qarşı  qarşıya  qoyur
3. Şagird  məktəbi  yüklü  bir  elm  ocağı  kimi  görür  və  uşaqlığından  məhrum  olur
4. Formalaşa  biləcək  bacarıqlarından  məhrum  olur
5. Formalaşacaq  mədəniyyətindən  məhrum  olur
6. Yaradıcılıq  işlərindən məhrum  olur  və sair.  Onu  məktəbə  və  dərsə  bağlayacaq heç  bir  marağı  olmur
Bunu  bir  çox  fənlərin  nümunəsində  izah  edə  bilərəm  və  zamanla  edəcəm.  Bu  statusumu  sırf  Texnologiya  fənninə  həsr  etməyi  düşünürəm
Başqa  bir  real  nümunə  yazacam. ...
Bir  dəfə  yenə məktəblərin birində  mentorluq  layihəsində  idim.  Mənə  dərs otağı  olaraq  təhkim  edildiyim  sinif  otaq  azlığı  baxımından  texnologiya  otağı  idi.  Müəllimlərə  dərsi  orda  tədris  edirdim.  Bir  dəfə  mənim  boş  dərsim  idi  və  texnologiya müəllimlərindən  birinin  otağa  ehtiyacı  yarandığından  ( otaqda  sudan  istifadə  imkanı ) xahiş  etdi  ki,  ona  işini  orda görməsinə  izn  verim.  Dedim  problem  deyil, onsuzda  hazırda  boşam
Beləcə  müəllim  əlində  xiyar,  noxud, mayenez  və  digər  azuqələrlə  otağa  daxil  oldu.  Arxası  ilə  2 qız  gəldi  . Müəllimin  dərs  dediyi  sinifdən  2 qız.  Sual  verdim  ki  hazırda  dərs  boşdurmu deyə?  Dedilər  hə  boşdur.  Dedim  bəs  bura  niyə  gəlmisiniz?  Dedilər müəllim  çağırıb  ona  kömək  edəcəyik.  Dedim  bəs  digər şagirdlər  hazırda  boşdur?  Dedilər  hə  sinfi dağıdırlar ))) dedim  bəs  siz  nə  edəcəksiniz  burda?  Dedilər  paytaxt  salatı  düzəldəcəyik.
Daha  sonra  müəllim gəldi  başladı  bu  2 qızla  xiyarları yuyaraq  soymağa. ...dayana  bilmədim  müəllim  suallar  verməyə  başladım.
Salatı  niyə  hazırlayırsınız?
Müəllim dedi.  Mövzumuz  belədir salat  hazırlamalıyıq
Dedim.  Mövzunun  dövlət  tərəfindən  reallaşdırılmalı  olan  stadartının  nə  olduğunu  bilirsiniz  orda  nə  yazılıb?
Müəllimin  nə  cavab  verdiyini  xatırlamıram,  amma  qayıdıb  özüm  cavab verməli  oldum.  Stadart  tələb  edir  ki,  bu  salatı  şagirdlər  hazırlasın.  Həm  öyrənsinlər  həm  yesinlər.  Siz  isə  şagirdləri  sinifdə  boş  qoyub,  2 qızla  bərabər  burda  özünüz  düzəldirsiniz.  Axı  niyə  şagirdləri  bu  zövq  və  bacarıqdan  məhrum  edirsiniz?
Müəllim  cavab  verdi.  Axı  özümüz  (texnologiya  müəllimləri ) də  yeyəcəyik.  Uşaqlarım  əlləri  çirkli  falan  onu  hazırlayacaqlar  bəs  biz  necə  yeyək?
İçimdəm  böyük  bir  təəssüf  hissi  keçdi.
1. Müəllim  özü  salat  yesin  deyə  şagirdi  tədrisdən,  şagirddə  formalaşacaq  bacarıqdan,  zövqlü dərsdən, əyləncəsindən  və  ən  əsası  dövlətin  tələbinin  reallaşdırılmasından məhrum  edir
2. Müəllim  şagirdin  hərəsinə  az  miqdarda  azuqə  ilə  bir  kasalıq  salat  hazırlada  və  hər şagird  öz  salatını  yeyə  bilərdi
3. Nəzərə  alsaq  ki,  texnologiya  fənnində. ...Gigiyenik  qaydalara  əməl  edir. .....deyə  bir  standart  da  var,  bu  stadartı  da  icmalına  daxil  edərək reallaşdıra  və  şagirdlərin  nəzərinə  çatdıra  bilərdi
4. Gigiyena  qaydaları  üçün  lazımı  tədbirlər  görə  bilərdi
5. Nəzərə  alın  ki  müəllim  sinifə  az  qala  bir  toyun  paytaxt  salatı  üçün  azuqə  gətizdirmişdi. ..Hansı  ki  az  miqdarda azuqə  ilə  salat  hazırlama  standartı  reallaşdırıla bilərdi.
Bu  nümunə  yuxarı  sinifdə  yaşanmışdı. ...Neçənci  sinif  olduğu  yadımda  deyil
İbtidai  sinif müəllimləri  qeyri  əsas  fənn  hesab  edərək,  yuxarı  sinif  müəllimləri  isə  aşağıda  qeyd  etdiyim  nümunə  tipli  düşüncələrlə  şagirdləri  bu  fənnin  formalaşdırdığı  bacarıqlardan məhrum  edirlər
Hələ ki  bu  qədər


Hörmətlə
Leyla  Bayramova
#leylabayramova

Sertifikasiya ilə bağlı

Əziz  və  hörmətli  həmkarlarım
İnternet  üzərindən  sertifikasiya,  nə  bilim  filan  fənlərdən  suallar,  filan qədər  sual  sayı,  filan  qədər  saat  ayrılacaq  kimi  yanlış  informasiyalar  yayılır.  İNANMAYIN!  Bunlar  hamısı  şayiədir.  Səbrli olub  gözləyin.  Təhsil  Nazirliyi  hələ  ictimaiyyətə  sertifikasiyanın hansı  formada  həyata  keçirilməsi ilə  bağlı  heç  bir  məlumat  verməyib və  həyata  keçirilməsi  ilə  bağlı  heç bir  qaydanı  təsdiqləməyib.

Sadəcə  özünüzü  təkmilləşdirin.  Bunun  üçün  hər  hansısa bir  sertifikasiyaya  ehtiyac  yoxdur.  Müəllim  xüsusən  21 ci  əsr  müəllimi  daim  yenilikçi  olmalı  və  öz  üzərində  çalışmalıdır.  Bunu  məcburiyyət  olaraq  yox,  dövrün  tələbi  olaraq  qəbul  etmək  lazımdır.  21  ci əsrin əsas  xüsusiyyətindən  biri  ömür boyu  oxumaq  ehtiyacının  yaranmasıdır.  Bu  yalnız  müəllim  peşəsinə  aid  deyil.  Həkimi,  iqtisadçısı,  biznesmeni,  aşbazı, fəhləsi   və sair  fərqi  yoxdur.  Yenilikləri  öyrənməyən  ustanı  kimsə  işlətməz,  yeni  yeməklər  bişirməyi  bacarmayan  aşbazı,  yeni  texnologiyaları  bilməyən,  tibbə  gələn  ən  son  yenilikləri  bilməyən  həkim  işləyə  bilməz.  Müəllim  isə  bu  peşələrin  ən  üstünüdür.  Çünki  digər  peşə  sahiblərini  öyrədəndir.  O zaman  müəllim  niyə  öyrənməməlidir?  Niyə  özünü  inkişaf  etdirməməlidir?
21  ci  əsr  müəllimi  nələri  bilməlidir?  Mən  deyim  sizə. ..
1. İxtisasını
2. Yüksək  medotlarla  silahlanmalı  və  metodoloji  qabiliyyətləri  olmalı
3.  Yüksək Pedoqoq  qabiliyyətlərinə malik  olmalı
4. Hər  bir  şagirdə  yanaşma  psixologiyasını
5. Kollektiv, rəhbərlik,  valideynlərlə  əməkdaşlıq  psixologiyası
6. İnformasiya Kommunikasiya Texnologiyalarından  istifadəni
7. Kamil  olmalı  və  nümunə  olmağı  bacarmalı
8. Yüksək  dünyagörüşə  malik  olmalı  və  təhlil  gücü  olmalı
9. Yaradıcı  düşünə  bilməli
10.  Natiqlik və  aktyorluq  ( ekspressiv ) qabiliyyətinə malik  olmalı
Bu  istiqamətlərdə özünüzü  hazırlasanız  ölkədə  heç  sertifikasiyaya  gərək  qalmaz  😉
Mən,  sən,  o,  bir  başqası  hər  birimiz övladımızı  belə  müəllimə  həvalə  etmək  istəyərik.
Canımız ağrıyanda "Yaxşı  həkim" axtarırıq,  restorana gedəndə  "dadlı  yemək ", ev  tikdirəndə  " son  yenilikçi  və  kreativ  usta ".......bəs  özümüz  bunu arzu  edəcək  qədər  inkişaf  edirikmi?
#leylabayramova
Hörmətlə,
Leyla  Bayramova

24 Eylül 2018 Pazartesi

Hörümçək adam olsan neynərdin?


9 yaşlı (4-cü sinif) şagirdi Selinin yazdığı, dolayısı ilə müəllimin yazdırdığı inşanı sizlərlə paylaşmaq istəyirəm. Qeyd edim ki, inşa şagirdin öz fikrini əks etdirir, yəni özü, valideyn müdaxiləsi olmadan yazıb.

İnşanın adı "Mən Hörümçək adam olsaydım  nə edərdim?"dir 🙂.

İnşanın müəllimin şəxsi təşəbbüsü olduğunu, yoxsa tematik plana görə yazdırdığını bilmirəm. Amma anlaya bilmirəm ki, belə bəsit, təxəyyülü inkişaf etdirməyən, şagirdləri müəyyən çərçivəyə (şablon) salan və eyni cür düşünməyə məcbur edən belə tapşırıqların əsas məqsədi nədir?

Tutaq ki, Hörümçək adam mətninin tədrisindən sonra hansısa tapşırığın verilməsi zəruridir. Mən bildiyim qədərilə, inşa, esse hər hansı əsərin, situasiyanın ideyasına verilən münasibətdir. Tutaq ki, Azərbaycanın ideal və problemlərsiz ölkə olduğunu düşünməyə məcburuq, ola bilməzdimi ki, heç olmasa dünyada baş verən qlobal problemlər və onların aradan qaldırılması üçün şagirdərin sadəcə fikrini soruşan bir inşa verilsin onlara?

Müəllif : Ilaha Fazilova
#ilahəfazilova

Deməli  4 cü  sinifdə dərs  deyən  bir  ibtidai  sinif  müəlliminə  mentorluq  edirdim.  Mövzu  Yadplanetlilər  mövzusu  idi. Müəllim  çox  cansıxıcı  və  ənənəvi  bir  qaydada  dərs qurmuşdu. Hansı  ki,  o mövzu dövlətin  tələbi  olan  "Mətnə  əlavələr  etməklə  mətni  dəyişdirir və  mətnin  yaradıcı  planını  tərtib  edir " standartının  yerinə  yetirilməsi  üçün  dərsliyə  daxil  edilmiş  mövzudur.  Müəllimə  iradımı  bildirəndə  müəllim  qayıtdı  ki,  belə  də  mənasız  mövzu  olar?  Bu  nədi  dərsliyə  salıblar  axı?  Uşağı  niyə  yadplanetlinin  varlığına  inandırmalıyıq  ki  biz?  Mən  niyə  uşağa  zorla  inandırmalıyam  ki  yad  planetli  var?  Suallarını  verəndə  mən  başa  düşdüm  ki,  müəllim  özü  hələ  hansı  mövzunu  nə  üçün  tədris  etdiyini  anlamayıb.  Şagirdə  nə  verəcək  bu  müəllim?
Hansı  ki  o mövzunun  içərisi  o qədər  zəngindir  ki,  şagird  o mətn  üzərində  işləməklə, əlavələr  və  dəyişikliklər  etməklə, personajların  mənfi  əməllərini  müsbətə  dəyişdirməklə hətta  bir  yad  planetli  olsa  belə  mərhəmətli  personajlar  yaratmaqla  nəinki  yeni  bir  "əsər,  rejissor  işi " yarada  bilər  eləcə  də  o  mətnə  maraqlı  plan  tərtib  edə  bilərdi.  Hansı  ki  müəllimlər  bu  tipli  mətnləri  ya ənənəvi  keçir,  ya da  "Yadplanetli  olsam  və  ya yadplanetli  görsəm  nə  edərdim " kimi  mənasız  tapşırıq  verirlər.  Bu  tip  yaradıcı  təfəkkürü,  xəyalı  inkişaf  etdirən  tapşırıq verməyin  deyən  yoxdur  əziz  müəllimlər,  amma  baxın  hansı  mövzuda  vermək  olar.
Uşağın  yazdığına   inanmayanlar  isə  deyim  bilin, bundan  daha  gözəl  ideyalar  irəli  sürən  şagirdlər  görmüşəm.  İnanın  və  güvənin  övladlarımıza. Yetər  ki  onların  potensialını  ortaya  çıxara  biləcək  tapşırıq  hazırlamaq  gücündə  olaq.
Hörmətlə,
Leyla Bayramova
#leylabayramova


23 Eylül 2018 Pazar

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili
Fəal (interaktiv) dərs ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir, fəal (interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

Ənənəvi dərslərin xüsusiyyətləri
İnteraktiv dərslərin xüsusiyyətləri
 1. Diqqət bilik və bacarıqların mənimsənilməsinə yönəlir, şagirdlərin tərbiyə və inkişafı çox vaxt müəllimin rəhbərliyindən kənar həyata keçirilir.
1.Diqqət ilk növbədə şagirdin şəxsiyyətinin
formalaşmasına yönəlir.
 2. Müəllimin əsas funksiyası şagirdlərə məlumat çatdırmaq və onun mənimsənilməsi üçün sərait yaratmaqdır.
2. Müəllim ilk növbədə  idrak fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və köməkçisi kimi çixiş edir.
3.Müəllim- şagird münasibətlərində avtoritar üslubun üstünlüyü.
3. Müəllim və  şagird arasında əməkdaşlıq, məktəbləlilərin dəlillərinə və fəaliyyətinə böyük diqqət.
4. Dərs tədris fənni çərçivəsi ilə ciddi məhdudlaşır.
4.Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən bir neçə müəllim tərəfindən keçirilən fənlərarası dərsləri istisna etmir.
5. İnkişafedici və tərbiyəedici amil kimi, əsasən, təhsilin məzmunu götürülür.
5.Təhsilin məzmunu ilə yanaşı şagirdlərin tərbiyə və inkişafında təlim metodları və təşkilati formalar da mühüm rol oynayır.
6.Dərs demək olar ki, həmişə adi qaydada keçilir.
6.Ənənəvi olaraq digər formaların əlamətləri dərs sayilan və ona qarşı qoyulan bəzi elementləri (məs: seminar-dərs,oyun- dərs, yarış- dərs, konfrans- dərs və s.) assimilyasiya edir.
7. Müəllim bütün funksiyaları özündə saxlayır.
7. Müəllimin funksiyalarının bir hissəsinin şagirdlərə verilməsi səciyyəvidir: bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi (qarşılıqlı və özünüqiymətləndirmə), işin planlaşdırması, tədqiqat və özünü qiymətləndirmə elemetləri.

NOVRUZ BAYRAMI_SSENARİ

senari-Novruz bayramı
Müəllif: S.Zülfiqarova

1.    
Himn
1-ci aparıcı:-  Salam  əziz  uşaqlar.  Hörmətli  müəllimlər  və  valideyinlər.  Siz  1a   sinif  şagirdlərinin  Novruz  şənliyinə  xoş  gəlmisiniz.
2-ci aparıcı -Bu  gün onlar  sisi  gözəl  şeirlərlə, şən  mahnılarla ,məzəli səhnəciklərlə şənləndirəcək
1-ap. İndi isə Bahar şeirini dinləyək.
                   

Bahar
1.    Uğur olsun  gözəl bahar!
Səni  ellərə  çox  arzular
Ayaq  basdın  ölkəmizə
Şənlik, sağlıq  gətir  bizə
Qoy  sel kimi  yağsın  yağış
İnəyini  sağsın  yağış

2.    Sellər  axsın  çaylar  daşsın
Sevincimiz  başdan  aşsın
Çatır-çatır  yansın  ocaq
Qoy  şənlənsin  oğul  uşaq.
Çöllər  sünbül  saçlı  əkin
Parıldasın  qızıl  təkin

3.    Dağlar  bəzək  vursun  yenə
Dağda bağda  axşam  səhər
Ətir  saçsın  bənövşələr.
Həvəs  maraq  gəlsin  bizə
Çalışaq  öz  dərsimizə
Ardına baxmaq üçün yüklə butonuna sıxın

4-cü sinif BURAXILIŞ_SSENARİ

Azərbaycan Dövlət Himni oxunur.

Arzunuz hər zaman açsın gül-çiçək
Dünyaya nur saçsın əməlləriniz.

Kiçik qəlbimizdə odlər yurdu tək
Sizə odlu salam gətirmişik biz.

Vətən oğulları, vətən qızları
Könüllər mövrağı, yer ulduzları
Elimin , günümün tərminazları
4 cülərin bayramına xoş gəlmişsiniz

Xoş gəldin söyləyirik, biz bu bayrama
Salam göndəririk  bu gün hamıya
Güllərə , çiçəklərə vətəni sevən əsgərlərə
Nəhayət bütün Azərbaycana!
Ürəklərə min dilək
Arzumuz  açsın çiçək
Hamı deyir  ürəkdən
 Bayramınız mübarək!

A1-Salam  əziz dördüncülər, hörmətli müəllimlər və valideynlər. Bü gün  biz bir az həyəcanlıyıq. Çünki bizdə bu  gün qeyri- adi bir gündür--- biz ibtidai siniflə vidalaşırıq.
A2- Bu dörd illik ibtidai məktəb həyatında oxumağı , yazmağı, hesablamağı, tapşırıqları yerinə yetirməyi öyrənmişik. Müəllimlərin sayəsində yeni biliklərə  yiyələndik, yeni –yeni məlumatlar  öyrəndik.
A1- Biz bura ona görə  toplaşmışıq ki, təntənəli şəkildə mehribancasina ibtidai siniflə vidalaşıb , yuxarı pillələrə addımlayaq.
A2- İbtidai sinifdə bizə dərs deyən müəllimlərə bütün sinif adından öz minnətdarlığımızı  bildiririk. Dostlarımız bunu sizə şeir  vasitəsilə çatdırmaq istəyirlər.

Müəllim! Qayğınla böyüyür insan!
Sən əqlə kamala qanad verirsən!
Ana dilimizin gur bulağından
Körpə balalara  su içirirsən

Alim kəşf eləyir, yazır əsərlər
Sənin də bunlarda alın tərin var
Sən də yaradansan , kitablar deyib,
Alimin özüdür canlı əsərin
Əlli il dodağın “Əlifba “ dedi
Sönmədi qəlbinin eşqi , həvəsi
Birinci şagirdin babadır indi, 

Ardı: Yüləmək üçün yüklə düyməsinə sıxın.

Əlifba Bayramı_SSENARİ

Əlifba bayramı ssenarisi

Musiqi səslənir. Uşaqlar 2-2 əl-ələ tutaraq Zülfiyyə Xanbabayevanın ifasında “ Azərbaycan ” mahnısının sədaları altında səhnəyə daxil olurlar.
Müəllimin iştirakı ( 3 dəqiqə ).
Azərbaycan himni ( şagirdlərin ifasında ).
Nərgiz : Ey əziz birincilər,
Bu gün bayramınızdır!
Sevinin siz, şənlənin,
Sizin bu haqqınızdır
Zəhra:

Qoy səsiniz ucalsın
Səmalara hər zaman!
Üzünüzdən təbəssüm
Əskik olmasın bir an!
Samir --- Xoş gəlmisiniz. Hər kəsi uşaqlarımızın adından salamalayıram. Bu gün biz calışacagıq ki, sizə maraqlı bir proqram təqdim edək.
Anar --- Diqqətinizə görə təşəkkür edirik. Şənliyimiz davam edir.!
Nərgiz --- Gəlin birlikdə Cırtdanın səhnəciyinə baxaq. Baxın! Nağıl qəhrəmanı Cırtdan gəlir. O çox qəmgindir. Onun əlində kitabın üzü var. Dədə Qorqudla rastlaşır. Görəsə o niyə bikefdir?
(Samir) Dədə Qorqud:
-Cırtdan salam !
(Kamil )Cırtdan:
- salam baba !
Dədə Qorqud:
-necəsən haradan gəlirsən ? əlindəki nədi mənim balam ? niye bikefsen?
Cırtdan:
- Baba yaxşıyam əlimdəki də Azərbaycan dili kitabıdır , amma kitabın üz qabığıdır.
Dədə Qorqud:
- Niyə mənim balam?
Cırtdan:
-Mən sentyabr ayında hərfləri uşaqlara verdim ki, onlar öz Azərbaycan dilində oxuyub yazmağı öyrənsinlər. Cunki, ermənilər hər bir varlığımızı oğurlayıb ,özünküləşdirmək istəyirlər.
Dədə Qorqud:
-Halaldı ,mənim balam, biz öz dilimizi unutmamalıyıq qorumalıyıq . Bes indi nə etmək fikrindəsən ? birdən ermənilər yenidən cəhd edərlər ki , oğurluq etsin .Axı oğurluq onların adətidir....
Cırtdan:
-Yox ,baba, biz imkan verməyəcəyik , bilirsiz usaqlarımız öz hərflərimizi sevə -sevə öyrəniblər. indi mən onları dinləyəcəyəm və hərflərimizi saxlayacagam ki, gələcək nəsilimiz də bu hərflərimizi gələcəkdə də öyrənsinlər...
Baba:
-Sənə uğur olsun, mənim balam mən uşaqlarımıza da, sənə də inanıram. Hələlik mən gedim yolcu yolda gərək deyiblər. sən öz axtarışlarını et! (Dədə Qorqud səhnədən gedir)
Cırtdan : Ay uşaqlar , hardasınız?
Uşaqlar yaxalarında hərflər Cırtdana yaxınlaşırlar və sıraya düzülürlər.
Yaxalarında hərlər yazılmış plakatlar şeir söyləyirlər
(cırtdan---hərflərə aid şeirlər deyən uşaqları dinlədikcə hərfləri onlardan alır və kitabın arasına qoyur.)
Cırtdan onlara deyir:
Otuz iki hərfsiz
Hərənizin adı var
Sizsiz yaratmaq olmaz
Qalın qalın kitablar..
Anar : Xalq mahnısı “ Sarı gəlin “ İfa edir Zəhra Niftaliyeva
NƏRGİZ: Cırtdan, deyəsən həriflər nəsə mübahisə edirlər?
Həyat , Şəlalə , Gülgün , Ə.Fatimə , Səyyad , Azər
Zəhra : Bir gün 6 hərf
Yığışdılar bir yerə,
Başladılar mübahisə etməyə
+
Mən əməyəm (Ə) Mən də qızıl laləyəm (L)
Hər bir işə köməyəm Çağlayan şəlaləyəm
İnsanlara gərəyəm Çəmənlərə bəzəyəm
Birinci olmalıyam Birinci olmalıyam
Mən incəyəm (İ) Mən də filəm (F)
Hərflər arasında Meşədə ən böyüyəm
Mirvariyəm, inciyəm Gəlin siz dalaşmayın
Birinci olmalıyam Birinci olmalıyam

Mən buğdayam (B) A-yam A-yam A-yam mən (A)
Nə olsun ki xırdayam? Şəfəq saçan Ayam mən.
Süfrədə daim varam Dalaşmayın ! ,sizə baxıb utandım
Birinci olmalıyam Yerimi sona saldim.
Samir: Bax beləcə ,6 hərf
Dalaşdılar , küsüşdülər ,
Xeyli fikirləşdilər ,
Axırda birləşdilər.
Tək qalanda biz səsik
Fikirləşəndə sozük biz
Kitablara aparan
Cığırıq biz izik biz

Nərgiz : Ay uşaqlar bəs bu bir il ərzində riyaziyyatdan nələr öyrənmisiniz ?
Azər, Şəlalə , Əli , Gülşən , Elmir , Ə. Fatımə , Ayxan , Həyat , Cavid , Günay , Rəşad ,İlahə , Səyyad , Gülgün , Q. Fatimə.
Uşaqlar düzülürlər və rəqəmlərə aid şeirlər söyləyirlər
Samir : Yallı ( birincilərin ifasında)
Zəhra : Uşaqlar , gəlin tapmaca oyunu keçirək. Görək kim tapmacaların açmasını biləcək? Razısınız ?
Ləyəndə ay ləyəndə
Güllər boynun əyəndə
Yeyilər kal vaxtında
Yemək olmaz dəyəndə ( xiyar)
# # #
NƏRGİZ : Ağ yerə toxum səpərlər ( yazı)
# # #
Altı bulaq içələr
Üstü zəmi biçərlər ( qoyun)
# # #
ANAR : O nədir ki, içində qışdır, çölündə bahar ( soyuducu )
# # #
ZƏHRA : Ağac başında al yanaqlı qız ( alma)
Azərbaycan xalq rəqsi “ QITQILIDA” İfa edir Günay və Fatimə
ƏLİFBA ( şeiri) ifa edirlər : Şəlalə , Azər , Günay , Əli
Mənim ilk kitabım mənim əlifbam
Mənim güllü bağım ətirli bağım
Bu gün bayramındır əziz günündür
Bu gun nəgməmiz də sənin ücündür
İlk bələdcim oldun tutdun əlimdən
Mənə xəbər verdin ana dilimdən
Tarixdən danışdın dünyanı gəzdin
Dedinki hər şeydən gözəldir Vətən
Sən Günəş kimi işıq saçırsan
Bağlı qapıları bizə açırsan.
Mənim əziz dostum mənim əlifbam
Bizimlə hər zaman bir addımla sən.!!
Mən sevirəm Azərbaycan elini
Öyrənmişəm onun şirin dilini
Bu dil əcdadlarımızın həyat səsidir
Odlar yurdumuzun od nəfəsidir
TIK – TIK XANIM – Çıxış edirlər .Şəlalə , Cavid , Ayxan
Anar :
-Ana Vətən!....
Gözəl sözdür çünki , bu kəlməni hamımız sevə-sevə dilimizə gətiririk.
Ana ,qəlbimizin sevinci
Sevimli əziz qadın
Bizim ana vətənlə
Qoşa çəkilir adın
Samir :
-Vətən bizim ucun əzizdir biz vətəni sevməliyik. Vətən nədir ? sualına tam və qısa olaraq deyirik------əgər bu torpağın suyunu , havasını uduruqsa, gözəl meşələrini,
səfalı daglarını , bağlarını və geniş düzlərini seyir ediriksə bu bizim vətəndir .
ZƏHRA:
Vətən sənin övladınam
Azərbaycan balasiyam
Gələcəyin aynasiyam
NƏRGİZ:
Bağçamızın bar səsiyəm
Ümid verən işığıyam
Mən Azərbaycanlıyam
AZƏRBAYCAN XALQ RƏQSİ “ TƏRƏKƏMƏ" ( Qızların ifasında)
Əziz müəllim ( şeir) ifa edirlər İlahə , Ülvi , Gülgün
ZƏHRA : qizlar, qizlar ,gəlin haraya haraya burda gözəl tədbir var: Qızlar toplaşırlar.
-Biz məktəbə gəlmisik Haxışda
Yazmağı öyrənmişik haxısda
-Hərfləri deyirik haxısda
Saymagı da bilirik haxısda
NƏRGİZ:
-Azərbaycan mənimdir haxısda
Nemətli vətənimdir haxışda
-Gül bağçamız bizimdir haxışda
Uca dağlar da bızimdir Haxışda
ZƏHRA:
-Üç rəngli bayragimiz haxısda
Geniş çöllər bizimdir haxışda
-Qarabağda bizimdir haxışda
Bizim vətən bizimdir haxışda
SAMİR : Milli rəqs (naz elemə) İfa edirlər : Ülvi və Günay
NƏRGİZ
Vətən anlayışı insanın həyatında böyük yer tutur. İnsan vətənin doğmalığını, onun təkrar olunmazlığını və ya sadəcə olaraq “Ana vətən” kəlməsini insan qəlbində yaratdığı istiliyi duyur. Biz hər birimiz ana və atamızın dilindən vətən anadır kəlməsi eşidirik. Çünki biz körpə olarkən bu torpaqda yaşayırıqsa, bu torpaq havasını udub, suyunu içiriksə, bizə bu torpaq həyat veribsə, deməli biz bu torpağın vətəndaşıyıq, bu torpağın oğullari və qızlarıyıq.Bütün mənliyimizlə ana vətənimizə – Azərbaycanımıza borcluyuq.
SAMİR :
-Hər bir insan yurduna sadiq və laiq vətəndaş olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq,biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydıngələ-cəyə aparmalıyıq.
ZƏHRA:
Düşmənləri qəlbimizdəki vətən sevgisinin, vətən məhəbbətinin atəşi ilə məhv etməliyik. Torpaqlıarımızı azad etmək üçün, analarımızın gözundən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq!
ANAR :
! Bütün Azərbaycan ayağa qalxmalıdır! Qalx ayağa Azərbaycan!!!
Şəmistan Əlizamanlı “ Cənab leytenant”
Qobustan ritmləri . Çıxış edirlər Əfsanə və Əli
Cücələrim rəqsi : ( Uşaqların ifasında)

Sağ düymə qadağası

Kopya qadağası